I Hacı Gəray

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
I Hacı Gəray
krımtat. I Hacı Geray
krımtat. ١ حاجى كراى
1441 – 1456
SonrakıHeydər Gəray
1456 – avqust 1466
ƏvvəlkiHeydər Gəray
SonrakıNurdövlət Gəray
Şəxsi məlumatlar
Doğum tarixi 30 noyabr 1397
Doğum yeri
Vəfat tarixi avqust 1466 (68 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti suveren[d]
Uşaqları
Ailəsi Gəraylar
Dini sünni islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Hacı Gəray (30 noyabr 1397, Trakayavqust 1466, Bağçasaray) — Krım xanlığının birinci xanı və Gəraylar sülaləsinin banisi. Sülalənin adı Hacı Gəray xanın adından götürülüb.

Ailəsi Çingiz xanın oğlu Cucinin soyuna mənsub olub, şəcərəsi tarixçilər tərəfindən fərqli variantlarda izah olunur.

Krımın müstəqilliyi üçün ilk dəfə Hacı Gərayın babası Daşdəmir xan mübarizə aparmışdır. Belə ki, Daşdəmir xan bu mübarizədə müvəqqəti də olsa, qalib gəlmiş, öz adına pul kəsdirib müstəqilliyini elan etmişdi. Ondan sonra oğulları Qiyasəddin və Dövlət Bərdi xanlar, Qızıl orda imperiyası parçalandıqdan sonra Qazan bölgəsini ələ keçirən Uluq Məhəmmədə qarşı bu mübarizəni davam etdirdilər. Əmisi Dövlət Bərdi, 1426-cı ildə xan ünvanıyla Misir sultanına elçi göndərərək səltənətini leqallaşdırmağa çalışdı. Ancaq bu mübarizədə məğlub olan atası və əmisi Litva knyazlığına sığındı. Polyak tarixi mənbələrinə görə, Qiyasəddinin burada dünyaya gələn oğlu məhz Hacı Gəraydır.

Hacı Gərayın Krım bölgəsini nə vaxt zəbt etdiyi bilinmir. Uluq Məhəmmədin 1428-cii ldə Osmanlı sultanı II Murada yazdığı məktubda Bağçasarayın 1427-ci ildə ələ keçirildiyi yazılır. Deməli, bu tarixdən təqribən bir neçə il sonra Hacı Gəray Krım xanlığını ələ keçirdi. Bu mübarizədə onu yerli Şirin, Konrat və Barın qəbilələri dəstəklədi.

Onun Krımda möhkəmlənməsinə aid bir digər rəvayətə görə isə, Uluq Məhəmməd bölgədəki idarəni itirərək geri çəkilmiş, 1420-ci ildə Hacı Gəray xanlığın əsasını qoymuşdur. Ardından 1429-cu ildə Qızıl ordalıları məğlub edərək Krım və ətraf bölgələri özünə tabe etmişdir. Ancaq bu rəvayət tarixi nöqteyi-nəzərdən mümkünsüzdür. Çünki 1429-cu ildə əmisi Dövlət Berdi xan Krımda xan idi. Krımda onun adına ilk dəfə 1441 və 1443-cü illərdə pul kəsilmişdir.

Hacı Gərayın bölgədəki ilk mübarizəsi Krım limanlarını əlində tutan genuyalılarla oldu. 1434-cü ilin iyulunda onlara qarşı parlaq qələbə qazandı. Qələbənin ardından Kəfə qalasını mühasirəyə alsa da, lazımi döyüş sursatı olmadığından qısa zamanda geri çəkildi.

1454-cü ilin iyununda Hacı Gəray, Kəfə qalasını ələ keçirmək üçün Osmanlı sultanı II Mehmedlə ittifaq qurdu. 60 gəmidən ibarət Osmanlı donanması dənizdən, 7 minlik süvari ordusuyla Hacı Gəray isə qurudan qalanı mühasirəyə aldı (14 iyul 1454). Mühasirə uzun müddət davam etdi. Nəhayət, genuyalılar Osmanlılara 3 min, Hacı Gəraya isə 1200 qızıl vergi verməyi təklif etdi və beləliklə, qala mühasirədən azad oldu. Çox keçmədən 1456-cı ildə xanın böyük oğlu Heydər Gəray yerli əyanlar və genuyalıların dəstəyi ilə ayaqlandı. Ancaq cəmi 2 aylıq mübarizənin ardından məğlub oldu və ölkədən qaçdı. Bu hadisənin ardından Hacı Gəray genuyalılarla dostluq münasibətlərini qorudu.

Litva knyazıpolyaklarla müttəfiq olan Hacı Gəray 1445-ci ildə Polşa kralı IV Kasimirlə ittifaq qurdu. Buna baxmayaraq öz ölkəsində yerli əyanlarla münasibətləri o qədər də yaxşı deyildi. Qızıl orda xanı Toxtamışın nəvəsi Seyid Əhməd xan da rəqiblərindən biri idi. Hətta ona qarşı Moskva knyazlığını müdafiə etmiş, 1465-ci ildə Moskva üzərinə səfərə çıxan Seyid Əhməd xanın ordusunu geri püskürtmüşdü.

Hacı Gərayın qurmuş olduğu Krım xanlığı, şərqi AvropaQara dəniz siyasətində önəmli rol oynayırdı. 1465-ci ildə Papa II Pavel, elçi göndərərək Osmanlılara qarşı çıxılacaq xaçlı səfərinə onu da dəvət etmiş, ancaq Hacı Gəray bu təklifi qəbul etməmişdi.

1466-cı ilin avqustunda vəfat edən Hacı Gəray Bağçasarayda yerləşən türbəsinə dəfn edildi. Ardında taxt uğrunda mübarizə aparan 8 övlad qoyan Hacı Gəray sağlığında bir çox mədrəsə və məscid inşa etdirmişdir.

Adı bilinən övladları aşağıdakılar:

  • Ebülgāzî Bahadır Han, Şecere-i Türk, Kazan 1824, s. 96, 97, 100, 178.
  • Müneccimbaşı, Sahâifü’l-ahbâr, II, 697–698.
  • Abdülgaffar Kırımî, Umdetü’t-tevârih (nşr. Necib Âsım, TTEM ilâvesi), İstanbul 1343, s. 259, 276.
  • Halim Giray, Gülbün-i Hânân, İstanbul 1327, s. 3, 6.
  • V. D. Smirnov, Krimskoe Khanstvo pod Verkhovenstvom Ottomanskoy Porti do Naçala XVIII. Veka, St. Petersburg 1887, I, 218.
  • A. K. Markov, Inventarniy Katalog Musul’manskikh Monet Imperatorskago Ermitaja, St. Petersburg 1896, s. 534.
  • S. Lane-Poole, Düvel-i İslâmiyye (trc. Halil Edhem), İstanbul 1345, s. 367–372.
  • A. A. Vasiliev, The Goths in the Crimea, Cambridge 1936, s. 220.
  • Hasan Ortekin, Kırım Hanlarının Şeceresi, İstanbul 1938, s. 3–10.
  • Akdes Nimet Kurat, Topkapı Sarayı Müzesi Arşivinde Altın Ordu, Kırım ve Türkistan Hanlarına Ait Yarlık ve Bitikler, İstanbul 1940, s. 62–80.
  • a.mlf., IV–XVIII. Yüzyıllarda Karadeniz Kuzeyindeki Türk Kavimleri ve Devletleri, Ankara 1972, s. 207–211.
  • Zeki Velidi Togan, Umumi Türk Tarihine Giriş (İstanbul 1946), İstanbul 1970, I, 352–355.
  • Muzaffer Ürekli, Kırım Hanlığının Kuruluşu ve Osmanlı Himayesinde Yükselişi: 1441–1569, Ankara 1989, s. 1–14.
  • L. Colli, "Khadji Girey Khan i Ego Politika", Izvestiya Tavr. U Arkh. Komm., sy. 50, Simferopol 1913, s. 113–121.
  • Abdullahoğlu Hasan, "Ceneviz Menbalarına göre XV. Asırda Kırım Hanlığı", AYB, sy. 10 (1932), s. 336, 376.
  • Halil İnalcık, "Hâcî Giray", İA, V/1, s. 25–27.
  • a.mlf., "Giray", EI2 (İng.), II, 1112–1114.
  • a.mlf., "Had̲j̲d̲j̲ı Giray", a.e., III, 43–45.
  1. 1 2 3 Яз. Ази-Гирей (rus.). // Энциклопедический лексикон СПб: 1835. Т. 1. С. 240.
  2. Яз. Айдаръ (rus.). // Энциклопедический лексикон СПб: 1835. Т. 1. С. 304.
  3. Н. В—ко Менгли-Гирей I (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1896. Т. XIX. С. 79.