Köhnə bazar (Cyakovisa)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bazar
Köhnə bazarda mağaza (1957)

Köhnə bazar (Böyük bazar) (alb. Pazari i vjetër në Gjakovë, serb. Стари базар) — qismən tanınmış Kosovo Respublikasının ərazisində yerləşən bazar. Bazarın yerləşdiyi ərazi şəhərin ən qədim hissələrindəndir. Burada 15-ci əsrə aid Hadum məscidi yerləşir.

Böyük bazar Cyarkovisa iqtisadiyyatının mərkəzi olmuşdur. Burada əsasən yaxınlıqda yerləşən kəndlərdən gətirilən mallarla ticarət edirdilər. Köhnə bazar Kosovo müharibəsi zamanı tamaMən dağıdılmışdır. Bununla belə yenidən bərpası gerçəkləşdirilmişdir.

Məscidin ətrafında yerləşən qəbirstanlıqda Məzar daşları heykəltəraşlıq bəzəkləri ilə bəzədilmişdir. Üstəlik onlar üzərində olan yazılar qədim osmanlıcadır. Keşmişdə burada Cyarkovisanın tanınmış ailələrini dəfn edirdilər. Məscid kompleksinə həmcinin hamam (türk hamamı) və 1671-ci ilə aid olan köhnə kitabxana daxildir. Hamam 2008-ci ildə, kitabxana isə Kosovo müharibəsi zamanı dağıdılmışdır.

Köhnə bazar şəhər mərkəzindən, Kran çayının üzərində olan körpüdən 5 dəqiqəlik məsafədə yerləşir. Bazarın sahəsi 3,5 ha-dır. Onun yerləşdiri əsas küçənin uzunluğu isə 1 km təşkil edir. Küçə boyunca 500 mağaza yerləşir. Burada bir məscid və bir neçə türbə yerləşir. Bazarın mərkəzində saat qülləsi varedır. Saat qülləsi 1597-ci ildə inşa edilmişdir. 1912-ci ildə, Balkan müharibəsi zamanı saat tamamən dağıdılsa da yenidən bərpa edilmişdir.

Cyarkovisa saat qülləsi

Cyarkovisada Böyük bazar ilk ustaların və sənətkarların meydana gəlməsindən sonra yaranmışdır. Bu Cyarkovisanın şəhər tipli qəsəbə statusu almasından sonra almışdır. Bazar haqqında ilk etibarlı məlumat 1662-ci ildə Cakovisanı ziyarət edən və onun gözəlliyinə vurğunluğunu bildirən türk səyyahı Övliya Çələbidən gəlir. Böyük bazarda müxtəlif məshulların satıldığı mağazalara rast gəlmək olurdu. Burada sənətkarlar özlərinin istehsal etdiyi məshulları satırdılar[1].

  1. Grand Bazaar of Gjakova, Masar Rizvanolli, p.39
  • Masar Rizvanolli (2009). Grand Bazaar of Gjakova. Gjakove: Association of Intellectuals.