Kömək:Düzəliş izahı
Düzəlişin izahı və ya düzəlişlə əlaqəli izahat (ing. The description of editing) — məqalədə hər-hansı düzəliş apararkən istifadəçi düzəlişin nəyə əsasən aparılması haqqında izahat verməlidir və mənbə göstərməlidir. Əks halda onun düzəlişinin digər istifadəçilər tərəfindən ləğv ediləcəyi ehtimalı yaranır.
İstifadəçi öz izahını Redaktə səhifəsindəki "Redaktə" pəncərəsinin altında qoyulmuş "Qısa məzmun" sahəsində yaza bilər. Onun görünüşü aşağıdakı kimidir:
Bu sahə maksimum 200 simvol tuta bilər. Vikipediyanın sizə məsləhəti budur ki, səhifəni redaktə edərkən "Redaktə icmalı" sahəsində öz redaktələrinizi qısa olaraq xarakterizə edəcək qeydlər yazasınız. Xüsusən də siz nəyisə məqalədən siləndə bunu etməniz təqdirə layiqdir. Vikipediya ən qısa icmalı belə heç bir icmala tərcih edir. Səliqəli istifadə olunduqda icmal vikipediya nəzakətsizliyin, qarşılıqlı anlaşılmazlıın qarşısını ala, təcrübəli istiafədçilərin diqqətini səhifəyə cəlb edə bilər. Fərqli redaktələr edib, fərqli icmal yazaraq digər istifadəçiləri aldatmaq vikipediyanın nəzakət qaydalarına ziddir.
Daha geniş izahata ehtiyac varsa, izahat məqalənin müzakirə səhifəsində verilə bilər.