Kəlbəli xan Müsahib-Gəncəvi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kəlbəli xan Müsahib-Gəncəvi
Kəlbəli xan Uğurlu xan oğlu Ziyadoğlu-Qacar
1694 – 1702
1694 – 1702
Şəxsi məlumatlar
Doğum yeri Gəncə, Qarabağ bəylərbəyliyi, Səfəvilər dövləti
Fəaliyyəti şair
Atası Uğurlu xan Ziyadi-Gəncəvi
Uşaqları Uğurlu xan, Həsənəli xan, Hüseyhqulu xan, Rzaqulu xan, Məhəmmədqulu xan, Şahverdi xan 

Kəlbəli xan Müsahib-Gəncəvi — şair, Qacar elinin Ziyadoğlu oymağının başçısı, Qarabağ bəylərbəyi, Kaxetiya hakimi, elçi, Cavad xanın babası.

Kəlbəli xan Uğurlu xan oğlu Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. II Şah Abbas Səfəvinin (1642-1666) yaxınları cərgəsində idi. Onun göndərişi ilə İstanbula, Osmanlı sarayına elçi getmişdi.

Şah Sultan Hüseyn Səfəvinin hakimiyyətinin ilk illərində Qarabağın bəylərbəyi, 1694-cü ildən 1702-ci ilədək Kaxetiyanın hakimi olmuşdu.

Kəlbəli xanın Uğurlu xan, Həsənəli xan, Hüseyhqulu xan, Rzaqulu xan, Məhəmmədqulu xan, Şahverdi xan adlı oğulları vardı.

Kəlbəli xan şair idi. Müsahıb təxəllüsü ilə şeir yazırdı.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Müsahib, eçq yolunda o könül yıxan,
Sevgini öyrənməlisən sən uşaqdan.
Ana hirslənsə brlə öz uşağına,
Uşaq qaçar yenə ana qucağına. (Sətri tərcümə)