Kameron adası
Kameron adası | |
---|---|
ing. Cameron Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 1059 km² |
Uzunluğu |
|
Eni | 30 km |
Hündür nöqtəsi | 60 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
76°30′00″ şm. e. 103°50′00″ q. u.HGYO | |
Ölkə | Kanada |
Vilayət |
|
Rayon |
|
Arxipelaq | |
Akvatoriya | |
|
Kameron adası (ing. Cameron Island) — Kanada Arktik arxipelaqına daxil olan ada. Kraliça Yelezaveta adaları qrupuna aiddir. Adada hazırda yaşayış yoxdur (2012).
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Adanın sahəsi 1059 km², sahil xəttinin sahəsi isə 219 km-dir[1]. Şimal-qərbdən cənub-şərqə uzunluğu 44 km, eni isə 20–30 km arasında dəyişir. Ada ərazisinin böyük hissəsini 20–60 m arası olan təpəliklər örtür. Relyefi cənub-şərqə doğru yüksəlir. Burada danın ən hündür zirvəsi olan Vilmot dağı yerləşir (Mt. Wilmot).
Kameron adası 4 iri adadan təşkil olunmuş qrupda ən şimalda yerləşənidir — Aleksandr, Messi, Vane. Kameron adası Baterst adasından qərbdə yerləşir. Vane adasından Arnott boğazı ilə ayrılır (Arnott Strait). Boğazın eni 3,75 km-dir[2].
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Kameron adası Kanada Arktikasında neft hasil edilən ərazidir. 1985–1996-cı illərdə ikikorpuslu tankerlər Bent-Xorndən Monreala xam neft daşıyırdı. Burada cəmi 2,8 milyon barel (450 min m³) nerft daşınmışdır. Yataq 1974-cü ildə kəşf edilmişdir. Bu addım 1973-cü ildə neft böhranı ilə əlaqədar atılmışdır. Neft hasilatı 1996-cı ildə sərt arktik iqlim səbəbindən dayandırılmışdır[3].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Atlas of Canada. List of Islands". 2012-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-17.
- ↑ "The Island Encyclopedia. Cameron Island". 2010-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-17.
- ↑ "History of the Canadian Oil Industry (Key Dates)". 2010-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-17.