Kanye Vest

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kanye Vest
ing. Kanye West
Vest 2009-cu ilin aprelində
Vest 2009-cu ilin aprelində
Ümumi məlumatlar
Doğum adı Kanye Omari West[3]
Ləqəbi
  • Ye
  • Yeezus
  • Saint Pablo
  • Yeezy
  • Louis Vuitton Don
Doğum tarixi 8 iyun 1977(1977-06-08)[1][2] (47 yaş)
Doğum yeri
Həyat yoldaşı
Uşaqları
Anası Donda Vest[d]
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, müğənni, mahnı yazarı[d], musiqi prodüseri, dəb dizayneri, sahibkar, iş adamı, rejissor
Fəaliyyət illəri 1996-cı ildən
Janrlar hip-hop[d], proqressiv rep[d], pop musiqisi, art pop, qospel, soul, müasir R&B[d], pop rep[d], black contemporary[d]
Musiqi alətləri sempler[d], klavişli alət[d], zərb aləti maşını[d]
Albom şirkətləri GOOD Music[d], Roc-A-Fella Records[d], Def Jam Recordings[d]
Təhsili
  • Amerika İncəsənət Akademiyası[d] (19951995),
  • Polaris məktəbi[d]
Elmi dərəcəsi
İmzanın şəkli
kanyewest.com
kanyewest.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ye (tam adı: Kanye Omari West; 8 iyun 1977[1][2], Atlanta, Corciya) — amerikalı repçi, müğənni, mahnı yazarı, prodüser və dəb dizayneri.[5][6][7]

Atlanta şəhərində doğulub, Çikaqoda böyüyən Kanye Vest 2000-ci illərin əvvəllərində Roc-A-Fella Records səsyazma şirkətində gördüyü prodüserlik işləri ilə məşhurlaşmağa başlayıb.[8][9] O, müxtəlif sənətçilərin sinqlları üçün prodüserlik etmiş, həm də "chipmunk soul" sempl üslubunu təkmilləşdirmişdir. Kanye 2004-cü ildə GOOD Music səsyazma şirkətini təsis edir. Onun buraxdığı ilk altı studiya albomu Rolling Stone tərəfindən 2020-ci ildə tərtib edilmiş "Bütün zamanların ən möhtəşəm 500 albomu" siyahısına daxil edilmişdir. Kanye bir çox sənətçi ilə ortaq albom hazırlamışdır – Jay-Z ilə "Watch the Throne" (2011), Kid Cudi ilə "Kids See Ghosts" (2018) və nəhayət Ty Dolla Sign ilə "Vultures 1" (2024)

Dünyanın ən çox musiqi satışı həyata keçirən musiqiçilərindən biri olan Kanye, 160 milyondan çox səsyazma satmağa nail olmuşdur. Kanye 24 "Qremmi" qalibi olmuş, 75 dəfə namizədlik əldə etmiş, həm də Jay-Z ilə birlikdə ən çox mükafat qazanan repçilərdən biri olmuşdur.[10][11] Time jurnalı onu 2005 və 2015-ci illərdə "100 ən nüfuzlu" insanlardan biri adına layiq görüb. Dəb dizayneri kimi Kanye, Nike, Louis Vuitton, Gap, A.P.C. moda markaları ilə tərəfdaşlıq etmişdir. O, Adidas ilə birlikdə Yeezy ayaqqabılarını təqdim etmişdir. Kanye eləcə də Donda məzmun şirkətinin əsasını qoyub.

Kanye Vestin açıq sözlü fikirləri medianın böyük marağına səbəb olmuşdur. O, sosial mediada, mükafat mərasimlərində və ictimai yerlərdə çoxsaylı qalmaqallara səbəb olub.[12] Kanye musiqi və moda sənayesi, ABŞ siyasəti, irq və köləlik haqqında mübahisəli fikirlər bildirib. Onun xristian inancı, Kim Kardaşyanla evliliyi və psixi sağlamlığı medianın diqqət mərkəzində olub.[13][14] 2020-ci ildə Kanye prezidentlik üçün namizədliyini irəli sürüb. Bununla belə, 2022-ci ildə o, geniş qınaqla üzləşib və antisemitist bəyanatlar verdikdən sonra Adidas, Gap və Balenciaga kimi böyük markalardan tərəfdaşlığını itirib.[15][16] 2022-ci ilin noyabrında o, 2024-cü il prezident seçkilərində namizəd olacağını bəyan edib və Nik Fuentes adlı ağ irqçi ilə ictimaiyyətə görünüb. Kanye Vest hətta Adolf Hitleri tərfiləyib, Holokostu inkar edib[17][18] və özünü nasist kimi qələmə verib, bu da mübahisələri daha da artırıb.

Kanye Vest 8 iyun 1977-ci ildə Corciya ştatının Atlanta şəhərində doğulub.[19][20] Üç yaşında ikən valideynləri boşanmış və o, anası ilə birlikdə İllinoys ştatının Çikaqo şəhərinə yaşamışdır.[21][22] Atası Rey Vest Qara Pantera partiyasının üzvü idi, həmçinin o, "The Atlanta Journal-Constitution" qəzetində çalışan ilk qaradərili fotojuranlistlərindən biri olmuşdur.[22] Anası Donda Vest, Klark Atlanta Universitetində ingilis dili professoru kimi çalışırdı. Eyni zamanda Çikaqo Dövlət Universitetində İngilis dili kafedrasının sədri vəzifəsində idi.[23]

Kanye orta səviyyəli bir mühitdə böyüyüb. İllinoys ştatının Ouk-Lon şəhərindəki Polaris Fərdi Təhsil Məktəbində gedib.[8] 10 yaşında anasının işi ilə əlaqədar olaraq Çinin Nankin şəhərinə köçüb.[24] Orada sinifin yeganə əcnəbi şagird idi. Buna baxmayaraq bu ölkənin mədəniyyətinə və dilinə tez uyğunlaşıb.[25] Sözlərinə görə dərslərindən əla qiymətlər "A və B" alırdı.[26]

Kanye Vest erkən yaşlarında incəsənətə maraq göstərib.. O, beş yaşında şeir yazmağa, üçüncü sinifdə ikən isə rep oxumağa başlayıb.[27] Yeddinci sinifdə o, bəstələdiyi musiqiləri başqa sənətçilərə pul qarşılığında satırdı.[28] Onun gənc yaşlarında prodüser No I.D. ilə yolları kəsişmişdir. Bu şəxs, sonradan Kanye Vestin dostu və mentoru olub.[29] Məktəbi bitirdikdən sonra Kanye 1997-ci ildə Çikaqodakı Amerika Rəssamlıq Akademiyasına qəbul edilmiş, lakin, sonralar oranı yarıda qoyaraq ingilis dili və ədəbiyyət üzrə təhsili almaq üçün Çikaqo Dövlət Universitetinə daxil olmuşdur. 20 yaşında ikən universiteti tərk edərək musiqi karyerasına start vermişdir. Bu qərar əvvəlcə onun anasını məyus etmişdi. Sonradan anası Kanyenin bu seçiminə hörmətlə yanaşıb.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Kanye Vestin sərvəti 2021-ci ildə 1,8 milyard dollar təşkil edib.[30] 2022-ci ildə Kanye Vest yəhudilər haqqında mənfi şərhlər verib və bu, ictimaiyyətin və medianın əks reaksiyası və tənqidi ilə nəticələnib. Yeezy markası üçün Kanye ilə tərəfdaşlıq edən idman geyimləri şirkəti Adidas, bu fikirlərə görə onunla ortaqlığını dayandırmaq qərarına gəlib. Nəticə olaraq Kanye 400 milyon dollar itirib, çünki Adidas ilə müqaviləsi onun üçün əsas gəlir mənbəyi idi.[31]

2021-ci ilin avqustunda Kanye Vest şəxsi səbəblərə görə adını qanuni olaraq "Kanye Omari West"dən sadəcə "Ye"yə dəyişdirmək üçün müraciət edib.[32][33] Müraciət eyni ilin oktyabrında qəbul edilib.[34] Kanye 2018-ci ildən bəri adını dəyişdirməyi düşünürdü və illərdir ki, "Ye" təxəllüsündən istifadə edirdi. 2018-ci ildə Kanye müsahibəsində bu haqda danışıb: "Ye İncildə ən çox istifadə edilən sözdür. Bu "sən" mənasına gəlir. Və bununla mən sənəm. Mən bizik. Bu, yeganə mənasını verən Kanye olmaqdan sadəcə Ye-yə çevrildi."

Studiya albomları

Birgə hazırladığı albomlar

Kompilasiya albomları

  • Cruel Summer (2012)

Demo albomları

  • Donda 2 (2022)
  1. 1 2 Kanye West // GeneaStar.
  2. 1 2 Kanye West // Roglo. 1997.
  3. tweet. 2006.
  4. https://web.archive.org/web/20181002020155/https://abc7chicago.com/education/kanye-west-receives-honorary-doctorate-in-chicago/714844/.
  5. "New music review: Kanye West goes gospel with mixed results". Star Tribune. May 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 24, 2021.
  6. "The Year in Christian & Gospel Charts 2019: Kanye West Is Top Gospel Artist". Billboard (ingilis). May 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 24, 2021.
  7. "Kanye West Biography (1977–)". Biography.com. 2020. July 23, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 27, 2020.
  8. 1 2 Davis, Kimberly. "The Many Faces of Kanye West". Ebony. June 2004. səh. 92. March 2, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 19, 2007.
  9. Tyrangiel, Josh. "Why You Can't Ignore Kanye". Time. August 21, 2005. April 1, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 7, 2007.
  10. Ellie Abraham, Ellie. "Kanye West is rumoured to be dropping a new album this week – but not everyone's convinced". The Independent. July 19, 2021. July 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 19, 2021.
  11. "100 Greatest Songwriters of All Time". Rolling Stone. August 13, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 24, 2020.
  12. "Instagram Restricts Kanye West's Account and Deletes Content for Violating Policies". The Hollywood Reporter. October 8, 2022. October 9, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 9, 2022.
  13. Graham, Ruth. "Evangelicals Are Extremely Excited About Kanye's Jesus Is King". Slate (ingilis). October 28, 2019. October 29, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 29, 2019.
  14. Schaffstall, Katherine. "Kanye West Unveils New 'Jesus Is King' Album; Talks "Cancel Culture" and "Christian Innovation"". The Hollywood Reporter. October 25, 2019. October 29, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 29, 2019.
  15. "Adidas cuts ties with rapper Kanye West over anti-Semitism". BBC News. October 26, 2022. December 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 26, 2022.
  16. D'Zurilla, Christie. "Kanye West's hits keep coming: Here are the companies that have cut ties with him". Los Angeles Times. October 26, 2022. November 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 22, 2022.
  17. Limbong, Andrew. "Ye says 'I see good things about Hitler' on conspiracy theorist Alex Jones' show". NPR (ingilis). 2022-12-02. 2022-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-03.
  18. Bort, Nikki McCann Ramirez, Ryan; Ramirez, Nikki McCann; Bort, Ryan. "Kanye to Alex Jones: 'I Like Hitler'". Rolling Stone (ingilis). 2022-12-01. 2022-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-03.
  19. Borus, Audrey; Lynne, Douglas. Kanye West: Grammy-Winning Hip-Hop Artist & Producer. 2013. ISBN 978-1-61783-623-7. İstifadə tarixi: June 8, 2020.
  20. Revolt TV. "A timeline of Kanye West's 41 years of excellence". Revolt. June 8, 2018. June 9, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 8, 2020.
  21. Arney, Steve. "Kanye West Coming To Redbird". Pantagraph. March 8, 2006. April 28, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 26, 2008.
  22. 1 2 Christian, Margena A. "Dr. Donda West Tells How She Shaped Son To Be A Leader In Raising Kanye". Jet. May 14, 2007. November 13, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 19, 2007.
  23. Borus, Audrey; Lynne, Douglas. Kanye West: Grammy-Winning Hip-Hop Artist & Producer. 2013. ISBN 978-1-61783-623-7. İstifadə tarixi: September 2, 2013.
  24. Dillon, Nancy. "Donda West gave her all to enrich son Kanye West's life". New York Daily News. November 14, 2007. July 23, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 31, 2021.
  25. West, Donda. Raising Kanye: Life Lessons from the Mother of a Hip-Hop Superstar. New York City: Pocket Books. 2007. 85–93. ISBN 978-1-4165-4470-8.
  26. Mos, Corey. "College Dropout Kanye Tells High School Students Not To Follow in His Footsteps". MTV. December 5, 2005. December 8, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 28, 2006.
  27. "Kanye and His Mom Shared Special Bond". Chicago Tribune. November 13, 2007. February 21, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 7, 2012.
  28. Calloway, Sway; Reid, Shaheem. "Kanye West: Kanplicated". MTV. February 20, 2004. April 6, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 21, 2009.
  29. Dills, Todd. Hess, Mickey (redaktor). Icons of Hip Hop: An Encyclopedia of the Movement, Music, and Culture (ingilis). 2. Westport, CT: Greenwood Publishing Group. 2007. 555–578. ISBN 978-0-313-33904-2. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-04.
  30. Goldsmith, Jill. "Tyler Perry, Kim Kardashian & Kanye West Hit Forbes Billionaires List For First Time; Jeff Bezos, Elon Musk Are No. 1 & 2 For 2021". Deadline (ingilis). April 6, 2021. December 3, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 3, 2021.
  31. Voytko, Lisette. "Billionaire No More: Kanye West's Anti-Semitism Obliterates His Net Worth As Adidas Cuts Ties". Forbes. October 25, 2022. October 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 25, 2022.
  32. Tapp, Tom. "Kanye West Officially Changes His Name To "Ye," With Judge's Approval Today". Deadline (ingilis). October 18, 2021. October 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 18, 2021.
  33. Henderson, Cydney. "It's official: Kanye West legally changes name to Ye for 'personal reasons,' reports say". USA Today (ingilis). October 18, 2021. August 24, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 19, 2021.
  34. Aubrey, Elizabeth. "Kanye West officially changes his name to 'Ye'". The Independent (ingilis). October 18, 2021. February 3, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 19, 2021.