Kenciro Takayanaqi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kenciro Takayanaqi
yap. 高柳 健次郎
Doğum tarixi 1 may 1899(1899-05-01)
Doğum yeri
Vəfat tarixi 23 iyul 1990(1990-07-23) (91 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Təhsili
Fəaliyyəti ixtiraçı, mühəndis
Mükafatları "Müqəddəs xəzinə" ordeni "Mədəniyyət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kenciro Takayanaqi (高柳 健次郎, Takayanaqi Kenciro?, 1 may 1899, Hamamatsu[d]23 iyul 1990, Yokosuka[d], Kanaqava prefekturası)Yaponiya elektrik mühəndisi və televiziyanın qabacıllarından biri.[1] "Yaponiya televiziyasının atası" hesab olunur.[1]

Kenciro Takayanaqi 1899-cu ildə Yaponiyanın Şizuoka prefekturasında doğulmuşdur.[1] 1921-ci ildə Tokio Ali Texniki Məktəbindən məzun olmuşdur.[2] 1930-cu ildə Hamamatsu Ali Texniki Kollecinin professoru olmuşdur.[1] Daha sonra 1937-ci ildə Yaponiya Yayım Korporasiyasına qoşulmuşdur.[1] 1946-cı ildə JVC şirkətinə qoşulduqdan sonra NHK-nin Texniki Laboratoriyasının direktoru təyin edilmişdir.[1] Daha sonra JVC şirkətinin vitse-prezidenti olmuşdur.[3]

Takayanaqi 1926-cı ildə Yaponiyada ilk televiziya ötürücüsünü hazırlamış, 1933-cü ildə isə Vladimir Zvorikindən cəmi bir neçə ay sonra ikonoskopu ixtira etmişdir.[1] O, Takayanaqi tipli televiziyanı inkişaf etdirmişdir.[2] 1981-ci ildə "Mədəniyyət" ordeni, 1989-cu ildə isə "Müqəddəs xəzinə" ordeni ilə təltif olunmuşdur.[3] Takayanaqi 1990-cı ildə Yokosuka şəhərində ölmüşdür.[3]

  • "Terebicon" (1950, "Televiziya")[1]
  • "Terebicon koqaku" (1959, "Televiziya mühəndisliyi")[1]
  1. 1 2 3 4 5 6 7 8 9 Kodansha Encyclopedia of Japan
  2. 1 2 The Japan Biographical Encyclopedia & Who's Who
  3. 1 2 3 "Kenjiro Takayanagi, Electrical Engineer, 91". New York Times (ingiliscə). 25 iyul 1990. 19 aprel 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2022.