Kendal Cenner

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kendall Jenner
ing. Kendall Jenner
Doğum adı Kendall Nicole Jenner
Doğum tarixi 3 noyabr 1995(1995-11-03)[1][2] (29 yaş)
Doğum yeri
Vətəndaşlığı
Partnyorları
Anası Kris Cenner
Fəaliyyəti sosial fiqur[d], aktrisa, model[d]
Fəaliyyət illəri 2007-ci ildən
Təhsili
  • Laurel-Sprinqs məktəbi[d]
Boyu 179 cm
IMDb ID2832525
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kendall Nikol Jenner (ing. Kendall Nicole Jenner; 3 noyabr 1995[1][2], Los-Anceles, Kaliforniya) amerikalı model və aktrisa.[6] E! telekanalında yayımlanan Keeping Up with the Kardashians ailə realiti şoularında rol alır.[7] Həmçinin Kim Kardaşyanın ögey bacısıdır.

Brüs Cenner və Kris Cennerin qızıdır. Kayli Cenner adında doğma bacıdı və ana tərəfindən Kourti Kardaşyan, Kim Kardaşyan, Kloi Kardaşyan və Rob Kardaşyan adında 4 ögey bacı və qardaşı, ata tərəfindən isə 4 ögey bacı və qardaşı da vardır. Kendal məşhur amerikalı gənc televiziya şəxsiyyəti və mankendir. Həmişə şou-biznesdə danışılan və dünya dünya üzrə geniş kütlə tərəfindən izlənən Kim Kardaşyanın ögey bacısıdır. Kim Kardaşyanın anasının ikinci evliliyindən olan bacılarından Kendal, ögey bacısı ilə birlikdə “Keeping Up with the Kardashians” adındakı televiziya proqramı ilə etdiyi modellik və təşəbbüskarlıq işləri ilə adını eşitdirmişdir. Kendalın uşaqlığı Calabasas, Los-Ancelesdə keçdi. Burada Sierra Canyon Məktəbində təhsil aldı və 2014-cü ildə məzun oldu.[8]

Kendal 13 yaşında moda dünyasına qatıldı. İlk olaraq bacısı Kayli ilə Paper Magazine jurnalının "Gözəl İnsanlar" başlığı altında yer aldı.[9] 14 yaşında Wilhelmina Models modellik agentliyi ilə müqavilə imzalayaraq modellik karyerasına başladı.[10] OK! Tenn Vouge, Seventeen jurnalları üçün çəkilişlərə başladı. 2011-ci ildə bacısı Kayli ilə birlikdə Seventeen jurnalı tərəfindən "Stil Elçiləri" olaraq seçilmişdilər. 2011-ci ildə Kendal, Miss Vogue baş səhifəsində yer alan ikinci model oldu. 2012-ci ildə isə Teen Vogue jurnalında baş səhifədə yer almışdır. Kendal və bacısı Kayli moda dizaynı dünyasına qatıldılar. Kendall & Kylie adında geyim markası yaratdılar.[11] Ardınca Steve Madden - Madden Girl markası üçün aksesuar və ayaqqabı dizayn etdilər. 2014-cü ilin yazında Kendall Nyu-Yprk Moda Həftəsində Mark Jakobs, Donna Karan, Diani von Furstenberq, Tommi Hilfiqer,[12] Parisdə; Sonia Rykiel, Balmain, Givenchy, Chanel,[13] Milanoda; Fendi, Ports 1961, Bottega Veneta, Pucci, Dolce & Gabbana markalarının moda şoularında yer aldı. The Society Manangement, Elite Paris və Elite London kimi agentliklərdə işləyən Kendal W Magazine, V Magazine, Vogue Paris və Interview Magazine jurnallarında şəkil çəkilişləri həyata keçirdi.

2015-ci ildə Harper's Bazaar, GQ və Marie Claire İndoneziya jurnallarının baş səhifəsində yer alan Kendal Calvin Klein markasının yeni üzü seçildi. İyun ayında Türkiyəyə gələn Kendal Antalyada Dosso Dossi Fashion Show-da podiuma çıxdı.[14][15] Burada beş fərqli geyimlə beş dəfə podiumda çıxış etdi.[16][17][18]

Cenner Forbesin ən çox qazanan modellər siyahısında 2018-ci ilin ən varlı modeli seçildi.

İl Ad Rol
2007 - indi Keeping Up with the Kardashians Özü
2008 E! True Hollywood Story Özü
2009 Kourtney and Khloé Take Miami Özü
2011 Kourtney and Kim Take New York Özü
Khloé & Lamar Özü
2012 America's Next Top Model Cycle 18 Özü
Hawaii Five-0 AJ
2014 Ridiculousness Özü
MuchMusic Video Mükafatları Özü
The High Fructose Adventures of Annoying Orange Çiyələk
2015 I Am Cait Özü

Nominasiyaları və mükafaları

[redaktə | mənbəni redaktə et]
İl Tədbir Kateqoriya Nəticə
2013 Teen Choice Mükafatları Reality TV Yıldız seçimi: Bayan Qazandı
2014 Genç Hollywood Mükafatları Sən çox bəzənmisən Nominasiya
Teen Choice Mükafatları Qadın Hottie Nominasiya
Stil İkonu Nominasiya
Reality TV personaj seçimi: Qadın Nominasiya
2015 Models.com MDX Model ilin Mükafatları 2014 Qadın Ulduz Qazandı
Teen Choice Mükafatları Model seçimi Qazandı
InStyle Sosial Media Mükafatları Rok ulduzu Nominasiya
Modern gənc kraliça Nominasiya
IADAS: The Lovie Awards Internet Video: Trend Video Qazandı
Models.com MDX Model Of The Year Awards 2015 Sosial media starı: Qadın (münsif seçimi) Nominasiya
Sosial media starı: Qadın (izləyici seçimi) Qazandı
İlin modeli: Qadın (izləyici seçimi) Nominasiya
  1. 1 2 Kendall Jenner // Internet Speculative Fiction Database (ing.). 1995.
  2. 1 2 Kendall Jenner // Roglo. 1997.
  3. 1 2 https://people.com/tv/kendall-jenner-blake-griffin-everything-we-know-about-their-relationship/.
  4. 1 2 https://www.harpersbazaar.com/celebrity/latest/a42113565/harry-styles-kendall-jenner-full-relationship-timeline/.
  5. 1 2 https://people.com/tv/kendall-and-asap-rocky-timeline/.
  6. Gray, Lorna. "Kendall Jenner explains the importance behind her middle name 'Nicole'". Cosmopolitan. April 12, 2016. April 14, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 12, 2016.
  7. "Arxivlənmiş surət". 2016-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.
  8. "Arxivlənmiş surət". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.
  9. https://web.archive.org/web/20150924064256/http://www.papermag.com/2010/03/beautiful_people_2010_kendall_kylie_jenner.php
  10. "Arxivlənmiş surət". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.
  11. https://web.archive.org/web/20130714073219/http://finance.yahoo.com/news/pacsun-launches-premier-kendall-kylie-110000610.html
  12. https://web.archive.org/web/20150926234708/http://www.ryanseacrest.com/2014/09/08/kendall-jenner-walks-for-tommy-hilfiger-dvf-at-new-york-fashion-week/
  13. https://web.archive.org/web/20150618123924/http://www.reveal.co.uk/fashion/news/a600184/kendall-jenner-joins-cara-delevingne-on-chanel-catwalk-in-paris.html
  14. https://web.archive.org/web/20160201120405/http://www.posta.com.tr/magazin/GaleriHaber/Kendall-Jenner-Antalya-da-podyuma-cikti.htm?ArticleID=285993
  15. "Arxivlənmiş surət". 2016-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.
  16. https://web.archive.org/web/20160201090648/http://www.haberler.com/20-dosso-dossi-fashion-show-kendall-jenner-basin-7402098-haberi/Dosso
  17. "Arxivlənmiş surət". 2016-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.
  18. "Arxivlənmiş surət". 2015-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]