Kipr coğrafiyası
Kipr coğrafiyası[1] - Kipr adası üç subyekt arasında bölünmüşdür. Onun 60.99% Kipr Respublikası, 36.27% Şimali Kipr Türk Respublikası və 2,74 % isə Akrotii və Dekeliyanın payına düşür.
Relyef
[redaktə | mənbəni redaktə et]Adanın ərazisinin bir hissəsini dağlar tutur. Şimal sahillərinə qədər Kireniya silsiləsi uzanır. Silsilənin qərb hissəsində eni 15 km, şərqində isə 25–30 km arasında dəyişir. Qərb hussəsində hündürlük daha çoxdur. Bəzi zirvələrin hündürlüyü 1000 metri keçir. Silsilənin ən hündür zirvəsi Akromand dağıdır (1023 m). Cənub-qərb hissəsində Troodos massivi yerləşir. Burada Kipr adasının ən hündür zirvəsi olan Olimbos dağı (1952 m)[2] qərarlaşır. İki silsilə arasında yarımtəpəli Mesaoriya düzənliyi yerləşir. Yağışlar dönəmində müvvəqəti axar olan Akaki qərbə, Pedizos isə şərqə axır. Düzənlik dördüncü dövr dəniz suxurlarından təşkil olunmuşdur. Düzənlik dağlarla əhatələndiyimdən küləklərdən qorunur. Bu səbəbdən əlverişli iqlimə malikdir. Əhalinin böyük hissəsi burada yaşayır. Burada tut, zeytun, portağal ağacları becərilir. Qarışıq şərabcılıq yayılmışdır. Cənuba və cənub-şərqə doğri Mesaoriya düzənliyi körfəz və buxtalarla parçalanır. Burada Ammoxostos və Larnaka körfəzləri yerləşir.
Burada quru yaya malik olur. Portağal və digər sitrus meyvələri yetişdirilir. Burada hətta zəngin yunan qozu olan ərazilərə rast gəlinir. Qışı isə qarlı keçir. Qar Trooda dağının üzərini örtür.
Geoloji qruluşu
[redaktə | mənbəni redaktə et]Kipr bir becə tektonik tavaların birləşmələrin bir-biri ilə toqquşması ilə yaranmışdır[3]. Onun cənub-qərb və şimal-şərq hissəsində təbaşir dövrünün qalıqları yayılmışdır. Onların arasında yerləşən Troodos dağı isə vaxtı ilə mövcud olmuş tetis okeanının dibinin xalxması nəticəsində meydana gəlmişdir. Adanın bu coğrafı konturları kosmosdan aydın müşahidə edilir.
Troodos dünyada daha dəqiq araşdırılmış bu tip qalxmaların birincisidir.
İqlimi
[redaktə | mənbəni redaktə et]Kiprin iqlimi aralıqdənizi iqlim tipinə xasdır. Qışı rütübətli, yayı isə isti və quraq keçir. Orta illik temperaturu +20,5 °C təşkil edir. Ən isti ay avqustdur, temperatur +28 °C, ən soyuq ay isə yanvardır, temperaturu +12 °C təşkil edir. İllik yağıntının miqdarı çox deyildir. Düzənliklərdə yağıntının miqdarı 360–400 mm, dağlarda isə 700–1000 mm təşkil edir. Sahil və vadilərdə iqlim olduqca quraqdır. Mesaoriiyə düşən yağıntının miqdarı 250 mm təşkil edir. Troodos dağında isə yağıntının miqdarə 1000 mm keçir. Ən rütubəti ay dekabr və yanvar hesab edilir. Nadir hallarda temperatur -4 °C qədər azalır.
Hidroqrafiyası
[redaktə | mənbəni redaktə et]Kipr adasında daimi axara malik olan çay demək olar ki yoxdur. Onların hamısı başlanğıclsrıdı dağlardan götürərək payız və qış mövsümləri su ilə dolurlar. Çayların çoxu qısadır. Onların ən uzunu 50-70 kilometr uzunluğa malikdir. Qış ayları çaylar öz məcrasından çıxaraq həhha daşqın belə ənələ gətirəbilirlər. Əsas qidalanma mənbəyi təbii ki yağış sularıdır. Kiorin ən iri çay Akaki çayıdır. Üstəlik burada Pesidos və Yalias kimi,çayları belə vardır.
Kipr sahillərində 6 iri körfəz vardır: Xrisoxu və Morfu — şimal-qərbdə, Famaqusta körfəzi — şərqdə, Larnaka — cənub-şərqdə, Aktotiri vı Episkopi — cənubda yerləşir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Embassy of Greece, USA — Cyprus: Geographical and Historical Background". 2004-12-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-16.
- ↑ "Country ProFayl: Climate". Official Website of the Embassy of the Republic of Cyprus in Washington D.C. 2012-04-06 tarixində orijinalından arxivləşdirilib..
- ↑ "Official Cyprus Government Web Site". 2006-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-16.