Konstitusiya Partiyası (ABŞ)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Konstitusiya partiyası

ing. Constitution Party
Loqonun şəkli
Qurucu Hovard Fillips
Lideri Cim Klaymer
Quruluş tarixi 1991
Baş qərargah North Lime 23 küç., Lançaster, Pensilvaniya ştatı.
İdeologiya Amerika millətçiliyi,
Xristian millətçiliyi,
Konservativ liberalizm,
Konservativ libertianizm,
İqtisadi millətçilik,
Milli konservatizm,
Paleokonservatizm,
Paleolibertianizm,
Sosial konservatizm,
Proteksionizm.
İdeoloji spektr sağçılıq, ifrat sağçılıq
Üzv sayı 438 min
Saytı Constitution Party
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Çak Boldvin- Partiyanın 2008-ci ildə prezident seçkilərində rəsmi namizədi

ABŞ Konstitusiya Partiyası1991-ci ildə Hovard Fillips tərəfindən yaradılan siyasi partiyadır. Bu siyasi partiya 1999-cu ilə qədər ABŞ Vergi Ödəyicilərinin Partiyası adlanıb. Hal-hazırda partiyaya Cim Klaymer başçılıq edir.

Bu partiya siyasi baxışlarına görə sağ qüvvələrə daxildir və əsas ideoloji xüsusiyyətləri paleokonservatizm – ABŞ dövlətini yaradanların konservant yəni mühafizəkar idealarına, Konstitusiya qaydalarına və İncil-də olan dini prinsiplərə sadiq qalmaqdır. İqtisadi məsələlərdə bu partiyanın fikirləri respublikaçılar və libertian partiyasının fikirləri ilə səsləşir. Mühafizəkar və dini tipli partiya olaraq Konstitusiya Partiyası bəzi insan hüquqlarına qarşı çıxaraq onların məhdudlaşdırılmasını və ya tamamilə qüvvədən çıxarılmasının tərəfdarıdır.

Dini baxımdan olaraq partiya evtanaziyaaborta qarşıdır. Sözügedən hüquqların ya tamamilə ləğv edilməsi ya da ki, məhdudlaşdırılması üçün partiya ABŞ ictimaiyyətində təbliğat aparır. Bundan başqa partiya eyni cinsdən olan insanların nigahına qarşı çıxır. Miqrasiya məsələsində isə partiya leqal üsulların tərəfdarıdır və leqal olmayan üsullara qarşı sərt qərarların verilməsini istəyir. Partiyanın əsas istiqamətlərindən biri isə ABŞ konqresinin təhsilsəhiyyə sahələrinə qarışmasına əngəl qoymaqdır. Konstitusiya Partiyası bu addımla sözügedən sahələrdə sabitlik və inkişaf yaratmaq, konqresin bəzən düzgün hesablanmayan qərarlarından qorumaq istəyir. Partiyanın digər tələbi isə odlu silah gəzdirmək istəyənlərə çətinliklərin çıxartmadığı hüquqların verilməsidir. Konstitusiya partiyası iqtisadi əsasları möhkəmləndirmək üçün ABŞ-nin dünya iqtisadiyyatından izolyasiya olunmasını, beynəlxalq müqavilələrdən imtina edilməsini və ölkənin Şimali Amerika Azad Ticarət Zonası anlaşmasından (NAFTA), Ticarət Tarifləri üzrə əsas anlaşmadan (GATT) və Ümumdünya Ticarət Təşkilatından (WTO) çıxmasının tərəfdarıdır.

2008-ci ilin göstəricisinə əsasən partiyanın rəsmi üzvlərinin sayı 438 min nəfərdən çoxdur. Bu üzvlər əsasən Kaliforniya ştatının vətəndaşlarıdır.

Prezident seçkilərində iştirak göstəricisi

[redaktə | mənbəni redaktə et]
İl Prezidentliyə namizəd Vitse-prezidentliyə namizəd Qazanılan səslər
1992 Hovard Fillips Albion Knayt 43 369
1996 Hovard Fillips Xerb Taytes 184 820
2000 Hovard Fillips Kertis Freyzer 98 022
2004 Maykl Perutka Çak Boldvin 143 630
2008 Çak Boldvin Darrel Kasl 199 314

1. Ballot Access News (ingiliscə)
2. 2008-ci il ABŞ prezident seçkilərində "III partiyalar"ın icmalı (rusca)