Lana Del Rey
Lana Del Rey | |
---|---|
ing. Elizabeth Woolridge Grant | |
Ümumi məlumatlar | |
Doğum adı | Elizabeth Woolridge Grant[3] |
Ləqəbi | Lana Del Rey |
Doğum tarixi | 21 iyun 1985[1][2] (39 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, aktrisa, kino aktrisası, səsyazma sənətçisi[d], müğənni, musiqi prodüseri, şair |
Fəaliyyət illəri | 2005-ci ildən |
Janrlar | indi-pop, barokko-pop[d], trip hop[d], sedkor[d], drim-pop[d], indi-rok[5], sloukor[d], psixodelik rok, psixodelik pop[d], rok, ritm-n-blyuz |
Musiqi alətləri | gitara |
Səs tembri | messo-soprano |
Albom şirkətləri | Interscope Records, Polydor Records |
Təhsili | |
lanadelrey.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Lana Del Rey (əsl adı: Elizabet Vulric Qrant; 21 iyun 1985[1][2], Nyu-York, Nyu-York ştatı[4]) — amerikalı müğənni-mahnı yazarı. Melanxolik, qlamur və kino üslublu mahnılarına görə tanınır. Lana iki "Brit", üç "MTV Europe Music Awards" və bir "Satellite" mükafatı laureatıdır. On bir dəfə "Qremmi"yə namizəd göstərilmiş, ancaq heç birini qazanmamışdır. [6] Variety onu "XXI əsrin ən nüfuzlu müğənni-mahnı yazarlarından biri" adına layiq görüb.[7][8]
Lana Del Rey karyerasına 2005-ci ildə Nyu-York şəhərinə köçdükdən sonra başlayıb. O, 2011-ci ildə çıxardığı "Video Games" sinqlının viral uğurundan sonra Polydor və Interscope[9] şirkətləri ilə müqavilə bağlayıb. 2012-ci ildə "Summertime Sadness" hitinin daxil olduğu ikinci albomu "Born to Die" kommersiya uğuru qazanıb. Onun 2014-cü ildə yayımladığı gitara əsaslı üçüncü albomu "Ultraviolence" ABŞ-də Billboard 200 cərgəsinə daxil olub. Lana "Honeymoon" və "Lust for Life" albomlarında əvvəlki musiqi üslubuna geri qayıdıb. Tənqidçilər tərəfindən bəyənilən altıncı albomu "Norman Fucking Rockwell!" soft rok janrı ilə diqqət çəkib.[10] Onun növbəti studiya albomları "Chemtrails over the Country Club" və "Blue Banisters" 2021-ci ildə işıq üzü görüb. Lananın doqquzuncu albomu "Did You Know That There's a Tunnel Under Ocean Blvd" 2023-cü ildə buraxılıb. Lana Del Rey sayca onuncu albomu olan "The Right Person Will Stay"i 2025-ci ilin mayında buraxmağı planlaşdırır.
Lana həmçinin müxtəlif filmlər üçün mahnılar yazıb ifa etmişdir. 2013-cü ildə qısa musiqili film "Tropiko"nun ssenarisini yazıb baş rolda oynamışdır.[11] Həmin il ekranlara çıxan "Böyük Qetsbi" filmi üçün "Young and Beautiful" mahnısını buraxmışdır. Bu mahnısına görə "Qremmi" mükafatına namizəd göstərilib. 2014-cü ildə "Malefisenta" filmi üçün "Once Upon a Dream" mahnısını səsləndirib. 2014-cü ildə kinorejissor Tim Börtonun "Böyük gözlər" filmi üçün də mahnı yazıb. Sözügedən mahnı "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. Lana 2019-cu ildə işıq üzü görmüş "Çarlinin mələkləri" filmi üçün isə "Don't Call Me Angel" mahnısını ifa etmişdir. 2020-ci ildə o, "Violet Bent Backwards Over the Grass" adlı şeir və fotoqrafiya kolleksiyasını nəşr etdirib.
Həyatı
[redaktə | mənbəni redaktə et]1985–2004: İlk dövrləri
[redaktə | mənbəni redaktə et]Elizabet Vulric Qrant 21 iyun 1985-ci ildə[12] Nyu-Yorkun Manhetten[13] bölgəsində anadan olmuşdur. Atası Robert İnqland Qrant Cr. "Grey Group" şirkətinin kopirayteri, anası isə həmin şirkətin hesab rəhbəri Patrisiya Enn "Pet" (qızlıq soyadı: Hill)-dir.[14][15][16] Onun Kerolayn "Çak" Qrant adlı kiçik bacısı[17] və Çarli Qrant adlı kiçik qardaşı var.[18][19] O, Roma‐Katolik kimi böyüdülüb və şotland əsillidir, ulu babası Lanarkşirdəndir.[20][21] Bir yaşında olarkən ailəsi ilə birlikdə Nyu-Yorkda yerləşən Leyk-Plesid şəhərinə köçmüşdür.[22] Atası orada sahibkarlıq sahəsinin investoru olmamışdan əvvəl mebel şirkətində çalışmış,[23] anası isə məktəb müəllimi işləmişdir.[24] İbtidai məktəb illərində Lana Müqəddəs Aqnes məktəbində təhsil alıb[19] və kantor olduğu kilsə xorunda oxumağa başlayıb.[19][25]
Lana anasının dərs dediyi orta məktəbdə bir il oxuyub,[24] lakin 14[26] və ya 15[27] yaşında olarkən valideynləri onu alkoqolizmdən uzaq tutmaq üçün Kent adlı məktbə göndəriblər.[28] Lana müsahibələrinin birində deyib: "Məni spirtli içkidən uzaq tutmaq üçün 14 yaşımda internat məktəbinə göndərdilər"[26] Məktəbin rəhbərliyində işləyən əmisi ona maddi yardım göstərmişdir.[29] Lana yeniyetmə və gənclik illərində dost tapmaqda çətinlik çəkirdi.[30][31]
Mən çox gənc yaşlarımda anamın, atamın və tanıdığım hər kəsin, bir gün özümün də öləcəyini bilirdim. Bir növ tənəzzül keçirdim. Ölümlü olduğumuza inana bilmirdim. Nədənsə bu bilik mənim təcrübəmə kölgə saldı. Bir müddət gözüyaşlı oldum. Çox çətinliyə düşdüm. Əvvəllər çox içirdim. Bu mənim həyatımın çətin dövrü idi. [32] |
Kent məktəbini başa vurduqdan sonra bir il xalası və əmisi ilə Lonq-Aylenddə yaşamış və ofisiant kimi işə düzəlmişdir.[23] Bu müddət ərzində Lananın əmisi ona gitara çalmağı öyrədib. Onun [Lananın] bu altı akkordla yəqin ki, bir milyon mahnı yaza biləcəyini anlamışdı.[33] Lana qısa müddət sonra "Sparkle Jump Rope Queen" və "Lizzy Grant and the Phenomena" kimi müxtəlif adlar altında şəhər ətrafındakı gecə klublarında mahnılar yazmağa və ifa etməyə başlamışdı.[33] "Mən həmişə mahnı oxuyurdum, amma ciddi şəkildə məşğul olmağı planlaşdırmırdım—On səkkiz yaşım olanda Nyu-Yorka gələndə Bruklin klublarında mahnı oxumağa başladım" dedi.[13]
Karyerası
[redaktə | mənbəni redaktə et]2005–2010: Karyera başlanğıcı və ilk səsyazmalar
[redaktə | mənbəni redaktə et]Lana Del Rey 2004-cü ilin payızında 19 yaşında ikən Bronksdakı Fordham Universitetinə daxil olub. O, metafizika sahəsinə verdiyi dəyəri nəzərə alaraq fəlsəfə ixtisasını seçmişdi.[13] 2005-ci ilin yazında, hələ tələbə ikən Birləşmiş Ştatların Müəllif Hüquqları Ofisində yeddi trekdən ibarət mini-albom qeydiyyata almışdı. Bunlardan bəziləri "Rock Me Stable" və "Young Like Me" idi.[34][35] Digər mini-albomu "From the End" Lananın o vaxtki səhnə adı olan May Jailer ilə qeydə alınmışdı.[35] 2005–2006-cı illər arasında o, May Jailer adı altında "Sirens" adlı akustik albom yazıb. Həmin bu albom 2012-ci ilin ortalarında internetdə sızdırıldı.[36]
–Lana nə üçün musiqi sənayesinə daxil olduğunu izah edir.[31]
Lana Del Rey 2006-cı ildə Williamsburg Live Songwriting Competition-da ictimaiyyət qarşısında ilk çıxışını etmişdir. Bu müddət zamanı o, musiqi şirkəti 5 Points Records-un A&R nümayəndəsi Van Uilson ilə tanış olub.[37][38][38] 2007-ci ildə universitetdə sonuncu kursda təhsil alarkən "No Kung Fu" adı altında toplanmış akustik mahnılarının demo yazısını 5 Points Records-a təqdim etmişdir.[35] Şirkət onunla 10.000 dollarlıq səsyazma müqaviləsi bağlayır. Lana pulu Nyu-Cersi ştatının Nort-Berqen şəhərində yerləşən treyler parkı Manhattan Mobile Home Park-a köçmək üçün istifadə edir və çox keçmir ki, prodüser David Kahne ilə mahnılar üzərində işləməyə başlayır.[13][28][35][38] Nichtern bunları xatırlayır: "Bizim planımız hər şeyi təşkil etmək və bir səs yazısına sahib olmaq idi, o kolleci bitirdikdən dərhal sonra konsert turlarına gedəcəkdi. Bir çox sənətçi kimi, o da dəyişdi. Bizə ilk gələndə o, zərif kiçik akustik gitara çalırdı, sarı saçlı, çox gözəl gənc qadın idi. Bir az qaranlıq, lakin çox ağıllı idi. O, çox tez təkmilləşməyə doğru gedirdi."[38]
Lana Del Rey 2008-ci ildə Fordhamı fəlsəfə üzrə İncəsənət Bakalavr dərəcəsi ilə bitirdi.[28] Daha sonra Lizzy Grant ləqəbi ilə Kahnenin prodüseri olduğu "Kill Kill" adlı üç trekdən ibarət mini-albom buraxmışdır.[39] İfadəsində deyib: "Devid göndərdiyim demonu dinlədikdən bir gün sonra mənimlə işləmək istədiyini bildirdi. O, çox dürüst bir prodüser kimi tanınır və sadəcə pop deyil, istənilən musiqi üzərində işləməyi bacarır."[40] Həmin ərəfələrdə Lana evsiz şəxslər və narkomanlar üçün könüllü xeyriyyə işi görürdü.[13] O, Yuta ştatında Hinduların məskunlaşdığı evlərin rənglənməsinə kömək edən zaman kollecdə könüllü işlərlə maraqlanmağa başlamışdı.[19][41]
Lana səhnə adı barədə bunları deyib: "Mən musiqini formalaşdıra biləcəyim bir ad istəyirdim. O vaxtlar Mayamiyə çox gedirdim, Kubadan olan dostlarımla ispanca danışırdım–Lana Del Rey bizə dəniz sahilinin qlamurunu xatırlatdı.[42] Dilin ucundan çıxan söz möhtəşəm səslənirdi. "Bu ad həm də aktrisa Lana Törnerdən həm də 1980-ci illərdə Braziliyada istehsal edilmiş Ford Del Rey sedanından gəlir.[43] 2010-cu ilin yanvarında özünün adını daşıyan debüt albomunu buraxır.[38] Atası albomun marketinqində kömək etmişdi.[44] Albom 2010-cu ilin aprelində geri götürülməzdən əvvəl qısa müddət ərzində iTunes-dan satın alınması əlçatan idi.[38][38][45]
Lana "Lana Del Ray" buraxıldıqdan üç ay sonra menecerləri Ben Mawson və Ed Millett ilə danışıqlar aparıb. Onlar Lananın 5 Points Records ilə müqaviləsindən çıxmasına kömək etmişdilər. Lana qısa müddətdən sonra Londona yaşamağa gedib. O, bir neçə il Ben Mawson ilə birlikdə olub.[19] Lana 1 sentyabr 2010-cu ildə Mando Diao ilə birlikdə Berlindəki Union Film-Studios-da MTV Unplugged konsertində çıxış edib.[46] Elə həmin il o, bir neçə dostu ilə birlikdə çəkdiyi "Poolside" adlı qısametrajlı filmdə rol alıb.[47]
2011–2013: Born to Die və Paradise-ın uğuru
[redaktə | mənbəni redaktə et]Lana Del Rey 2011-ci ildə "Video Games" və "Blue Jeans" mahnıları üçün özünün hazırladığı musiqi videolarını YouTube-a yerləşdirir.[48] "Video Games" mahnının klipi internetdə viral olur.[49] Bu mahnı Stranger Records şirkətinin diqqətini cəlb edir. Lana bu şirkətlə müqavilə bağlayır və mahnısını debüt sinqlı olaraq buraxır.[50] O, The Observer-ə danışıb: "Mən bu mahnını bir neçə ay əvvəl internetə yerləşdirdim, çünki bu, mənim sevimli mahnım idi. Düzünü desəm, bu sinql olmayacaqdı, amma insanlar həqiqətən buna reaksiya verdilər."[13] 2011-ci ilin oktyabrdında mahnı ona "Q" mükafatı,[51] 2012-ci ildə isə "Ən yaxşı müasir mahnı" kateqoriyası üzrə "Ayvor Novello" mükafatı qazandırdı.[52] Lana həmin il 2012-ci ildə Born to Die adlı ikinci studiya albomunu buraxmağa hazırlaşırdı. Bu albom yeni müqavilə bağladığı Interscope Records və Polydor tərəfindın buraxılacaqdı.[53] Lana o dövrlərdə müğənni Barrie-James O'Neill ilə münasibətdə idi.[54] İkisi hardasa üç ilə yaxın birlikdə olduqdan sonra 2014-cü ildə ayrılıblar. Lana Del Rey 14 yanvar 2012-ci ildə Saturday Night Live verilişində yeni çıxacaq albomundan iki mahnısını canlı olaraq ifa etmişdir. Onun performansı ictimaiyyət tərəfindən mənfi rəylərlə qarşılanmışdır.[55][56]
"Born to Die" 31 yanvar 2012-ci ildə dünya miqyasında satışa çıxarılır. Çox keçmədən kommersiya uğuru qazanır, 11 ölkədə bir nömrə olur və ABŞ Billboard 200 albom cərgəsində ikinci mövqemi tutur.[57][58] Lana buraxılış həftəsi bildirmişdi ki, 2010-cu ildə yayımlanan "Lana Del Ray" adlı debüt albomunun hüquqlarını əvvəlki şirkətdən geri alıb və bu albomu 2012-ci ilin yayında Interscope Records və Polydor vasitəsilə yenidən buraxacaq.[59] "Born to Die" 2012-ci ildə 3,4 milyon nüsxə sataraq 2012-ci ilin ən çox satılan beş albomundan biri oldu.[60][61][62] Eləcə də 2012-ci ildə ABŞ Billboard 200-də 76-cı sırada qaldı.[63]
Lana Del Rey 2012-ci ilin sentyabrında Paris Motor Show-da Jaguar üçün F-ype avtomobil modelini təqdim edib. Onun "Burning Desire" mahnısı avtomobilin tanıtım videosunda istifadə edilmişdi.[64][65][66] Jaguar-ın qlobal brend direktoru Adrian Hallmark şirkətin seçimini izah edərək, Lananın "orijinallıq və müasirliyin unikal qarışığı" olduğunu bildirirdi.[64] Lana sentyabrın 25-də qarşıdan gələn mini-albomu "Paradise"ın tanıtımı üçün "Ride" adlı sinqlını çıxarır.[67] 10 oktyabr 2012-ci ildə Santa Monikadakı Aero Teatrında "Ride" musiqi videosunun premyerası baş tutur.[68][69] Bəzi tənqidçilər Lananın canlandırdığı bayker dəstəsindəki fahişə obrazına görə onu qınadılar.[33][69][70][71]
"Paradise" 12 noyabr 2012-ci ildə buraxılır.[67] İlk həftəsində 67.000 ədəd nüsxə satır və Billboard 200-də ilk onluğa daxil olur. Bu Lananın ABŞ-də Top 10-a düşən ikinci albomu olmuşdu.[72] "Paradise" 2014-cü ildə "Qremmi" mükafatına namizəd göstərilmişdir. [73] Lana 2012 MTV Avropa Musiqi Mükafatlarında bir neçə nominasiya aldı və Ən yaxşı alternativ ifaçı kateqiyasında mükafat qazandı.[74] 2013-cü ilin fevralında Brit mükafatlarında, "Beynəlxalq qadın solo sənətçi" mükafatını, ardınca "Ən yaxşı beynəlxalq yeni gələn" və "Ən yaxşı beynəlxalq Pop/Rok sənətçisi" kateqoriyalarında iki "Echo" mükafatına layiq görüldü.[75][76]
Lana sonrakı bir neçə ay ərzində iki kover mahnısını klipləri ilə yanaşı təqdim edib. Biri Leonard Koenin "Chelsea Hotel#2",[77] digəri isə o vaxtkı sevgilisi Barrie-James O'Neill ilə səsləndirdiyi Li Hezlvud və Nensi Sinatranın "Summer Wine" mahnısının koveri idi.[78] Lana 2013-cü ilin may ayında "Böyük Qetsbi" filminin saundtreki üçün "Young and Beatiful" mahnısını buraxıb.[79] Mahnı buraxıldıqdan sonra Billboard Hot 100-də 22-ci yerə çıxdı.[80] Onun "Summertime Sadness" mahnısının Cedric Gervais remiksi 2 iyul 2013-cü ildə radioya göndərilir. Hitə çevrilən bu mahnı kommersiya uğuru qazanır. "Young and Beautiful"u keçərək, Billboard Hot 100-də 6-cı yerə çatır. Bu onun ABŞ-də ilk onluğa düşən ilk hit mahnısı idi.[81] Remiks 2013-cü ildə Qeyri-klassik Remiks,[82] Ən yaxşı remiks səsyazısı üzrə Qremmi mükafatını qazandı, "Young and Beautiful" isə Vizual media üçün yazılan ən yaxşı mahnı nominasiyasına namizəd oldu.[73]
Lana Del Rey 2013-cü ilin iyun ayında Entoni Mendlerin rejissorluğu ilə çəkilmiş "Tropiko" filmində rol alır.[83][84] Film 4 dekabr 2013-cü ildə Hollivuddakı Cinerama Dome kinoteatrında nümayiş etdirildi.[85] Dekabrın 6-da saundtrek rəqəmsal satış mağazalarında buraxıldı.[86][87]
2014–2016: Ultraviolence, Honeymoon və film işi
[redaktə | mənbəni redaktə et]Lana Del Rey 26 yanvar 2014-cü ildə qaranlıq fantastik film "Malefisenta" üçün kover ifa olan "Once Upon a Time" mahnısını təqdim edib.[88] Lana "Paradise" hazırlanıb başa çatdıqdan sonra Den Auerbax ilə birlikdə növbəti albomu üzərində işləməyə başlamışdır.[89] "Ultraviolence" 13 iyun 2014-cü ildə buraxılır. ABŞ və Birləşmiş Krallıq da daxil olmaqla 12 ölkədə bir nömrədə debüt edir. İlk həftəsində dünya üzrə 880.000 nüsxə satılan albomdan əvvəl "West Coast", "Shades of Cool", "Ultraviolence"[90] və "Brooklyn Baby" sinqlları çıxarılır.[91][92][93] Fotoqraf Françesko Karrozzini Lananın "Ultraviolence" mahnısı üçün klip çəkdikdən sonra onunla münasibət qurmağa başlamışdı. Cütlük bir ildən sonra 2015-ci ilin noyabrında ayrıldılar.[94] Lana albomu "kinematik və qaranlıq" kimi təsvir etdi,[95] bəzi tənqidçilər isə albomu onun əvvəlki buraxılışlarından daha qabarıq şəkildə gitara alətlərini özündə əks etdirən psixodelik[96] və desert rok rekordu kimi xarakterizə etdilər.[97][98] Həmin ilin sonunda Lana, Tim Börtonun rejissorluğu ilə çəkilmiş "Böyük gözlər" filmi üçün "I Can Fly" və eyni zamanda filmin adını daşıyan mahnı buraxdı.[99]
Lana Del Reyin dördüncü studiya albomu "Honeymoon" 18 sentyabr 2015-ci ildə işıq üzü görür.[100] Çox qısa zamanda musiqi tənqidçilərinin rəğbətini qazanır.[101] Albomun buraxılmasından əvvəl "High by the Beach" və "Terrence Loves You" sinqlları yayımlanmışdır.[102][103] Lana 2015-ci ilin may ayında bu albomun buraxılışına az qalmış "The Endless Summer Tour" adlı konsert turuna başlayacağını bildirdi. Konsert turunun açılışında Kortni Lav[104] və Qrimsim çıxış edəcəyi də məlum olmuşdu.[105] Bundan əlavə, Lananın The Weeknd ilə birlikdə yazıb ifa etdiyi "Prisoner" mahnısı 27 avqust 2015-ci ildə işıq üzü görmüşdür.[106]
2015-ci ilin noyabr ayında Lana müğənni-bəstəkar Daniel Constonun həyatı haqqında çəkilən "Hi, How Are You Daniel Johnston" adlı qısametrajlı sənədli filmin prodüserliyini etdi.[107] Film üçün o, Constonun "Some Things Last a Long Time" mahnısının kover ifasını səsləndirmişdir.[108] Lana 2015-ci ilin noyabrında Billboard Women in Music mükafatları mərasimində "Trailblazer" mükafatını qazanmışdır.[109] Həmçinin Ən Yaxşı Alternativ mahnıya görə MTV Avropa Musiqi mükafatına layiq görülüb.[110]
Onun "Honeymoon"-dan "Freak" mahnısına çəkilmiş klipin premyerası 9 fevral 2016-cı ildə Los-Ancelesdəki Wiltern Teatrında baş tutmuşdur.[111][112] O, müğənni The Weeknd-in "Starboy" albomunda onunla əməkdaşlıq etmişdir.[113] Lana Del Rey "Party Monster" və "Stargirl Interlude" mahnılarında yer almışdır.[114] Albomdan sinql olaraq buraxılan "Party Monster"[115] Billboard Hot 100-də Top 20-yə daxil olmuş[116] və ABŞ-də ikiqat platin sertifikatı almışdır.[117]
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]Studiya albomları
- Lana Del Ray (2010)
- Born to Die (2012)
- Ultraviolence (2014)
- Honeymoon (2015)
- Lust for Life (2017)
- Norman Fucking Rockwell! (2019)
- Chemtrails over the Country Club (2021)
- Blue Banisters (2021)
- Did You Know That There's a Tunnel Under Ocean Blvd (2023)
- The Right Person Will Stay (2025)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 http://www.rollingstone.com/music/news/18-things-you-learn-after-two-long-days-with-lana-del-rey-20140724.
- ↑ 1 2 Lana Del Rey // Česko-Slovenská filmová databáze (çeş.). 2001.
- ↑ IMDb (ing.). 1990.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #1018167048 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Montreux Jazz Festival Database.
- ↑ "Lana Del Rey". The Recording Academy. March 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 3, 2016.
- ↑ Earl, William. "Jack Harlow, Olivia Rodrigo, Lil Nas X, Lana Del Rey and More to Be Honored at Variety's Hitmakers Event". Variety (ingilis). November 19, 2021. 2021-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-05.
- ↑ Earl, William. "Lana Del Rey Gives Emotional Speech While Accepting Variety Hitmakers' Decade Award: 'I'm Grateful for All the Criticism — I Get a Lot'". Variety (ingilis). December 4, 2021. 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-05.
- ↑ Harris, Paul. "Lana Del Rey: The strange story of the star who rewrote her past". The Guardian. January 21, 2012. June 26, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 29, 2016.
- ↑ Spanos, Brittany. "Lana Del Rey Announces 'Norman F-cking Rockwell' Release Date – Rolling Stone". rollingstone.com (ingilis). July 31, 2019. December 5, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 15, 2022.
Norman Fucking Rockwell will be out on August 30th.
- ↑ Cooper, Duncan. "Why Did Lana Del Rey Make a 30-Minute Video About God, and What Does It Mean for Me?". thefader.com. December 6, 2013. November 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 24, 2021.
- ↑ Hiatt, Brian. "Lana Del Rey – The Saddest, Baddest Diva in Rock". Rolling Stone. No. 1212. July 18, 2014. səh. 44.
Del Rey is four days away from her 29th birthday (for reasons she can't explain, she's usually reported to be a year younger), but looks, at the moment, like a college junior home for the summer.
; Jackson, Ron. "July 4, 2008 Post". Domain Name Journal. July 4, 2008. July 25, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2014.; "Girl, Interrupted: Lizzy Grant Becomes Lana Del Rey". Blurt. 2009. July 27, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2014. - ↑ 1 2 3 4 5 6 Sowray, Bibby. "Lana Del Rey Biography, Quotes and Facts". Vogue. February 10, 2012. October 3, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 20, 2012.
- ↑ Jackson, Ron. "The Domain Giant You Didn't Know: Rob Grant's Roundabout Route to Real Estate Riches (Online and Off!)". DN Journal. April 2008. October 14, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 1, 2013.
- ↑ "Robert England Grant Jr. Marries Patricia Ann Hill". The New York Times. June 13, 1982. February 2, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2014.
- ↑ Bock, Melvin Lynn; E. Dale Hooper; Carole J. Skelly. Joseph and Mary Dale and their descendants. Windmill Publications. 1998. səh. 113.
- ↑ Zupkus, Lauren. "Meet Chuck Grant, Lana Del Rey's Equally Gorgeous And Talented Sister". The Huffington Post. October 8, 2014. October 18, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 26, 2017.
- ↑ Rüth, Steffen. "Lana Del Rey". Grazia (alman). Hamburg, Germany: G+J/Klambt-Style-Verlag GmbH & Co. KG (24/2012). June 5, 2014: 36. ISSN 2192-3965.
- ↑ 1 2 3 4 5 Giannini, Melissa. "National Anthem". Nylon. November 28, 2013. December 3, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 8, 2014.
- ↑ "Lana Del Rey – Celtic Life International". Celticlifeintl.com. November 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 8, 2020.
- ↑ "Celebrities who are practicing Catholics or were raised in the church". Newsday. April 10, 2016. October 6, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 10, 2017.
- ↑ Dombal, Ryan. "Rising: Lana Del Rey". Pitchfork. August 30, 2011. January 24, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 25, 2012.
- ↑ 1 2 Hiatt, Brian. "Lana Del Rey: Vamp of Constant Sorrow". Rolling Stone. January 9, 2014. September 24, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 31, 2014.
- ↑ 1 2 Tranter, Kirsten. "Lolita in the 'hood". Sydney Morning Herald. May 10, 2014. April 6, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 7, 2015.
- ↑ Welch, Andy. "Lana Del Rey Interview". Clash. November 29, 2011. September 27, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 24, 2013.
- ↑ 1 2 Heaf, Jonathan. "Woman Of The Year: Lana Del Rey". British GQ (ingilis). 2012-10-01. 2012-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-17.
- ↑ Şablon:Multiref2
- ↑ 1 2 3 Banning, Lisa. "Paradise Lost: An interview with Lana Del Rey". Electronic Beats. June 19, 2013. October 5, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 2, 2013.
- ↑ Şablon:Multiref2
- ↑ Fennessey, Sean. "Ice Breaker: Lana Del Rey". GQ. October 6, 2011. March 13, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 7, 2015.
- ↑ 1 2 Simpson, Leah. "Lana Del Rey hoped music industry would make her more friends". Digital Spy. Digital Spy Ltd. January 29, 2012. January 31, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 20, 2012.
- ↑ McCormick, Neil. "Lana Del Rey interview: new album Born to Die is 'a beautiful thing'". The Telegraph. January 24, 2012. Archived from the original on November 15, 2022. İstifadə tarixi: September 26, 2019.
- ↑ 1 2 3 Savage, Mark. "Love, the law, and Lana Del Rey". BBC News. January 27, 2012. February 3, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 1, 2022.
- ↑ "Registration Number / Date: PAu002950687 / April 25, 2005". Digital Spy. 2005. February 2, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 21, 2012.
- ↑ 1 2 3 4 Hellyer, Isabelle. "The Greatest Lana Del Rey Songs That Never Made an (Official) Album". I-D. Vice. April 18, 2017. January 7, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 13, 2017.
- ↑ Şablon:Multiref2
- ↑ "Williamsburg Live Songwriter Competition 2006 (WLSC 2006): Prizes". October 13, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 12, 2014.
- ↑ 1 2 3 4 5 6 7 Ayers, David. "Why Lana Del Rey's First Album Disappeared". MTV. January 30, 2012. April 10, 2014 tarixində arxivləşdirilib.
- ↑ C. Sullivan, Felicia. "Interview: Singer/Songwriter Lizzy Grant on Cheap Thrills, Elvis, The Flamingos, Trailer Parks, and Coney Island". The Huffington Post. February 20, 2009. December 11, 2016 tarixində arxivləşdirilib.
- ↑ Calvert, John. "Original Sin: An Interview With Lana Del Rey". The Quietus. October 4, 2011. Archived from the original on April 21, 2016. İstifadə tarixi: November 15, 2022.
- ↑ Hug, Dominik. "Exklusiv-Interview mit Superstar Lana Del Rey". Blick (alman). July 16, 2016. November 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 22, 2017.
- ↑ "Lana Del Rey Interview". Vogue UK. October 20, 2011. November 10, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 9, 2012.
- ↑ Şablon:Multiref2
- ↑ Collier, Jessica. "Lizzy Grant aka. Lana Del Rey releases album". adirondack daily enterprise.com. January 28, 2010. June 5, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 27, 2011.
- ↑ Horowitz, Steven J. "Lana Del Rey: The Billboard Cover Story". Billboard. January 14, 2012. September 28, 2013 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "INTERVIEW MIT MANDO DIAO". Hitparade.ch. October 31, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 27, 2012.
- ↑ "Poolside (2012)". Film Web. May 31, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 30, 2014.
- ↑ Dobbins, Amanda. "Meet Lana Del Rey, the New Singer Music Bloggers Love to Hate". New York. September 21, 2011. December 12, 2011 tarixində arxivləşdirilib.
- ↑ Erlewine, Stephen Thomas. "Lana Del Rey | Biography & History". AllMusic. June 28, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 29, 2016.
- ↑ "Lana Del Rey signs to Stranger!". Stranger Records. June 30, 2011. December 18, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 23, 2011.
- ↑ Larsen, luke. "Lana Del Rey Wins Q Award, Says Album Due Out January". Paste. Wolfgang's Vault. October 25, 2011. January 28, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 20, 2012.
- ↑ Corner, Lewis. "Adele, Lana Del Rey, Take That win at Ivor Novellos 2012". Digital Spy. May 17, 2012. June 25, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 15, 2012.
- ↑ Şablon:Multiref2
- ↑ Luke Morgan Britton. "Lana Del Rey's ex-boyfriend says she broke up with him in an interview". NME. November 24, 2015. October 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 24, 2021.
- ↑ Montgomery, James. "Lana Del Rey's 'SNL' Performance Has Critics Howling". MTV. January 17, 2012. November 2, 2014 tarixində arxivləşdirilib.
- ↑ Anderson, Kyle. "Lana Del Rey's 'SNL' performance draws criticism, counter-backlash". Entertainment Weekly. January 16, 2012. March 13, 2015 tarixində arxivləşdirilib.
- ↑ Jones, Alan. "Official Chart Analysis: Lana Del Rey album sells 117k, 43% digital". Music Week. February 6, 2012. November 5, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 29, 2012.
- ↑ "Lana Del Rey – Born to Die". Metacritic. January 31, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 30, 2012.
- ↑ "Lana Del Rey to release 'secret album'". BBC News. January 27, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 27, 2012.
- ↑ "Adele's 21 Is Biggest-Selling Album in World... Again". MTV. February 26, 2013. June 16, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 27, 2013.
- ↑ "Lana Del Rey Breaks into The Top 10 – San Francisco Business Times". The Business Journals. September 3, 2013. September 21, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 24, 2013.
- ↑ "IFPI Digital Music Report 2013 (Page 11)" (PDF). San Francisco Business Times. September 27, 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: September 24, 2013.
- ↑ Lipshutz, Jason. "Lana Del Rey Unveils 10-Minute 'Ride' Video: Watch". Billboard. October 12, 2012. May 28, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 15, 2012.
- ↑ 1 2 Elliott, Hannah. "Jaguar Taps Lana Del Rey For F-Type". Forbes. August 22, 2012. August 23, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 23, 2012.
- ↑ "Jaguar Releases Dramatic Trailer For Short Feature Film 'DESIRE' with Ridley Scott Associates". Jaguar.com. March 4, 2013. November 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 12, 2017.
- ↑ George, Anita. "Watch Ridley Scott Associates and Jaguar's Short Film, Desire". Paste Magazine. April 25, 2013. July 25, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 12, 2017.
- ↑ 1 2 Lipshutz, Jason. "Lana Del Rey Releases 'Ride' Single From 'Born To Die' Deluxe Edition". Billboard. September 25, 2012. March 30, 2013 tarixində arxivləşdirilib.
- ↑ "Lana Del Rey premieres her new Ride music video in Santa Monica". Glamour. October 18, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 11, 2012.
- ↑ 1 2 Jones, Lucy. "Lana Del Rey Channels Blanche DuBois in Music Video For 'Ride'". NME. December 28, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 12, 2012.
- ↑ "Lana Del Rey plays a prostitute in new 'Ride' video, has some old truckers for customers". OK!. June 10, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 12, 2012.
- ↑ Rice, Paul. "Lana Del Rey's Feminist Problem". Slant Magazine. February 8, 2012. August 15, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 12, 2012.
- ↑ "Lana Del Rey Debuts at No. 10 on Billboard 200 With 'Paradise' EP (Interscope/Polydor)". Santa Monica, California. PR Newswire. November 21, 2012. June 5, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 22, 2012.
- ↑ 1 2 "Lana Del Rey". Grammy Awards. March 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 27, 2019.
- ↑ McGovern, Kyle. "MTV EMAs 2012: Taylor Swift Is Popular in Europe, Too". Spin. November 12, 2012. November 25, 2015 tarixində arxivləşdirilib.
- ↑ Smirke, Richard. "Brit Awards 2013: Emeli Sande, Mumford & Sons, Adele Win Big". Billboard. February 21, 2013. February 24, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 21, 2013.
- ↑ "Lana Del Rey Wows In White At Echo Music Awards". Marie Claire UK. March 22, 2013. September 27, 2019 tarixində arxivləşdirilib.
- ↑ Sia, Nicole. "Lana Del Rey Enters Her '70s Folk Period in 'Chelsea Hotel No. 2' Video". Spin. March 27, 2013. March 29, 2013 tarixində arxivləşdirilib.
- ↑ Cooper, Leonie. "Lana Del Rey covers Nancy & Lee's 'Summer Wine' with Kassidy boyfriend". NME. April 21, 2013. July 2, 2018 tarixində arxivləşdirilib.
- ↑ Brown, August. "'Gatsby' soundtrack to feature Jay-Z, Lana del Rey, The xx and more". Los Angeles Times. April 4, 2013. April 6, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 6, 2013.
- ↑ Trust, Gary. "Weekly Chart Notes: Steve Martin, Edie Brickell Blast Back; Lana Del Rey Debuts; Mariah Carey, Nicki Minaj Get Hot (100)-Headed". Billboard. May 5, 2013. May 8, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 7, 2013.
- ↑ Trust, Gary. "Robin Thicke Leads Hot 100, Katy Perry Holds at No. 2". Billboard. August 28, 2013. August 28, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 28, 2013.
- ↑ "56th Annual GRAMMY Awards Winners & Nominees". Grammy Awards. June 1, 2013 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Hogan, Marc. "Lana Del Rey, as the Virgin Mother, Hints 'Tropico' Film Will Send Her Career to Heaven". Spin. August 19, 2013. August 28, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 28, 2013.
- ↑ Levine, Nick. "Lana Del Rey confuses fans by tweeting about 'the farewell project'". NME. August 18, 2013. August 27, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 28, 2013.
- ↑ Boardman, Madeline. "Lana Del Rey's 'Ultra-Violence' Album Announced at 'Tropico' Premiere". The Huffington Post. December 5, 2013. February 11, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 5, 2014.
- ↑ Boardman, Madeline. "Lana Del Rey's 'Ultra-Violence' Album Announced At 'Tropico' Premiere". The Huffington Post. December 5, 2013. February 11, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 12, 2014.
- ↑ Grow, Kory. "Lana Del Rey Announces New Album 'Ultra-Violence'". Rolling Stone. December 5, 2013. March 11, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 12, 2014.
- ↑ "'Maleficent' to Feature 'Once Upon a Dream' by Lana Del Rey". Stitch Kingdom. January 25, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 23, 2014.
- ↑ "Lana Del Rey announces new album title: Ultraviolence". The Guardian. London, UK. December 5, 2013. ISSN 0261-3077. OCLC 60623878. April 15, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 5, 2014.
- ↑ Frydenlund, Zach. "Listen to Lana Del Rey's "Ultraviolence"". Complex. June 7, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2014.
- ↑ Pollard, Alexandra. "Lana Del Rey reveals 'Brooklyn Baby', 10 other tracks leak online". Gigwise. July 14, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 8, 2014.
- ↑ "Lana Del Rey's 'ULTRAVIOLENCE' (Interscope/Polydor UK) Debuts At No. 1 in Twelve Countries Including U.S. & U.K., Plus Top 5 in Eight Other Countries". PR Newswire. June 25, 2014. June 30, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 26, 2014.
- ↑ Wigler, Josh. "Listen To Lana Del Rey's New Single, 'Shades of Cool'". MTV. May 26, 2014. May 30, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 6, 2014.
- ↑ Heller, Corinne. "Lana Del Rey and Boyfriend Francesco Carrozzini Split: Report". E!. November 11, 2015. February 12, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 13, 2023.
- ↑ "Lana Del Rey says her second album will be 'spiritual'". BBC News. February 27, 2013. March 2, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 27, 2013.
- ↑ Frank, Alex. "Best Fall Music of 2015: Justin Bieber, Lana Del Rey and More". Vogue. September 7, 2015. October 21, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2019.
- ↑ Horner, Al. "Lana Del Rey – Ultraviolence". NME. October 28, 2014. September 26, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2019.
- ↑ Power, Ed. "Album review: Lana Del Rey, Ultraviolence". Irish Examiner. June 21, 2014. September 26, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2019.
- ↑ Willman, Chris. "'Big Eyes': The Story Behind Lana Del Rey's Stunning Secret Songs". The Hollywood Reporter. November 18, 2014. November 21, 2014 tarixində arxivləşdirilib.
- ↑ Lipshutz, Jason. "Lana Del Rey's 'Honeymoon' Album Gets Sept. 18 Release Date". Billboard. August 14, 2015. August 16, 2015 tarixində arxivləşdirilib.
- ↑ "Reviews for Honeymoon". Metacritic. September 20, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 18, 2015.
- ↑ Plaugic, Lizzie. "Lana Del Rey's new single 'Honeymoon' is six minutes of meandering bliss". The Verge. July 14, 2015. August 7, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2019.
- ↑ Reed, Ryan. "Hear Lana Del Rey's Hypnotic New Song, 'Terrence Loves You'". Rolling Stone. August 21, 2015. July 23, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 18, 2016.
- ↑ Mansfield, Brian. "Lana Del Rey to tour with Courtney Love". USA Today. December 1, 2014. December 4, 2014 tarixində arxivləşdirilib.
- ↑ Reed, Ryan. "Lana Del Rey Recruits Grimes for Endless Summer Tour". Rolling Stone. April 2015. January 7, 2020 tarixində arxivləşdirilib.
- ↑ Carley, Brennan. "The Weeknd's New Album Features Lana Del Rey". Spin. August 4, 2015. December 13, 2015 tarixində arxivləşdirilib.
- ↑ Stutz, Colin. "When Lana Del Rey Met Daniel Johnston: Inside 'Hi, How Are You Daniel Johnston?' L.A. Premiere". Billboard. November 9, 2015. July 6, 2018 tarixində arxivləşdirilib.
- ↑ Stutz, Colin. "Lana Del Rey Covers Daniel Johnston's 'Some Things Last a Long Time': Listen". Billboard. November 6, 2015. December 10, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2015.
- ↑ "Lana Del Rey to Be Honored as 'Trailblazer' at Billboard's Women in Music". Billboard. 2015-11-06. March 28, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2017.
- ↑ Hosken, Patrick. "2015 MTV EMA: See The Full Winners List". MTV News. December 24, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2017.
- ↑ Torres, Erik. "Lana Del Rey's Forthcoming "Freak" Video Will Star Father John Misty". Pitchfork. January 25, 2016. February 12, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2019.
- ↑ Britton, Luke Morgan. "Lana Del Rey is back in the studio". NME. March 22, 2016. September 26, 2019 tarixində arxivləşdirilib.
- ↑ Minsker, Evan. "The Weeknd Details Starboy Tracklist Feat. Lana Del Rey, Kendrick Lamar, Future, Daft Punk". Pitchfork. November 17, 2016. December 12, 2016 tarixində arxivləşdirilib.
- ↑ "Starboy album credits" (PDF). Universal Music Group. February 6, 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: February 21, 2017.
- ↑ Mench, Chris. "The Weeknd Drops Two New Songs, "Party Monster" and "I Feel It Coming" f/ Daft Punk". Complex. November 18, 2016. February 12, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 18, 2017.
- ↑ "The Weeknd Chart History: Hot 100". Billboard. August 25, 2019 tarixində arxivləşdirilib.
- ↑ "American single certifications – The Weeknd – Party Monster". Recording Industry Association of America. February 12, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2019.
- 21 iyunda doğulanlar
- 1985-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Nyu-Yorkda doğulanlar
- Messo-sopranolar
- Fordhem Universitetinin məzunları
- Əlifba sırasına görə musiqiçilər
- ABŞ müğənniləri
- Qadın gitaraçılar
- Brit mükafatı laureatları
- ABŞ-nin qadın şairləri
- Interscope Records artistləri
- Ayvor Novello mükafatı laureatları
- Polydor Records artistləri