Le Çonq Tan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Le Çonq Tan
Şəxsi məlumatlar
Doğum tarixi 3 oktyabr 1914(1914-10-03)
Doğum yeri
Vəfat tarixi 5 dekabr 1986(1986-12-05) (72 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Döyüşlər
Təltifləri "Qızıl ulduz" ordeni "Ho Şi Min" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Le Çonq Tan (vyet. Lê Trọng Tấn; 3 oktyabr 1914, Hoaydık[d]5 dekabr 1986, Hanoy) — Vyetnam hərbçisi, 1945–ci ildən Vyetnam Xalq Ordusunun zabiti. Hərbi karyerasının bu dövründə Le Çonq Tan Orduda bir neçə yüksək vəzifələrdə çalışmışdır. Le Çonq Tan 1945-ci ildə Avqust inqilabından əvvəl Vyetmin hərəkatında iştirak etmiş və tədricən İkinci Hind-Çin müharibəsi zamanı Vyetnam Xalq Ordusunun ən mühüm fiqurlarından birinə çevrilmişdir. Vyetnam müharibəsində Şimali Vyetnam silahlı qüvvələrinin əsas fiqurlarından biri olan Le Çonq Tan Vyetkonq komandir müavini olmuşdur. O, 1975-ci il bahar hücumunun ikinci dərəcəli komandiri idi və müharibəni effektiv şəkildə bitirmişdir. Daha sonra 1986-cı ilin dekabrında ölümünə qədər Vyetnamın Baş Qərargah rəisi və müdafiə nazirinin müavini olmuşdur. Le Çonq Tan general Vo Nquyen Zyap da daxil olmaqla Vyetnam Xalq Ordusunun ən yaxşı komandirlərindən biri kimi yoldaşları tərəfindən çox yüksək qiymətləndirilmişdir.

Mükafatlar və mirası

[redaktə | mənbəni redaktə et]

Hərbi karyerası ərzində Le Çonq Tan müxtəlif titullara, medallara və ordenlərə, o cümlədən "Ho Şi Min" ordeni, "Qızıl ulduz" ordeni, 1-ci və 3-cü dərəcəli "Hərbi şücaətə görə" ordenə və 1-ci dərəcəli "Qələbə üçün qətiyyət" medalı layiq görülmüşdür.[1] Vyetnamda bir neçə küçə və yer Le Çonq Tanın şərəfinə adlandırılmışdır.[2][3]

Vyetnam Xalq Ordusundakı yoldaşları arasında Le Çonq Tan komandirlik və hərbi biliklərə görə yüksək qiymətləndirilirmişdir. General Vo Nquyen Zyap Le Çonq Tanı Vyetnamın ən yaxşı hərbi komandirlərindən biri hesab etmişdir.[4] Fidel Kastro bir dəfə onu "Vyetnamın ən yaxşı generalı"[5] adlandırmışdır və Vyetnamda ona "Vyetnam Jukovu" ləqəbi verilmişdir.[4][5]

  1. "Đại tướng Lê Trọng Tấn - Thứ trưởng Bộ Quốc phòng, Tổng Tham mưu trưởng QĐNDVN" (Vietnamese). Vietnam Museum of Military History. 2009-11-25. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.
  2. Pham, Sherisse. Frommer's Vietnam. Frommer's. 2010. səh. 149. ISBN 978-0-470-52660-6.
  3. "Housing supply forecast to increase significantly". Vietnamnet.vn. 2009-08-13. 2009-08-17 tarixində orijinalından arxivləşdirilib.
  4. 1 2 Trần Hiếu - Mạnh Việt. "Kỳ 6: Vị Đại tướng không có nhà riêng" (Vietnamese). Tienphong.vn. 2006-12-02. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.
  5. 1 2 Trần Hoàng Tiến. "Đại tướng Lê Trọng Tấn - "Giu - cốp của Việt Nam"" (Vietnamese). Qdnd.vn. 2009-12-23. 2010-01-23 tarixində orijinalından arxivləşdirilib.