Leyb-Qvardiyanın Qafqaz eskadronu
Leyb-Qvardiyanın Qafqaz eskadronu — Leyb-Qvardiya-Rusiya imperatorlarını mühafizə edən xüsusi birlik idi. 18 may 1811-ci ildə mühafizə xidməti, 18 noyabr 1856-cı ildə isə Qafqaz eskadronu yaranıb. Bu birlik bir neçə eskadrondan ibarət idi. Əsası Qafqaz eskadron sayılırdı. Bu eskadron özündə 4 taqımı birləşdirirdi.
- 1-ci taqım-provaslav gürcü knyaz və zadəganlarından ibarət gənclərdən
- 2-ci taqım-Terski diyarının əsilzadə dağlı gənclərindən
- 3-cü taqım-Dağıstanın və Acarıstanın əsilzadə gənclərindən
- 4-cü taqım-Zaqafqaziyanın müsəlman xan və bəy soylarından ibarət gənclərdən
Digər qvardiyalardan fərqli bu eskadron birbaşa Sankt-Peterburq hərbi dairəsinə bağlı idi. Bu eskadron imperatoru və məiyyətini müşayiət edirdi. Çarın qərar tutduğu Krasno Selo (Красно Село) düşərgəsində yerləşirdi. Eskadronun bəzi üzvləri Krım müharibəsində və 1877–1878 Rusiya-Osmanlı müharibəsində rus ordusunun tərkibində iştirak ediblər. Rusiya imperatorununun konvoyunda xidmət göstərən sonuncu azərbaycanlı 1903-cü ilin aprel ayında Leyb-Qvardiyanın Kuban eskadronunda sotnik rütbəsində xidmətə başlamış Aleksandr Rzaqulu Mirzə olub.[1] 30.03.1917-ci ildə eskadron buraxılıb.
Eskadronun azərbaycanlı qvardiyaçıları
[redaktə | mənbəni redaktə et]- Fərəc bəy Ağayev
- Hacı Səfərəli bəy Səfərbəyov
- Rüstəm bəy Mirzəyev
- Səlim bəy Rüstəmbəyov
- Şəfi bəy Fətəlibəyov
- İsmayıl ağa Bədirbəyov
- Əsəd bəy Səlimxanov
- Bala xan Şirvanski
- Cavad bəy Əmircanov
- İsa bəy Abdinov
- Aleksandr Rzaqulu Mirzə
- Rzaqulu mirzə Qovanlı-Qacar
- Fətəli mirzə Qovanlı-Qacar
Mənbə
[redaktə | mənbəni redaktə et]- Галушкин Н. В. Собственный Его Императорского Величества Конвой, М., 2004 Arxivləşdirilib 2009-04-03 at the Wayback Machine. Первое издание Сан-Франциско, 1961.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Hərb ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- ↑ Azərbaycanlılar Rusiya imperatorlarının konvoyunda Arxivləşdirilib 2021-08-31 at the Wayback Machine Eldar Elxan oğlu İsmayılov, İrs jurnalı, № 2 (80), 2016