Lidiya Skoblikova
Lidiya Skoblikova | |
---|---|
rus. Лидия Павловна Скобликова | |
Şəxsi məlumatlar | |
Tam adı | Lidiya Pavlovna Skoblikova |
Vətəndaşlığı | Rusiya |
Doğum tarixi | |
Doğum yeri | Zlatoust, Rusiya SFSR |
Boyu | 163 sm. |
Çəkisi | 59 kq. |
İdman növü | Konkisürmə |
23 aprel 2016 tarixində yenilənib. | |
Vikianbarda əlaqəli mediafayllar |
Lidiya Skoblikova (8 mart 1939[1][2][…], Zlatoust, Çelyabinsk vilayəti[1]) — Rusiyalı konkisürən. Lidiya Skoblikova 1960 və 1964-cü illərdə keçirilən Qış Olimpiya Oyunlarının 6 qat qızıl medalçısıdır. Lidiya Skoblikova 1960 və 1964-cü ildə "Qırmızı Əmək Bayrağı" ordeninə, 1999-cu ildə isə "Vətənə xidmətə görə" 3-cü dərəcli ordeninə layiq görülmüşdür.[3]
Həyatı
[redaktə | mənbəni redaktə et]Lidiya Skoblikova 8 mart 1939-cu ildə Rusiyanın Zlatoust vilayətində anadan olmuşdur. Lidiya Skoblikova 14 yaşında yüngül atletika yarışlarında Zlatost şəhərinin Çempionatında 800 m. qızıl medal qazandı. 1 ildən sonra o qüvvəsini konkisürmədə sınadı. Lidiya Skoblikova 1956-cı ildə doğma şəhərinin çempionu oldu. Həmin il o həmçinin Çelyabinsk Pedaqoji İnstitutuna qəbul oldu və 4 ildən sonra 1960-cı ildə həmin institutu bitirdi.
Karyerası
[redaktə | mənbəni redaktə et]Lidiya Skoblikova Olimpiya Oyunlarında birinci uğurunu 1960-cı ildə qazandı. Lidiya Skoblikova Amerika Birləşmiş Ştatlarının Skvo-Velli şəhərində keçirilən VIII-ci Qış Olimpiya Oyunlarında iştirak etdi. O 1500 m. və 3000 m. yarışlarda qızıl medal qazandı. Lidiya Skoblikova 1500 m. yarışlarında 2.25.2 nəticə göstərdi. Bu nəticə yeni Dünya rekordu idi. 3000 m. yarışlarda isə Lidiya Skoblikova 5.14.2 nəticə göstərdi. Bu nəticə isə yeni Olimpiya rekordu idi.
Lidiya Skoblikova Olimpiya zirvəsini isə 1964-cü ildə fəth etdi. O Avstriyanın İnsbruk şəhərində keçirilən IX-cu Qış Olimpiya Oyunlarında 4 qızıl medal qazandı. O birinci olaraq 500 m. yarışlarında qızıl medal qazandı. Lidiya Skoblikova 45 saniyə nəticə göstərdi və karyerası ərzində 3-cü dəfə Olimpiya çempionu olud. Həmçinin Lidiya Skoblikova 1960-cı ildən dəyişməyən Olimpiya rekordunu 0.9 saniyə yenilədi. Daha sonra o 1000 m. yarışlarında uğur qazandı. 4 il əvvəldə bu yarışda qızıl medal qazanan Lidiya Skoblikova bu səfərdə qızıl medal qazandı. O 1.33.2 nəticə göstərdi. Lidiya Skoblikova həmçinin 4 il əvvəl yenilədiyi Olimpiya rekordunu daha 0.9 saniyə yenilədi. Lidiya Skoblikova karyerasında 5-ci Olimpiya qızılını 1500 m. yarışlarında qazandı. Lidiya Skoblikova 2.22.6 nəticə ilə qızıl medal qazanmağ ilə yanaşı 1960-cı ildə özünün yenilədiyi Olimpiya rekordunu daha 2.6 saniyə yenilədi. Lidiya Skoblikova 6-cı qızıl medalını isə 3000 m. yarışlarında 5.14.9 nəticə ilə qazandı. Həmin Qış Olimpiya Oyunları onun benefisi ilə yadda qaldı.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Скобликова Лидия Павловна // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Lidiya Skoblikova // Encyclopædia Britannica (ing.).
- ↑ Prezident Boris Yeltsin Lidiya Skoblikovanı təltif edib[ölü keçid]
- Yaşayan insanlar
- 8 martda doğulanlar
- 1939-cu ildə doğulanlar
- Əlifba sırasına görə idmançılar
- Çelyabinsk vilayətində doğulanlar
- 1960 Qış Olimpiya Oyunlarında konki sürənlər
- 1964 Qış Olimpiya Oyunlarında konki sürənlər
- 1960 Qış Olimpiya Oyunlarının medalçıları
- 1964 Qış Olimpiya Oyunlarının medalçıları
- Olimpiya qızıl medalına sahib Rusiya idmançıları