Loğman Kərimov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Loğman Kərimov
Doğum tarixi 11 yanvar 1959(1959-01-11) (65 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti
IMDb ID0449345

Loğman Seyfulla oğlu Kərimov (11 yanvar 1959, Bakı) — aktyor, teatr rejissoru,[1] ssenari müəllifi.

Loğman Kərimov 11 yanvar 1959-cu il Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışan L. Kərimov 30-a yaxın maraqlı surətlər yaratmışdır. Onun "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Qəzəlxan" filmində yaratdığı Əliağa Vahid obrazı geniş tamaşaçı kütləsi tərəfindən yüksək qiymətləndirilmişdir. Loğman Kərimov 1998-ci ildən doğma teatrda rejissor kimi fəaliyyətə başlamış və bu müddət ərzində Elçinin "Mahmud və Məryəm" (bu tamaşa 1999-cu ilin ən uğurlu tamaşası elan edilmişdir), "Ölüm hökmü", S. S. Axundovun "Qaraca qız", Ə. Dəmirçizadənin "Dədəm Qorqud", A. Babayevin "Olmuş əhvalat", M. Marinyenin "Lotereya" əsərlərinə uğurlu səhnə həlli vermişdir. L. Kərimov teatrın rus bölməsində "Əlibaba və 40 quldur", "Al çiçək", "Göyçək Fatma" tamaşalarını hazırlamışdır. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru vəzifəsində çalışıb.[2] Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru vəzifəsində çalışır.[3]

L. Kərimov 2006-cı ildə əməkdar artist fəxri adına[4], 2002-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin mükafatçısıdır.[5][6][7]

  1. Barıt (film, 1984)
  2. Ağ atlar üçün vals (tammetrajlı televiziya tamaşası) (AzTV)
  3. Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — rol: fabrikin mühafizəçisi
  4. Araqarışdıran (film, 1987)
  5. Aşkarsızlıq şəraitində... (film, 1986)
  6. At ilinin birinci ayı (film, 1993)
  7. İstanbul reysi (film, 2010)
  8. Köpək (film, 1994)
  9. Qəzəlxan (film, 1991)
  10. Lətifə (film, 1989)
  11. Mürafiə vəkillərinin hekayəti (film, 2011)
  12. Nəfəs (2007)
  13. Sahilsiz gecə (film, 1989)
  14. Sübhün səfiri (film, 2012)
  15. Yük (film, 1995)
  16. Anamın kitabı (serial, 2020)
  1. Şuşa teatrından mövsümün son tamaşası: [Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsəri rejissor Loğman Kərimovun quruluşunda] //Mədəniyyət.- 2015.- 8 iyul.- S.4.
  2. "Tanınmış teatr və kino aktyoru, rejissor, Əməkdar artist Loğman Kərimov". az.baku-art.com (az.). 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
  3. "Arxivlənmiş surət". 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-01.
  4. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). E-qanun.az. 16.05.2006. 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.07.2022.
  5. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). E-qanun.az. 26.07.2002. 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.07.2022.
  6. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
  7. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2024. İstifadə tarixi: 2024-05-09.