Lonardo Şaşa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lonardo Şaşa
it. Leonardo Sciascia
Doğum tarixi 8 yanvar 1921(1921-01-08)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 20 noyabr 1989(1989-11-20)[1][2][…] (68 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi, yazıçı, jurnalist, romançı, dramaturq, ssenarist, şair, esseist
Əsərlərinin dili italyan dili
İmza
Vikimənbənin loqosu Lonardo Şaşa Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lonardo Şaşa (it. Leonardo Sciascia; 8 yanvar 1921[1][2][…], Rakalmuto[d], Siciliya20 noyabr 1989[1][2][…], Palermo) — italyan ədəbiyyatında mahir detektiv ustası.[3]

Lonardo Şaşa 8 yanvar 1921- ci ildə Siciliyanın Racalmuto şəhərində, qulluqcu ailəsində anadan olmuşdur. Yazıçının 1961- ci ildə işıq üzü görmüş “Bayquşun günü” romanı indiyədək də onun ən güniş yayılmış, ən şox satılan və xaricdə çap olunmuş ilk əsəri kimi, böyük ədəbi uguru sayılır. Romanda ilk dəfə olaraq italya mafiyasının kəndlərdəki hökümranlığının şəhərlərə sirayət etməsindən bəhs olunur. Həmin ildə Lonardo Şaşa görkəmli həmyerlisi L. Pirandellaya hər olunmuş “Pirandello və Siciliya” adlı elmi- tənqidi esselər toplusunu da çap etdirir. Lonardo Şaşa ziddiyatlı şəxsiyyət idi. Ötən əsrin 60- 80- ci illərində İtalyanın mürəkkəb ictimai- siyasi həyatında fəal iştirak edən bütün yaradıcı ziyalılar kimi, o da siyasi dilemmalardan, mənəvi böhranlardan azad deyildi. Bu baxımdan, yazıçını 1979- cu ildə çap olunmuş gündəlikləri onun bir sənətkar kimi formalaşması, şəxsi həyatı, ədəbi- ictimai kredosu və siyasi baxışları ilə daha yaxından tanış olmağa imkan verir. Lonardo Şaşa tez- tez qeyd edirdi: “Boynuma alıram ki, mənə yersiz görünməmək, münasib olmaq, müdriklik qabiliyəti verməyib, ancaq hər şey necə olubsa, necə varsa, elədir...” Lonardo Şaşa 9 noyabr 1989-cu ildə Siciliyanın Palermo şəhərində vəfat edib.[3]

Yaradıçılığı

[redaktə | mənbəni redaktə et]

Daha sonra XVIII əsr Palermo tarixindən götürülmüş “Misir xartiyası” (1964) tarixi romanını, XVIII əsrdə yaşamış bir rahibin həyatından bəhs edən “İnkvizitorun ölümü” (1964), 1862- ci ildə Palermoda baş vermiş dövlət çevrilişinin təsvir edən “Xəncər gəzdirənlər” (1966) və artıq tam siyasiləşmiş şəhər mafiyasının fəaliyyətini açıqlayan “Hər kəsin öz qisməti” (1966) romanlarını çap etdirir. 1974- cü ildə isə məşhur “Kontekst” romanı işıq üzü görür. 1970- 1980- ci illərdə yaradıçılığının zirvəsində olan Lonardo Şaşa “Nə yolla olur- olsun” (1975), “Mayorananın yoxa çıxması” (1975), “Morunun işi” (1978), “Yoldaş teatrı” (1981) kimi maraqlı roman və povestlərlə çıxış edir. 1989- cu ildə ölümündən bir qədər əvvəl, o, son hekayısini- “Sadə bir hekayət”i çap etdirir.[3]

  • “Bayquşun günü” ,( 1961);
  • “Misir xartiyası” (1964);
  • “İnkvizitorun ölümü” (1964);
  • “Xəncər gəzdirənlər” (1966);
  • “Hər kəsin öz qisməti” (1966);
  • “Kontekst” (1974);
  • “Nə yolla olur- olsun” (1975);
  • Mayorananın yoxa çıxması” (1975);
  • “Morunun işi” (1978);
  • “Yoldaş teatrı” (1981);
  • “Sadə bir hekayət” (1989).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Leonardo Sciascia // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 İtalyan ədəbiyyatı antologiyası, C.Cümşüdov, səh. 228- 229