Lotreamon
Lotreamon | |
---|---|
fr. Isidore Ducasse | |
Doğum adı | Isidore Lucien Ducasse[3] |
Təxəllüsü | Comte de Lautréamont, Lautréamont |
Doğum tarixi | 4 aprel 1846[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 24 noyabr 1870[1][2][…] (24 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | şair, yazıçı |
Əsərlərinin dili | fransız dili |
Vikianbarda əlaqəli mediafayllar |
Lotreamon (fr. Comte de Lautréamont, əsl adı Isidore Lucien Ducasse; 4 aprel 1846[1][2][…], Montevideo, Uruqvay[4][3] – 24 noyabr 1870[1][2][…], IX arondisman, Fransa[4] ) — Fransız şair.
Həyatı
[redaktə | mənbəni redaktə et]Haqqında çox az məlumat olan İsidore Ducassenin ləqəbi Comte de Lotreamondur. 4 Aprel 1846-cı ildə Uruqvayda Montevideoda doğulmuşdur. Atası Fransa səfirliyində işləyirdi. Anası Lotreamon 18 aylıq ikən vəfat edir, intihar etdiyi barədə də şübhələr vardır. Uruqvayda keçirdiyi gəncliyi bir sirr olaraq qalmışdır. Paraqvay vətəndaş müharibəsi və vəbanın çox yayıldığı bir zamanda 10 yaşında ikən atası tərəfindən təhsilini bitirməsi üçün Fransaya, Tarbesə göndərilmişdir. Tarbes və Pauda lovğa, içinə qapalı və ciddi görkəmli olaraq görülmüşdür. Burada o Latın dili və riyaziyyat dərslərindəki uğursuzluğunu ədəbiyyata olan marağı və müvəffəqiyyəti ilə əvəz edə bilmişdir. Biologiya ilə də yaxından maraqlanan Lotreamon bu biliklərini Maldororun mahnıları əsərində çox istifadə etmişdir. 19 yaşında məktəbi bitirdikdən sonra onun səfərlər etdiyi barədə fikirlər var. Bu səfərlərin Uruqvaya atasını görməyə və Fransaya ədəbi əlaqələr yaratmaq üçün olduğu güman edilir. 1867 və ya 1868-ci ildə heç bir qeydiyyat olmamasına baxmayaraq Parisdə pilotexnik və ya mədən məktəbində oxuduğu fikirləri irəli sürülmüşdür.Tədqiqatçıların çoxu Lotreamon Parisdə olarkən Maldororun mahnılarının çıxdığını düşünürlər. 24 yaşında bir otel otağında intihar edərək vəfat etmişdir. Ən məşhur əsəri Maldororun mahnılarıdır.
Maldororun mahnıları
[redaktə | mənbəni redaktə et]1868-ci ildə Lotreamon Uruqvaya atasına Maldororun ilk hissəsini göstərmək və maliyyə dəstəyi aımaq üçün səfər edir. İlk hissə anonym olaraq 1868-ci ildə nəşr olunmuşdur. Emil Zolya, Viktor Hüqo kimi fransız ədəbiyyatının məşhur adları üçün redactor olaraq işləmiş Albert Lacroix və Joseph Proudhon tərəfindən kitabın son versiyasının düzəlişləri edildi. 1869-cu ilin yazında əsər çap olundu. Lacroix şirkəti kitabın dəyərləri təhqir edən hesab edərək məhkəməyə düşəcəyindən qorxdu və heç vaxt kitabı satışa çıxarmadı. Maldororun mahnıları fövqəladə məcazlar və xüsusiyyətlər daşıyan, tanrıya üsyan edən və insanın daha çox heyvani cəhətlərini göstərən mənzum nəsrlə yazılmış kitabdır. Bu kitabla Lotreamon Fransız ədəbiyyatında daimi bir yer tutmuşdur. Sürrealist cərəyanın mühüm rəmzlərindən biri olmuşdur.
Haqqındakı düşüncələr
[redaktə | mənbəni redaktə et]- "Maldororun VI mahnısını oxuyanda öz yazdıqlarından utandım.”- Andre Jid
- "Maldororun bir az dadına baxanda bütün şeirlər kölgədə qalır." - Araqon
- "Lotreamonu açın! Bütün ədəbiyyat bir çətir kimi tərsinə dönəcək." - Frensis Ponq
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Itaú Cultural Conde de Lautréamont // Enciclopédia Itaú Cultural (порт.). São Paulo: Itaú Cultural, 2001. ISBN 978-85-7979-060-7
- ↑ 1 2 3 4 comte de Lautreamont // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 Authority file of the National Library of Uruguay (isp.).
- ↑ 1 2 3 4 Лотреамон // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Find a Grave (ing.). 1996.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- (fr.) http://www.cavi.univ-paris3.fr/phalese/Maldororhtml/documents/Biographie.htm Arxivləşdirilib 2007-02-04 at the Wayback Machine
- (fr.) Lautréamont on french wikisource
- (fr.) Comte de Lautréamont, Les Chants de Maldoror, at athena.unige.ch Arxivləşdirilib 2017-10-24 at the Wayback Machine
- (fr.) Maldoror: Le Site
- (fr.) http://www.chass.utoronto.ca/french/sable/recherche/catalogues/lautreamont/index.htm Arxivləşdirilib 2007-02-03 at the Wayback Machine
- Lautréamont illustrated by Ricardo Castro