Lui Reno
Lui Reno | |
---|---|
fr. Louis Renault | |
Doğum tarixi | 21 may 1843[1][2][…] |
Vəfat tarixi | 8 fevral 1918[1][2][…] (75 yaşında) |
Dəfn yeri |
|
Fəaliyyəti | hüquqşünas, pedaqoq, universitet müəllimi[d], hakim, vəkil |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Lui Reno (21 may 1843[1][2][…] – 8 fevral 1918[1][2][…]) — Fransız hüquqşünası və müəllim. 1907-ci ildə Ernesto Moneta ilə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür.
Lui Reno 1843-cü il mayın 21-də Fransanın Autun şəhərində anadan olmuşdur. 1868-73-cü illər arasında Dijon Universitetində Roma və ticarət hüququ professoru, 1873-cü ildən ölümünə qədər isə Paris Hüquq Fakultəsində professor kimi fəaliyyət göstərmişdir. 1890-cı ildə Fransa Xarici İşlər Nazirliyinin hüquq məsləhətçiliyinə təyin edilmişdir. Bu vəzifə əsnasında Fransanın xarici siyasətini beynəlxalq hüququn işığında diqqətlə araşdırdı. Aralarında 1899 və 1907-ci illərdəki Lahey sülh konfransı ilə London dəniz konfransının yer aldığı bir sıra konfranslarda iştirak etmişdir.
Müvəffəqiyyətli bir hakim də olan Reno 1905-ci ildəki Yapon Mülk Vergisi, 1909-cu ildə Kasablanka, 1911-ci ildə Savarkar və 1913-cü ildə Karfagen ilə Manouba iddiaları kimi bir çox problemin həllinə kömək etdi. Bu vaxt beynəlxalq hüququn xüsusi məsələlərinə dair çox sayda məqalə və monoqrafiya yazdı. C.Lyon-Caen ilə birlikdə iki cildlik bir ticarət hüququ və səkkiz cildlik bir araşdırma kitabı çap etdirmişlər.
1879-cu ildə " Beynəlxalq Hüququn Araşdırmasına Giriş" adlı işini, 1917-ci ildə isə Almaniyanın andlaşma öhdəliklərini tapdalayaraq Belçika və Lüksemburqun işğalını mövzu alan " Almaniyanın Beynəlxalq Hüququna ilk müdaxilə" adlı əsərini çap etdirmişdir.
Lui Reno 1918-ci il fevralın 7-də Fransanın Barbizon şəhərində vəfat etmişdir.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Nobelprize.org Louis Renault biyografisi (ing.)
- Ana Britannica, Cilt 26, s. 205
- Büyük Larousse, Cilt 12, s. 5996
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Louis Renault // Encyclopædia Britannica (ing.).