Məhəmbət Ütəmisov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məhəmbət Ütəmisov
qaz. Махамбет Өтемісұлы
Doğum tarixi
Doğum yeri Bukey ordası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bukey ordası, Rusiya imperiyası
Fəaliyyəti şair, siyasətçi

Məhəmbət Ütəmisov və ya Məhəmbət Ütəmisoğlu (qaz. Махамбет Өтемісұлы; 1803, Bukey ordası, Rusiya imperiyası — 20 oktyabr 1846, orda) — 1836—1837-ci illərdə ruslara qarşı qaldırılmış üsyanın başçılarından biri, şair.

Məhəmbət Ütəmisov 1803-cü ildə Qərbi Qazaxstanda anadan olmuşdur.[1] Hələ yeniyetmə yaşlarından poeziya və jırau yaradıcılığına böyük maraq göstərmişdir. Mədrəsə təhsili almışdı. Sonra təhsilini Orenburqda davam etdirmişdi.

Ağıl, kamal, istedadı və təfəkkürü ilə fərqlənən Məhəmbəti Bukey ordasının hakimi Cahangir xan onu oğlunun ustadı kimi sarayda saxlamaq qərarına gəldi. Daha doğrusu,onu saray şairi etmək istəyi Cahangirə nəsib olmur. Çünki o, Məhəmbət xana xidmətdən boyun qaçırdığından, Cahangirin xoşu gəlməmişdir. Şair satira, sarkazm dolu “Məhəmbət Cahangir xana dedi” adlı şeir ilə çıxış etdi və o, xalq arasında populyarlığa səbəb oldu. Məhəmbət sonralarda xanın iç üzünü açan , onun ədalətsiz hərəkətlərini təqdir edən sultanları, çar məmurlarını ifşa edən şeirlər yazır. Təsadüfi deyildir ki, 1836-cı ildə Qərbi Qazaxıstan ərazisində antifeodal və antimüstəmləkə üsyan qalxan zaman Məhəmbət İsa bəy Taymanov tərəfində vuruşaraq üsyançılara kömək edir. Məhəmbət Ütəməsov zorakılığa və özbaşınalığa qarşı mübarizə aparmış insanlardan olmuşdur. XIX əsr qazax ədəbiyyatında o, vətəndaş lirikası, yüksək vətənpərvərlik ruhu ilə seçilmiş sənətkarlardan idi.

Məhəmbət Ütəmisov 20 oktyabr 1846-cı ildə düşmənləri tərəfindən qətl edilib.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Məhəmbət Ütəmisovun yaradıcılığı dövrünün ictimai- sosial həyatı ilə sıx əlaqədə idi. Məhəmbət Ütəmisov yaradıcılığının başlıca mövzusu xan hakimiyyətinə qarşı mübarizədən ibarətdir. Məhəmbətin şeirlərində İsabəy Taymanovun başçılığı altında üsyanın əsas məqamları əks olunmuşdur. “Çapar, atını sakitləşdirməyincə,” “Mənim berkutum,” “İsabəyin döyüşü,” “Yürüşə çağırış,” “Bizim işimizə qara nər gərək” və s. şeirlərdə Məhəmbət düşmənlərə qarşı vuruşur, mübarizəni, onların qəhrəmanlığını vəsf edir.

Məhəmbət qazax ədəbiyyatı tarixində ilk dəfə olaraq müsbət mübariz- qəhrəman obrazının, İsabəy Taymanov üsyanının başçısının (şairin öz müasirinin) tarixi şəxsiyyət kimi portretini yaratmışdır. Əksər şeirlərində sənətkar bu xalq üsyanında İsatayın yerini və rolunu qeyd edir. Məhəmbət Ütəmisov şifahi xalq yaradıcılığı ənənələri üslubunda İsatayı epik batırları təsvir etmək üslubunda mühüm bədii vasitələrdən istifadə edir. Belə demək mümkünsə Məhəmbət folklorla yazılı ədəbiyyat arasında dayanmış şairlərdən olmaqla, bir tərəfdən, qəhrəmanı ənənəvi folklor vasitələri ilə, digər tərəfdən, onun portretinə çoxsaylı realist xüsusiyyət və cizgilər əlavə etməklə verir.

Məhəmbətin əsərlərində üsyançıların haqq işinə inam ifadə olunur. Əsərləri ilə o, qazax ədəbiyyatında vətəndaş, siyasi lirikanın əsasını qoymuşdur. Sənətkarın sosial-siyasi motivli şeirləri mövzu və ideya, bədii ifadə imkanlarına görə olduqca gözəldir. Nikbinlik, vətənpərvərlik despotizmə nifrət hissini ifadə etmək bacarığa görə vətəndaş-qəhrəmanlıq romantizmi üslubunda yazılmışdır. Məhəmbət Ütəmisovun şeirlərində çoxsaylı sosial-siyasi rəngli söz və ifadələrlə rastlaşırıq- “qəhrəman”, “batır”,”bayraq”, “döyüşə Çağırış”, “yürüş”, “müharibə günlərində”, “döyüş”, “iradə”, “azadlıq”, “quldarlıqla döyüş”, “əsir”, “xalq”, “xalq yaddan çıxıbsa, nə deyən”, və s.

Məhəmmbət Ütəmisovun xeyli sayda şeirləri də vardır ki, onlar məzmunca ifadəli, formaca isə gözəldir. Bunlar əsasən fəlsəfi xarakrerli şeir-düşüncələrdir. Məhəmbət yaradıcılığı ilə qazax ədəbiyyatında realizm astanasında dayanmışdır. XIX əsrin ikinci yarısı qazax ədəbiyyatının inkişafına Məhəmbət Ütəmisov yaradıcılığı kifayət qədər təsir göstərmişdir.

  • История Букеевского ханства. 1801—1852 гг.: сборник документов и материалов. / Сост. Б. Т. Жанаев, В. И. Иночкин, С. Х. Сагнаева — Алматы: Дайк-пресс, 2002—1120 с.
  • Аспандияров Б. Образование Букеевской Орды и ее ликвидация. Алматы, 2007
  • Бекмаханов Е.Б, Очерки истории Казахстана XIX в. Алма-Ата, 1966
  • Зиманов С.З. Россия и Букеевское ханство. Алма-Ата, 1982
  1. Батыс Қазақстан облысы. Энциклопедия. — Алматы: «Арыс» баспасы, 2002 жыл. ISBN 9965-607-02-8

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]