Malavi Gölü Milli Parkı
Naviqasiyaya keç
Axtarışa keç
Malavi Gölü Milli Parkı | |
---|---|
ing. Lake Malawi National Park | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 94 km2 ha |
Yaradılma tarixi | 24 noyabr 1980 |
Yerləşməsi | |
14°01′59″ c. e. 34°52′59″ ş. u.HGYO | |
Ölkə | Malavi |
|
|
Rəsmi adı | ing. Lake Malawi National Park |
Tipi | Təbii |
Kriteriya | vii, ix, x |
Tarixi | 1984 (8-ci sessiya) |
İstinad nöm. | 289 |
Region | Afrika |
Vikianbarda əlaqəli mediafayllar |
Malavi Gölü Milli Parkı — Afrikanın Malavi Respublikasında yerləşən və UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilən milli park.
Tarix
[redaktə | mənbəni redaktə et]Malavi Gölü Milli Parkı 1980-ci ilin noyabr ayında qurulub.
Haqqında
[redaktə | mənbəni redaktə et]12 adanı əhatə edən milli parkda Nyasa gölündə olan 1000-ə yaxın balıq növünün demək olaraq ki, yarısı yaşayır. Bu balıqların böyük hissəsi buraya xas növlərdir. Göl, Malavini kəsən Nəhəng Rift Vadisinin əmələ gətirdiyi böyük vadidə yerləşir. Balıqlar xaricində parkda yaşayan məməli növləri də olduqça çoxdur: begemot, babon, vervet meymunu, Afrika fili və s. Milli parkda yerləşən Mumbo və Boadzulu adaları xüsusilə Ağ boğazlı qarabattaqın balalama yerlərindən biridir. Boadzulu adası timsahlar və digər sürünənlərə də ev sahibliyi etməkdədir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Malavi Gölü Milli Parkı". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2016.