MamaRika
MamaRika | |
---|---|
Ümumi məlumatlar | |
Ləqəbləri | Erika, MamaRika |
Doğum tarixi | 13 aprel 1989 (35 yaş) |
Doğum yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, model[d] |
Janrlar | pop musiqisi, alternativ hip-hop |
Səs tembri | soprano |
Vikianbarda əlaqəli mediafayllar |
MamaRika və ya Erika (ukr. Еріка),[1] əsl adı Anastasiya Aleksandrovna Koçetova (ukr. Анастасі́я Олекса́ндрівна Кочетова; 13 aprel 1989, Çervonoqrad[d], Lvov vilayəti) — Ukrayna müğənnisi və fotomodeli.
Həyatı
[redaktə | mənbəni redaktə et]Erkən illəri
[redaktə | mənbəni redaktə et]Anastasiya Koçetova 13 aprel 1989-cu il tarixində SSRİ respublikalarından olan Ukrayna SSR-də, Lvov vilayətinin Çervonoqrad şəhərində anadan olmuşdur. O, uşaqlıqdan "Reverans" uşaq studiyasında vokalla peşəkar şəkildə məşğul olmuşdur. Koçetova İvan Franko adına Lvov Milli Universitetinin Xarici Dillər fakültəsini tərcüməçi (ingilis dili) ixtisası üzrə bitirmişdir. O, ofis meneceri və vokal müəllimi işləmişdir. Koçetova 14 yaşında "Çervona ruta-2003" festivalının qalibi olmuşdur. O, 17 yaşında "Amerikan şansı" layihəsində (Los-Anceles, Kaliforniya, ABŞ) iştirak etmiş və qalib olmuşdur.[2] Koçetovanın istedadı Stivi Vander və Brayan MakNayt tərəfindən yüksək qiymətləndirilmişdir.[3]
2009–2016: Erika
[redaktə | mənbəni redaktə et]Anastasiya Koçetova 19 yaşında "Erika" təxəllüsünü özünə götürərək prodüser və bəstəkar Konstantin Meladzenin rəhbərliyi ilə Ukraynanın "Ulduz fabriki-3" vokal şousunun finalçısı olmuş və burada altıncı yeri tutmuşdur.[2][3][4] O, "Fabrika. Superfinal" şousunun gümüş mükafatçısı adını qazanmış,[3] "Ulduz fabriki-4" televiziya şousunun canlı yayımlarının aparıcısı kimi iştirak etmişdir.[5] Erika "Ulduz fabriki. Rusiya – Ukrayna" (Birinci kanal, Rusiya) beynəlxalq layihəsində iştirak etmişdir. Erika "Rio" cizgi filminin ukrayn dilində olan dublyajında İnci personajını səsləndirmişdir.[6]
Erika 2010–2015-ci illərdə prodüser Sergey Kuzinin rəhbərliyi altında "UMMG" prodüser mərkəzində müğənni olmuşdur.[7] O, həmçinin amerikalı prodüserlər Vince Pizinqa və "Qremmi" qalibləri Bobbi Kempbell və Endryu Kapnerlə əməkdaşlıq etmişdir.[8][9] Erika 2011-ci ilin avqustunda "İlin müğənnisi" nominasiyasında "Kristal mikrofon" mükafatını qazanmışdır.[10] O, 2012-ci ildə "Yeni iliniz mübarək, dünya!" (Qazaxıstan) müziklında rol almışdır. Həmin il onun ilk solo albomu "Paparazzi" Ukraynanın "Moon Records" leyblində işıq üzü görmüşdür.[11]
Erika moda sahəsində fotomodel kimi bir neçə populyar jurnalların üz qabığında görünmüşdür. Bunlara "Playboy" (Ukrayna),[12] "Maxim",[13] "Viva!",[14] üç dəfə isə "Viva! Ən gözəl" daxildir.[15]
2016-cı ildən: MamaRika
[redaktə | mənbəni redaktə et]Erika 2016-cı ilin aprelində Kuzinlə işləməyi dayandırmış və təxəllüsünü "MamaRika" olaraq dəyişdirmişdir.[16][17] Elə həmin ay onun Yuliya rolunu canlandırdığı "Bir zamanlar Odessada" komediya teleserialının premyerası keçirilmişdir.[18]
"MamaRika" 2017-ci ildə Mariupolda keçirilən ilk "MRPL City" festivalında çıxış etmişdir. O, dekabr ayında, həmin ilin Kiyev klublarından birində konsert proqramını və ikinci studiya albomu olan "КАЧ"ı təqdim etmişdir.[19]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Anastasiya Koçetova 28 iyun 2014-cü ildə "Sosial həyat" proqramının aparıcısı Yekaterina Osadçaya ilə tələbəlik illərində baş tutmuş lezbiyan təcrübəsi haqqında danışmışdır:[20]
Bu münasibət uzunmüddətli olmuşdur, amma o vaxt istədiyimiz qədər olmamışdı, lakin tezliklə kişilərin məni daha çox cəlb etdiyini anladım. Bilirsiniz, qadınlar olduqca problemlidir, xüsusən də münasibətlərdə. |
Onun biseksuallığı ilə bağlı suala: "İndi qızlarla bir az flört etməyə imkanım var, amma dominant amil kişilərin cazibəsidir". Hal-hazırda müğənni bir ildən çoxdur ki, "Odesskie Mansı" KVN komandasının kapitanı Sergey Sereda ilə romantik münasibətdədir. 2020-ci ilin mart ayında Taylandda aparıcı Sergey Sereda ilə evlənmişdir. 2 avqust 2021-ci ildə oğlu dünyaya gəlmişdir.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- "Rio" (2011) – İnci (ukraynca dublyaj)
- "Bir vaxtlar Odessada" (2016) – "Kvartal-95" studiyasının istehsalı olan komediya teleserialı.
Təltif və müfakatlar
[redaktə | mənbəni redaktə et]- 2003 – Çervona ruta (festival).
- 2006 – Amerikan şansı.[21]
- 2010 – "Fabrika. Superfinal" – gümüş mükafatçı.[21]
- 2010 – "Dəniz mahnıları" festivalı – Tamaşaçılar mükafatı.[22]
- 2011 – Kristal Mikrofon mükafatı – İlin müğənnisi.[23]
- 2012 – "Ulduz fabriki: Rusiya – Ukrayna" layihəsi – prodüserlər İqor Matvienko və İqor Krutoydan xüsusi mükafat.[24]
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]- «Папарацци» (2012)
- «КАЧ» (2017)
Videokliplər
[redaktə | mənbəni redaktə et]- «Не тормози» Arxiv surəti 16 sentyabr 2016 tarixindən Wayback Machine saytında
- «Душа» Arxiv surəti 15 aprel 2016 tarixindən Wayback Machine saytında
- «Смайлик» Arxiv surəti 10 aprel 2016 tarixindən Wayback Machine saytında
- «Ковбой» Arxiv surəti 25 sentyabr 2016 tarixindən Wayback Machine saytında
- «Папарацци» Arxiv surəti 16 fevral 2018 tarixindən Wayback Machine saytında
- «Последний раз» Arxiv surəti 25 yanvar 2016 tarixindən Wayback Machine saytında
- «Под снежным серебром» Arxiv surəti 13 aprel 2016 tarixindən Wayback Machine saytında
- «Небо пополам» Arxiv surəti 13 avqust 2017 tarixindən Wayback Machine saytında
- «C первого взгляда RMX» Arxiv surəti 12 dekabr 2018 tarixindən Wayback Machine saytında
- «Любовь Не Верит Цифрам» Arxiv surəti 11 iyul 2015 tarixindən Wayback Machine saytında
- «Схід-Захід/Восток-Запад» Arxiv surəti 23 iyun 2015 tarixindən Wayback Machine saytında
- «Весь Мир»
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Певица Эрика ушла от продюсера и лишилась своего псевдонима и песен — Светские новости — гламур на 1+1 — ТСН.ua". 2016-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-14.
- ↑ 1 2 "Энциклопедия Кино и ТВ. Кочетова Анастасия Александровна (Эрика)". eTV.net (rus). 2013-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-29.
- ↑ 1 2 3 "Эрика. Об исполнителе". Piter.fm (rus). 2013-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
- ↑ "Энциклопедия Кино и ТВ. Кочетова Анастасия Александровна (Эрика)". eTV.net (rus). 2013-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-29.
- ↑ "Эрика станет ведущей «Фабрики звезд 4»". Сегодня.ua (rus). 2011-03-13. 2013-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
- ↑ "Эрика будет вместо Энн Хэтауэй". TV.ua (rus). 2011-02-07. 2013-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-29.
- ↑ Ника Никольская. "Кузин променял Эрику на неизвестную певицу". Обозреватель (rus). 2012-11-19. 2013-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
- ↑ "Украинская певица очаровала американских продюсеров". ТСН.ua (rus). 2013-03-05. 2013-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
- ↑ "Новая Эрика с хитом из Америки". «Элис Рекордс» (rus). 2013-02-12. 2013-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
- ↑ "Співачкою року назвали Еріку, а співаком — Макса Барських". Під прицілом (ukrayna). 2011-08-16. 2020-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
- ↑ "Эрика. Папарацци / 2 DVD". Moon Records (rus). 2013-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-01.
- ↑ "Певица Эрика снялась для Playboy". MIGnews (rus). 2011-12-19. 2012-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
- ↑ "И воскликнул он: «ЭРИКА!»". Maxim (rus). 2013-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
- ↑ "Эрика появилась на обложке журнала «Viva!»". StarsTime (rus). 2011-03-21. 2012-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
- ↑ "Эволюция стиля Эрики на красной дорожке «Viva! Самые красивые»". Viva! (rus). 2013-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
- ↑ Елена Юрченко. "Певица Эрика лишилась псевдонима, репертуара и продюсера". «КП в Украине» (rus). 2016-04-04. 2020-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-05.
- ↑ "Певица Эрика ушла от продюсера и лишилась своего псевдонима и песен". TSN.ua (rus). 2016-04-04. 2017-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-05.
- ↑ "Співачка Еріка пішла від продюсера і залишилася без псевдоніма та пісень". ТСН.ua (ukrayna). 2016-04-04. 2020-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
- ↑ Денис Путинцев. "Концерт для своих: MamaRika раскачала столицу!". VIVA.ua (rus). 2017-12-20. 2018-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
- ↑ Телеканал 1+1. "Еріка розповіла про свої лесбійські походеньки". 2014-06-28. 2022-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-22.
- ↑ 1 2 "Эрика". Ivona. 2013-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-29.
- ↑ "Эрика". Story. 2013-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-29.
- ↑ "Эрика получила «Хрустальный микрофон»". Viva!. 2011-08-11. 2013-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-29.
- ↑ "Эрика получила дорогой подарок от влиятельного мужчины". Teleblondinka. 2012-07-07. 2013-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-29.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Официальный сайт певицы
- Страница Эрики на YouTube
- "Эрика". RU TV. 2013-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-29.
- Страница Эрики на Vimeo Arxiv surəti 17 avqust 2014 tarixindən Wayback Machine saytında
- Страница Эрики на SoundCloud Arxiv surəti 17 avqust 2014 tarixindən Wayback Machine saytında
- Страница Эрики на Myspace Arxiv surəti 8 avqust 2014 tarixindən Wayback Machine saytında