9°00′00″ c. e. 125°47′00″ ş. u.HGYO

Manufaxi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dairə
Manufaxi
tetum Manufahi
Bayraq
Bayraq
9°00′00″ c. e. 125°47′00″ ş. u.HGYO
Ölkə  Şərqi Timor
Daxili bölgüsü 4 rayon
Tarixi və coğrafiyası
Sahəsi 1326.6 km²
Əhalisi
Əhalisi 48628[1] (11-ci yer) nəfər (2010)
Sıxlığı 36,7[2] (6-cı yer)
Xəritəni göstər/gizlə
Manufaxi xəritədə
Manufaxi
Manufaxi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Manufaxi (tetum Manufahi) — 13 Şərqi Timorun dairəsindən biri. Dairənin inzibati mərkəzi — Same şəhəridir. Dairənin sahəsi 1326,60 km² təşkil edir.

Ölkənin mərkəzi hissəsinin cənubunda yerləşmişdir. Manatutu dairəsi ilə şərqdən, Aynara ilə qərbdən, Ayleu dairəsi ilə isə şimaldan həmsərhəddir. Cənubda Timor dənizinin sularıyla yuyulur. Şimalda əsasən dağlıq ərazi ilə əhatələnmişdir. Cənubda isə alçaq tipli düzənliklərdən təşkil olunmuşdur. Dairənin ən yüksək nöqtəsi Kabalaki dağlarıdır. Dağ dəniz səviyyəsindən 2459 m yüksəklikdə yerləşmişdir.

Məlumatlara görə 1994-cü ildə dairədəki meşələrin sahəsi 61 797 hektar olmuşdur.

Ərazilərin Portuqaliya hökmranlığı dövründə dairənin paytaxtının adı Same adını daşıyırdı. İndoneziya işğalı dövründə Xato-Udo rayonun bir hissəsi dairədən ayrıldı və Aynara daiəsinə birləşdirildi. Həmçinin Aynaraya əvvəlcə aid olmuş Turuskai rayonunun bir hissəsi də Manufaxiyə birləşdirildi.

Dairənin əhalisini məlumatlara görə 2010-cu ildə 48 628 nəfər təşkil edir. Müqayisə üçün, 2004-cü ildə dairədə 44 950 insan yaşayırdı.[3] Əhalinin sıxlığı — 36,7 nəfər/km²-dir. Əhalinin orta yaşı 18,2 il təşkil edir. 1990-cı ildən 2004-cü ilə qədər orta illik əhali artımı ildə 1,96 % təşkil edir.

Əhalinin 42,2 %-i mambai dilində danışırlar. 40,4 %-i — tetum; 7,3 %-i — lakalay; 4,6 %-i — idate və 1,7 %-i isə — isni dilində danışırlar. Həmçinin başqa yerli dillər və dialektlər də geniş yayılmışdır. Əhalinin 50,3 %-i tetum dilini bilirlər. (adları çəkilən digər dillər də daxil olmaqla, həmin dillər ikinci və üçüncüdür). Əhalinin 42,6 %-i indoneziyalı, 12,0 %-i isə portuqaliyalıdır. Əhalinin 51,9 %-i savadsızdır (qadınların 55,0 %-i və kişilərin 49,0 %-i). Yalnız əhalinin 11,8 %-i 18 ildən daha tez (qadınların 9,4 %-i və kişilərin 14,1 %-i) orta məktəbi bitirmişlər.[4]

Məlumatlara görə 2004-cü ildə əhalinin 96,3 %-i katoliklər; 3,3 %-ini — protestantlar və 0,3 %-ini — müsəlmanlar təşkil edir.[5]

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]
Manufaxi dairəsinin inzibati cəhətdən bölgüsü

İnzibati cəhətdən Manufaxi dairəsi 4 rayona bölünmüşdür:

Rayon Əhalisi,
nəf. (2010)
Sahəsi,
km²
Аlas 7179 406,96
Fatuberliu 6902 375,92
Same 27 554 355,28
Turiskaya 6993 188,44
  1. "Highlights of the 2010 Census Main Results in Timor-Leste English" (PDF). 2013-09-28 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
  2. "Direcção Nacional de Estatística: 2010 Census Wall Chart (English)" (PDF). 2011-08-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
  3. "Direcção Nacional de Estatística Census 2004". 2007-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
  4. "Census of Population and Housing Atlas 2004" (PDF). 2012-11-13 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
  5. "District Pritory Tables: Manufahi 2004" (PDF). 2011-05-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.