Mark Çepmen
Mark Çepmen | |
---|---|
Mark Chapman | |
Doğum tarixi | |
Doğum yeri | Fort-Uort, Texas, ABŞ |
Həyat yoldaşı | Gloriya Xiroko Ebi |
Atası | Devid Kertis Çepmen |
Anası | Ketrin Elizabet Pias |
Milliyyəti | ABŞ |
Vikianbarda əlaqəli mediafayllar |
Mark Devid Çepmen (ing. Mark David Chapman; 10 may 1955, Fort-Uort, Texas, ABŞ) — Con Lennonun qatili.
Mark Çepmen 10 May 1955 tarixində Texasda anadan olmuşdur. Uşaqlığında IQ səviyyəsinin normaldan çox olduğu müəyyənləşdirilmişdir. Hələ məktəb illərindən narkotikdən istifadəyə başlamışdır.
8 dekabr 1980-ci ildə The Beatles qrupunun üzvü olan Con Lennonu qaldığı otelin qarşısında güllələyərək öldürür. Vurmadan əvvəl eyni günün axşam saatlarında isə, Conun həyat yoldaşı Yoko Onoya Conun Double Fantasy adlı albomunu imzalatdırmışdır. Nyu York polisi Çepmeni həbs etdikdə, vəkili Conatan Marks onun günahkar olmadığını iddia edirdi. Vəkil Çepmenin zehni pozuntuları olduğunu bildirmişdir. 1981-ci ildə Çepmen, ikinci dərəcəli cinayətdən həbs edilmiş və 20 ildən az olmamaqla ömür boyu həbsə məhkum edilmişdir. 7 dəfə həbsdən azad olunması üçün müraciət edilsə də, müraciətlər məhkəmə tərəfindən rədd edilmişdir.
Çapman, 1991-92-ci illərində yazılmış səs qeydlərində cinayəti necə işlədiyini danışır. Amerikanın NBC kanalının yayımladığı qeydlərdə, bunları qeyd etmişdir:
"Bu mütləq bir ehtiyac idi. O mərhələdə artıq özümə mane olmaq üçün heç bir şey edə bilmədim, bütün ruhumla və şüurumla buna tamamilə inanmışdım. Bu, qatar kimi idi, heç bir şeyin dayandıra bilməyəcəyi, sürücüsü olmayan bir qatar. Orda, bir yanda bütün dünyanın heyran olduğu bir insan, digər tərəfdə isə mən, şəxsiyyətsiz, sadə bir insan. Con Lennonu öldürməklə kim olduğumun ortaya çıxacağını düşündüyümü xatırlayıram."
Mark Çepmen, Lennonu gördükdə beynində bir səsin özünə, '' Bunu etməlisən, bunu et '' dediyini də söyləyir. Səs qeydlərinin Channel 4 adlı ingilis kanalında yayımlandığı bildirilmişdir.
2007-ci ildə Chapter 27 adlı Lennonun qətlinə səbəb olmuş Çepmen haqqında bioqrafiya filmi çəkilir. Film Cek Consun ''Let Me Take You Down'' adlı kitabından ilhamlanılmışdır. Çepmeni məşhur ulduz Cared Leto canlandırmışdır.