Masailər
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Masailər | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Masailər — Afrikanın savannada yaşayan yarımköçəri xalqı.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Keniyanın Paytaxtı Nayrobiyə təxminən 390 kilometr məsafədə yerləşən Masai Marada yaşayan qəbilə, aslan, leopard və hepard kimi vəhşi heyvanların olduğu ucsuz-bucaqsız düzənliklərdə yaşayırlar. "Sonsuz Torpaqlar" mənasını verən Masai Marada ayaqqabılar öldürülən heyvanların dərisindən tikilir. Masailər, rəngli parçalardan geyimlər geyinirlər.
Heyvandarlıqla dolanan masailər, daha çox ətlə qidalanırlar. Kəndin daha təhlükəsiz olması üçün daxmaları çevrə şəklində tikən masailər, mərasim və yığıncaqlarını kəndin ortasındakı boş sahədə keçirirlər.
Masailərin yaşadığı təkotaqlı daxmalar, kiçik budaq parçaları və mal nəcisi istifadə edilərək qadınlar tərəfindən tikilir.
Masailərin heyvanlarla birlikdə yaşadığı daxmalarda bir otaq və kiçik bir boşluq var. Otaqda, ana, ata və uşaqlar yaşayır. Daxmanın qalan hissəsində heyvanlar qalır. Masailər, daxmanın ortasında yandırdıqları ocaqda həm yeməklərini bişirir, həm də işıqlanma və istiləşmə ehtiyaclarını təmin edirlər. Daxmalarda, tüstü, damların damındakı dəliklərdən çölə çıxır. Keniya hökumətinin verdiyi qərarla yalnız qəbilə rəislərinin oğulları məktəbə gedir və İngiliscə öyrənir. Su ehtiyaclarını ətrafdakı axar sulardan daşıyaraq ödəyən masailər, elektrikdən istifadə etmir. Ənənəvi olaraq sırqalıqlarını kəsən masailər, bu kəsiyə yerləşdirdikləri taxta parçasıyla da dəliyi genişləndirirlər.
Masai kişiləri 18, qadınları isə 16 yaşında evlənirlər. Kişilər böyüdüklərini sübut etmək üçün adətə görə aslan ovlamalıdırlar. Lakin aslanların nəslinin kəsilmək üzrə olduğu təhlükəsinə görə, bu adət Keniya hökuməti tərəfindən qadağan edilib. Masaidə birdən çox qadınla evlənmək sərbəstdir. Gündüzlər geniş otlaqlarda orlayan mal sürülərinin arxasında gəzən gənc kişilər, özlərini qorumaq üçün mizraq, burma və ucu toxmaq şəklində olan xüsusi bir çubuq istifadə edirlər. Günlərinin böyük bir hissəsini ev işləriylə keçirən qadınlar, ətrafdan yığdıqlarıyla müxtəlif bəzək əşyaları düzəldirlər. Qəbilədə əhəmiyyətli qərarlar yaşlı kişilər tərəfindən verilir. İctimai həyat, şifahi qanunlar tərəfindən təyin olunaraq, anlaşılmazlıqlar böyük baş heyvanlar dəyişdirilərək həll edilir.
Qəbilə, turistlərə müəyyən bir ödənişlə kəndlərini gəzdirir. Qonaqlarına ənənəvi rəqs nümayişləri təqdim edən masailər, ovlarda istifadə etdikləri ox, burma və mizraq kimi alətləri də tanıdır.
Kəndi gəzən xaricilərə, primitiv şərtlərlə ocaq yandırmağı göstərən masailər, kəndin ortasındakı boş sahəyə qurduqları sərgilərdə də hədiyyəlik əşya satırlar. Masailər, bu şəkildə əldə etdikləri gəlirlə qəbilənin ehtiyaclarını qarşılayırlar.
Kənddə, texnologiyanın cazibəsinə müqavimət göstərə bilməyən bəzi masailər cib telefonu istifadə edirlər. Konturlu xətt istifadə edən qəbilə üzvləri, elektrikin olmadığına görə, telefonlarına ətrafdakı qonaq evlərində elektrik doldururlar.
Hepardlarla əhatələnən kənddən kənarda, kartlarla oyun oynayan bir qrup masailər diqqəti cəlb edir. Kəndə gələn xaricilər tərəfindən öyrədilən oyunu qəbilə üzvləri, mərcə girərək oynayır.
Köçləri
[redaktə | mənbəni redaktə et]Keniya və Tanzaniyada yarı köçəri olaraq yaşayan masailər, hər hansı bir vizaya tabe olmadan istədikləri kimi bu ölkələrə girib çıxa bilirlər. Keniya və Tanzaniya dövlətləri tərəfindən, masailərin köçü, Masai Mara və Serengetidəki vəhşi heyvanların köçü kimi təbii olaraq qarşılanır.
Heyvanların köç mövsümünü izləyən masailər, mallarını daha yaxşı otlamaq üçün iki ölkə arasında davamlı köç edirlər.
Masailərin yaşadığı bölgələr Keniya hökuməti tərəfindən qorunur.