41°25′47″ şm. e. 140°06′30″ ş. u.HGYO

Matsumae qəsri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Matsumae qəsri
yap. 松前城
Xəritə
41°25′47″ şm. e. 140°06′30″ ş. u.HGYO
Ölkə  Yaponiya
Şəhər Matsumae, Hokkaydo prefekturası
Layihə müəllifi Matsumae klanı
Tikilmə tarixi İnşası: 1606
Məhv olub: 1949
Üslubu hiraciro
Material daş və taxta
Vəziyyəti ictimai park
Rəsmi sayt town.matsumae.hokkaido.jp/…
Matsumae qəsri (Yaponiya)
Matsumae qəsri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Matsumae qəsri (松前城, Matsumae-jō?)Yaponiyanın Hokkaydo prefekturasının Matsumae şəhərində yerləşən qəsr. Yaponiyanın ən şimalda yerləşən qəsridir.[1] Hokkaydoda yerləşən yeganə ənənəvi Edo üslubunda tikilmiş qəsr olan Matsumae qəsri eyniadlı klana məxsus olmuşdur.

Qəsr ilk öncə 1606-cı ildə Matsumae Yoşihiro tərəfindən Tokuqava şoqunatının klanından bölgəni qorumaq (xüsusilə şimaldan Aynu barbarlarından) tələbindən sonra tikdirmişdir. 1637-ci ildə yanğına məruz qalıb, 1639-cu ildə yenidən tikilib. Bir zamanlar Hokkaydodan bütün Yaponiyaya keçid bu qəsrdən nəzarət edilirdi.

1854-cü ilə aid edilən hazırkı qəsr kompleksi xarici dəniz təhlükələrinin qarşısını almaq məqsədilə tikilmişdir. 1868-ci ildə Meyci islahatından sonra qəsrin ancaq 30 metr hündürlüyündəki tenşusu (əsas qüllə) və gözətçi butkası salamat qalıb. Lakin tenşu da 1949-cu ildə yanğına məruz qalıb və 1960-cı ildə qəsrin təqlidi tikilib.[2]

Hazırda bütün qəsr ərazisi ictimai park kimi istifadə olunur.

  1. 松前城 [Matsumae Castle] // Dijitaru Daijisen (Japanese). Tokyo: Shogakukan. 2013. OCLC 56431036. 2007-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2018.
  2. Hinago, Motoo. Japanese Castles. Kodansha International Ltd. and Shibundo. 1986. 130–131. ISBN 0870117661.