Maxaon (kəpənək)
Maxaon | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Maxaon (kəpənək) |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Maxaon kəpənəyi (lat. Papilio machaon) — əsl yelkənqanadlılar cinsinə aid heyvan növü.
Erkəklərinin qanadlarının uzunluğu, 64–81 mm, dişilərinin isə 74–95 mm olur. Qanadlarının fonunun rəngi əsasən intensiv sarı olur. Enli qara haşiyəyə və kənarları ayşəkilli sarı ləkələrə malik ön qanadlarında damarcıqlı qara xallar olur. Arxa qanadlarında uzunluğu 10 mm-ə qədər olan "quyruqlar" olur. Arxa qanadlar qanadın kənarında qara rənglə haşiyəyə alınmış göy və sarı xallara, qırmızı-qonur gözcüklərə malikdir.
-
♂
-
♂ △
-
♀
Yayılması
[redaktə | mənbəni redaktə et]Holarktika vilayətində geniş yayılmışdır. Avropanın hər yerində (İrlandiya istisna olmaqla), Şimal Buzlu Okeandan başlayaraq Qara dəniz sahillərinə qədər və Qafqazda yayılmışdır. Asiyada, Şimali Afrikada və Cənubi Amerikada rast gəlinir. Avropada dəniz səviyyəsindən 2000 m-ə qədər, Asiyada isə 4500 m-ə qədər yüksəkliklərdə rast gəlinir (Tibet).[2]
Qidalanması
[redaktə | mənbəni redaktə et]Bu yelkənciyin əsas qidasını müxtəlif çətirçiçəkli bitkilər, xüsusən baldırğan (Heracleum), kök (Daucus), şüyüd (Anethum), tütəktu (Angelica), cacıx (Chaerophyllum), kərəvüz (Apium), yalançı cirə (Pimpinella), qazayağı (Falcaria), mürəkkəbçiçəklilərdən isə yovşan (Artemisia) təşkil edir.
Qorunma tədbirləri
[redaktə | mənbəni redaktə et]Ukraynanın, Rusiyada Moskva (3-cü kateqoriya), Smolensk (2-ci kateqoriya), Volqoqrad vilayətlərinin (3-cü kateqoriya) və Almaniyanın (4-cü kateqoriya) Qırmızı Kitablarına salınmışdır.[2]
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Yumurta
-
Tırtıl
-
Tırtıl
-
Pup
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnaei C. Systema Naturae: Per Regna Tria Naturae, Secundum Classes, Ordines, Genera, Species, Cum Characteribus, Differentiis, Synonymis, Locis. Holmiae: Laurentii Salvii, 1758. C. 1. S. 462.
- ↑ 1 2 "Maxaon yelkənciyi". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-08.