Maykl Cekson
Maykl Cekson | |
---|---|
ing. Michael Jackson | |
Ümumi məlumatlar | |
Doğum adı | Michael Joseph Jackson |
Doğum tarixi | 29 avqust 1958[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 25 iyun 2009[3][4][…] (50 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Atası | Cozef Cekson |
Anası | Ketrin Cekson |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | rəqqas, müğənni-mahnı yazarı, iş adamı, xeyriyyəçi, kinorejissor, ssenarist, avtobioqraf[d], musiqi prodüseri, kino aktyoru, aktyor, sahibkar, səsyazma sənətçisi[d], müğənni, səsləndirmə aktyoru[d], rəsm kolleksioneri[d], mahnı yazarı[d], model[d], şair, bəstəkar, aranjimançı[d], xoreoqraf |
Fəaliyyət illəri | 1964–2009 |
Janrlar | pop musiqisi, soul, rəqs musiqisi[d], disko, rok, blüz, ritm-n-blyuz, fank[d], hip-hop[d], hard-rok, black contemporary[d], dans-pop |
Musiqi alətləri | piano[6][6][…], zərb qurğusu[d][7][8], zərb alətləri |
Səs tembri | tenor |
Albom şirkətləri | Epic Records, Sony Music[d], Motown[d], Universal Music Group, Legacy Recordings[d] |
Üzvlüyü | |
Mükafatları |
|
michaeljackson.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Maykl Cozef Cekson (ing. Michael Joseph Jackson; 29 avqust 1958[1][2][…], Geri, İndiana, ABŞ – 25 iyun 2009[3][4][…], Los-Anceles, Kaliforniya, ABŞ[3]) — amerikalı müğənni, bəstəkar, rəqqas, xeyriyyəçi. "Popun kralı" adını qazanan Cekson XX əsrin ən görkəmli mədəniyyət xadimlərindən biri kimi qəbul edilir. O, musiqi, rəqs və moda sahəsində gördüyü işlərlə, eləcə də şəxsi həyatı ilə bütün dünyada məşhurlaşıb.
İndiana ştatının Geri şəhərində anadan olan Maykl Cekson musiqi karyerasına uşaq yaşlarında qardaşları ilə birlikdə yaradılan "The Jackson 5" qrupunun üzvü kimi başlamışdır. Qrup 1968-ci ildə Motown şirkəti ilə müqavilə bağlayır və Mayklın seçilən ifaları sayəsində tez bir zamanda məşhur olur. 1971-ci ildə Maykl Cekson solo sinqllar buraxaraq yeni zirvələrə doğru irəliləyir. 1979-ci ildə debüt albomu olan "Off the Wall"-u çıxraraq özünü dünyaya tanıdır. İkinci albomu olan "Thriller"-i 1982-ci ildə buraxır.
1980-ci illərin sonlarında Ceksonun görünüşü, münasibətləri, davranışı və həyat tərzi mübahisə və fərziyyə mövzusuna çevrilir. 1993-cü ildə o, ailə dostunun uşağına qarşı cinsi istismarda ittiham olunurdu. Yetərincə sübut olmadığı üçün Cekson günahkar hesab edilmədi. O, 2005-ci ildə çox sayda uşağı cinsi istismar etməkdə təqsirli bilinirdi. Lakin FTB Maykl Ceksonun cinayət əməlinə dair heç bir sübut tapmadı.
2009-cu ildə yeni konsertləri ilə səhnələrə qayıtmağa hazırlaşan Maykl Cekson propofolun həddindən artıq dozası nəticəsində vəfat edir. Ona bu dərmanı qəbul etməyi məsləhət görən şəxsi həkimi Konrad Mürrey onun ölümünə səbəb olmaqda ittiham olunaraq məsuliyyətə cəlb olunur. Maykl Ceksonun Los-Ancelesdəki Steypls-sentrdə baş tutan canlı anım mərasimini televiziya vasitəsilə təqribən 2,5 milyarddan artıq tamaşaçı izlədiyi deyilir.
Maykl Cekson bütün zamanların ən çox musiqi satan sənətçiləri arasındadır. Təxmini olaraq dünya miqyasında 400 milyondan çox albom satışı etmişdir. Onun aldığı mükafatlara daxildir: 15 "Qremmi" mükafatı", 6 "Brit" mükafatı, 1 "Qızıl Qlobus" mükafatı və 39 "Ginnesin Rekordlar Kitabı".
Həyatı və karyerası
[redaktə | mənbəni redaktə et]İlk illər və Jackson 5 (1958–1975)
[redaktə | mənbəni redaktə et]Maykl Cozef Cekson[9][10] 29 avqust 1958-ci ildə İndiana ştatının Geri şəhərində doğulmuşdur.[11][12] O, afroamerikalı işçi ailəsinin on uşağından səkkizincisi idi və Cekson küçəsində yerləşən iki yataq otağı olan evdə yaşayırdı. Onun anası Ketrin Eşter Cekson klarnet və piano ifa edə bilirdi və kantri ifaçısı olmağa can atırdı. Anası "Sears"da part-taym işləyirdi, bundan əlavə Yehovanın Şahidlərinin üzvü idi.[13] Atası, keçmiş boksçu Cozef Uolter "Co" Cekson "US Steel"də kran operatoru idi və ailənin gəlirini artırmaq üçün yerli ritm və blüz qrupu olan Falcons ilə gitara çalırdı.[14] Conun ulu babası Cul "Cek" Qeyl ABŞ ordusunun kəşfiyyatçısı idi; ailə həmçinin onun yerli amerikalı həkimi ola biləcəyinə inanırdı. Maykl üç bacısı (Ribi, Latoya və Canet) və beş qardaşı (Ceki, Tito, Cermeyn, Marlon və Rendi) ilə böyümüşdür.[14] Altıncı qardaşı Marlonun əkizi Brendon doğulduqdan qısa müddət sonra vəfat etdi.[15]
1964-cü ildə Maykl və Marlon, Jackson Brothers-a—Ceki, Tito və Cernmeynin daxil olduğu ataları tərəfindən yaradılmış qrupa—konqa və buben çalan ehtiyat musiqiçilər kimi qoşuldular.[16][17] Mayklın dediyinə görə onun atası ona "böyük burun" deyirdi[18] və məşqlər zamanı ona fiziki və emosional təzyiq göstərirdi. Atası Co tez-tez o, bacı-qardaşları ilə məşq edərkən əlində kəmərlə kresloda otururdu və etdikləri istənilən səhvə görə onları cəzalandırmağa hazır idi.[13] Co etiraf etdi ki, o, Mayklı müntəzəm olaraq döyürdü.[19] Maykl gənclik illərin tənha və təcrid olunmuş şəkildə keçirdiyini bildirdi.
1965-ci ildə Maykl Cermeyn ilə əsas vokalları paylaşmağa başladı və qrupun adı The Jackson 5 olaraq dəyişdirildi.[20] 1965-ci ildə qrup istedad şousunda qalib gəldi; Maykl Robert Parkerin 1965-ci ildə ifa etdiyi "Barefootin'" mahnısına rəqs etdi və The Temptations qrupunun "My Girl" mahnısını oxudu. Jacksons 5 1966-cı ildən 1968-ci ilə qədər orta qərbi ABŞ-də səfərlər etdi ; onlar tez-tez Sem və Deyv, The O'Jays, Qledis Nayt və Etta Ceyms kimi sənətçilərin açılış mərasimin baş tutduğu "Chitlin' Circuit" kimi tanınan bir sıra qara klublarda çıxış etdilər. Jacksons 5, həmçinin striptiz şoularının nümayiş olunduğu klublarda və kokteyl salonlarında, yerli auditoriyalarda və orta məktəb rəqslərində çıxış etdi.[21] Onlar 1967-ci ilin avqustunda Şərq Sahili səfərində, Harlemdəki Apollo Teatrında həftəlik həvəskar gecə konsertinin qalibi oldular.
The Jackson 5 Geridəki rekord leyblı "Steeltown Records" üçün bir neçə mahnı yazdı; onların ilk sinqlı "Big Boy", 1968-ci ildə buraxıldı. Bobby Taylor & the Vancouvers qrupundan Bobbi Teylor, 1968-ci ildə Çikaqonun Regal Teatrında onların açılış konsertinə dəstək olan The Jackson 5-i "Motown"a gətirdi. Teylor "Who's Lovin' You" mahnısı da daxil olmaqla onların bəzi mahnılarının prodüserliyini etdi.[23] Motown ilə müqavilə bağladıqdan sonra Cekson ailəsi Los-Ancelesə köçdü. 1969-cu ildə Motown idarəçiləri Dayana Rossdan The Jackson 5-i ictimaiyyətə təqdim etməsini istədilər.[24] The Jackson 5 ilk televiziya çıxışını 1969-cu ildə Miss Black America yarışmasında etdi, onlar "It's Thing" mahnısının koverini ifa etdilər.[25] Bunun ardınca Rolling Stone gənc Mayklı "möhtəşəm musiqi istedadı"na görə təriflədi.[26]
Turlar
[redaktə | mənbəni redaktə et]- Triumph Tour (1980–81)
- Victory Tour (1984–85)
- Bad World Tour (1987–89)
- Dangerous World Tour (1992–93)
- HIStory World Tour (1996–97)
- This Is It (2009–10)
Solo albomları
[redaktə | mənbəni redaktə et]- 1979 — Off The Wall
- 1982 — Thriller
- 1987 — Bad
- 1991 — Dangerous
- 1995 — HIStory
- 1997 — Blood on the Dance Floor: HIStory in the Mix
- 2001 — Invincible
- 2010 — Michael
- 2014 — Xscape
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- The Wiz — 1978
- Michael Jackson's Thriller — 1982
- Captain EO — 1986
- Moonwalker — 1988
- Michael Jackson's Ghosts — 1997
- Men in Black II — 2002
- Miss Cast Away and the Island Girls — 2004
- Michael Jackson's This Is It — 2009
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Michael Jackson // Babelio (fr.). 2007.
- ↑ 1 2 Michael Jackson // Dutch Top 40.
- ↑ 1 2 3 4 Michael Jackson Artist Biography by Steve Huey. AllMusic.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ https://www.europe1.fr/culture/exclusif-voici-lemplacement-exact-du-tombeau-de-michael-jackson-3906414.
- ↑ 1 2 YouTube video.
- ↑ Montreux Jazz Festival Database.
- ↑ AllMusic (ing.). 1991.
- ↑ County of Los Angeles Department of Health Services (2009). Michael Jackson death certificate.
- ↑ Huey, Steve. "Michael Jackson – Artist Biography". AllMusic. May 7, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 31, 2015.
- ↑ Barnes, Brokes. "A Star Idolized and Haunted, Michael Jackson Dies at 50". The New York Times. June 25, 2009. December 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 12, 2009.
- ↑ "Michael Jackson: 10 Achievements That Made Him The King of Pop". National Academy of Recording Arts and Sciences. June 24, 2014. February 15, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 20, 2016.
- ↑ 1 2 Petridis, Alexis. "Joe Jackson was one of the most monstrous fathers in pop". The Guardian. June 27, 2018. December 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 18, 2019.
- ↑ 1 2 Sweeting, Adam. "Joe Jackson obituary". The Guardian. June 27, 2018. December 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 14, 2019.
- ↑ Morris, Chris. "Joe Jackson, Jackson Family Patriarch, Dies at 89". Variety. June 27, 2018. November 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 27, 2019.
- ↑ "Michael Jackson: a life of highs and lows". The Daily Telegraph. June 26, 2009. January 10, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 28, 2019.
- ↑ Jackson, Jermaine. You Are Not Alone: Michael: Through a Brother's Eyes. Simon & Schuster. 2011. səh. 41. ISBN 978-1-4516-5156-0. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-08.
- ↑ "Jackson interview seen by 14m". BBC News. February 4, 2003. December 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 31, 2015.
- ↑ "Can Michael Jackson's demons be explained?". BBC News. June 27, 2009. September 28, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 31, 2015.
- ↑ Burton, Charlie. "Inside the Jackson machine". GQ. February 7, 2018. October 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 14, 2019.
- ↑ "Triumph & Tragedy: The Life of Michael Jackson". Rolling Stone India. August 25, 2009. December 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 31, 2015.
- ↑ Aletti, Vince. "Jackson Five: The Biggest Thing Since the Stones". Rolling Stone. November 26, 1970. November 5, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 27, 2020.
- ↑ Knopper, Steve. "Bobby Taylor, Motown Singer Who Discovered Jackson 5, Dead at 83". Rolling Stone. July 23, 2017. December 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 1, 2019.
- ↑ Harper, Phillip Brian. "Synesthesia, "Crossover," and Blacks in Popular Music". Social Text (23). Winter 1989: 110. doi:10.2307/466423. ISSN 0164-2472. JSTOR 466423.
- ↑ Easlea, Daryl. Michael Jackson: Rewind: The Life and Legacy of Pop Music's King. Race Point Publishing. 2016. səh. 178. ISBN 978-1-63106-253-7.
- ↑ "Michael Jackson – Biography". Rolling Stone. April 2, 2008 tarixində arxivləşdirilib.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Video saytı (ingilisçə)
- Kral öldü
- Rəsmi saytı (ingilisçə)
- Tərcümeyi-halı (ingilisçə) Arxivləşdirilib 2007-11-15 at the Wayback Machine
- Mahnı sözləri Arxivləşdirilib 2007-01-25 at the Wayback Machine
- 29 avqustda doğulanlar
- 1958-ci ildə doğulanlar
- Geridə doğulanlar (İndiana)
- 25 iyunda vəfat edənlər
- 2009-cu ildə vəfat edənlər
- 50 yaşında vəfat edənlər
- Los-Ancelesdə vəfat edənlər
- Forest-Laun xatirə parkında dəfn olunanlar
- Tenorlar
- Həyatı boyu müvəffəqiyətlərinə görə Qremmi mükafatı laureatları
- Əlifba sırasına görə musiqiçilər
- Maykl Cekson
- ABŞ müğənniləri
- Afroamerikalılar
- Ginnesin Rekordlar Kitabına düşənlər
- Poçt markalarında şəxslər
- Brit mükafatı laureatları
- Ürək tutmasından ölənlər
- Barbituratlardan vəfat edənlər