Melvin Kalvin
Melvin Kalvin | |
---|---|
ing. Melvin Ellis Calvin | |
| |
Doğum adı | Melvin Ellis Calvin |
Doğum tarixi | 8 aprel 1911[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 yanvar 1997[1][2][…] (85 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Elm sahələri | kimya · biologiya |
İş yerləri | |
Alma-mater |
Miçiqan Texnologiya Universiteti Minnesota Universiteti |
Təhsili |
Mançester Universiteti Berkli Kaliforniya Universiteti Lourens Berkli adına Milli Laboratoriya |
Elmi rəhbəri | Maykl Polani |
Tanınmış yetirməsi | Sirul Ponamperuma[4] |
Tanınır | Kalvin dövrü ilə |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Melvin Ellis Kalvin (8 aprel 1911[1][2][…], Sent-Pol[3] – 8 yanvar 1997[1][2][…], Berkli, Kaliforniya)[6] — 1961-ci ildə Kalvin dövrünü kəşf etməklə Endryu Benson və Ceyms Basşam ilə birlikdə Kimya üzrə Nobel mükafatına layiq görülən amerikalı biokimyaçı.
O, karyerasının böyük hissəsini Berkli Kaliforniya Universitetində çalışmaqla keçirib.
Həyatı
[redaktə | mənbəni redaktə et]Kalvin Minnesota ştatının Sent-Pol şəhərində Rusiya imperiyasından gələn yəhudi mühacirlər[7] Elias Kalvin və Rouz Hervitsin ailəsində dünyaya göz açıb.[8]
O, uşaq ikən ailəsi Detroitə köçən Kalvin 1928-ci ildə burada orta məktəbi bitirir.[9] Melvin Kalvin 1931-ci ildə Miçiqan Texnologiya Universitetində ali təhsilinin bakalvr pilləsini bitirdikdən sonra,1935-ci ildə kimya üzrə fəlsəfə doktorluğu elmi dərəcəsini Minnesota Universitetində qazanır. Növbəti dörd ili Mançester Universitetində postdoktorluq işinə həsr edir.
1942-ci ildə Meri Geneviv Cemtiqard ilə evlənən Kalvinin bu nikahdan iki qızı və bir oğlu dünyaya gəlir.
1937-ci ildə Berkli Kaliforniya Universitetində çalışmağa başlayan Kalvin 1947-ci ildə kimya professoru vəzifəsinə yüksəlir. Karbon-14 izotopundan istifadə edən Kalvin, Endryu Benson və Ceyms Basşam karbonun atmosfer karbon dioksidi kimi udulmasından karbohidratlara və digər üzvi birləşmələrə çevrilməsinə qədər fotosintez zamanı bitki vasitəsilə keçdiyi tam marşrutun xəritəsini tərtib etdilər.[10][11]. Bunu etməklə, Kalvin, Benson və Basşam günəş işığının əvvəllər güman edildiyi kimi karbon dioksiddən çox, üzvi birləşmələrin istehsalını dəstəkləmək üçün bitkidəki xlorofillə təsir etdiyini göstərdi. Kalvin 1961-ci ildə kimya üzrə Nobel mükafatının laureatı olur. Kalvin elmi fəaliyyyətinin 30 ilini geridə qoyduqdan sonra İşığın İzi: Elmi Odisseya adlı avtobioqrafiyasını yazır.[12] 1950-ci illərdə Ümumi Sistem Tədqiqatları Cəmiyyətinin ilk üzvlərindən biri idi. 1963-cü ildə ona əlavə olaraq molekulyar biologiya üzrə professor adı verilib. 1980-ci ildə təqaüdə çıxana o, Kimyəvi Biodinamika Laboratoriyasının təsisçisi və direktoru və eyni zamanda Berkli Radiasiya Laboratoriyasının direktor müavini olub. Aktiv tədqiqatlarının son illərində o, neft hasil edən zavodların bərpa olunan enerji mənbələri kimi istifadəsini öyrənmişdir. O, uzun illər həyatın kimyəvi təkamülünü sınaqdan keçirdikdən sonra, 1969-cu ildə bu mövzuya həsr olunmuş kitabını nəşr etdirir.[13]
Fikir ayrılığı
[redaktə | mənbəni redaktə et]Oksford Nəbatat bağının direktoru Timoti Volker, BBC üçün 2011-ci ildə televiziya tarixində Botanika ilə bağlı yayımladığı yazıda Kalvinin Endryu Bensonla rəftarını tənqid edərək, Kalvinin onu işdən çıxardıqdan sonra Bensonun işinə rəğbət qazandığını iddia edir.[14] Benson özü də Kalvin tərəfindən işdən çıxarıldığını vurğulayaraq, avtobioqrafiyasında yer almamasından şikayətlənir.[15]
Mükafatları və irsi
[redaktə | mənbəni redaktə et]Kalvin 1958-ci ildə Hollandiya Kral İncəsənət və Elmlər Akademiyasının əcnəbi üzvü seçildi.[16] 1959-cu ildə Leopoldina Almaniya Elmlər Akademiyasının üzvü seçilmişdir.[17]
1971-ci ildə Kalvin Vitter kollecinin fəxri Hüquq doktoru (LL.D.) dərəcəsinə layiq görüldü.[18]
Kalvin, Eysa Qrey, Mariya Göppert-Mayer və Severo Oçoa ilə birlikdə Amerika Alimlərinin ABŞ poçt markalarından ibarət kolleksiyasının 2011-ci il üçün olan buraxılışında təsvir edilmişdir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Melvin Calvin // Solomon Quqqenhaym muzeyi. 1937.
- ↑ 1 2 3 4 5 6 Guggenheim Fellows database (ing.).
- ↑ "Archived copy". yanvar 26, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: yanvar 21, 2016.
- ↑ 1 2 NNDB (ing.). 2002.
- ↑ Seaborg, G. T.; Benson, A. A. "Melvin Calvin. 8 April 1911 -- 8 January 1997". Biographical Memoirs of Fellows of the Royal Society. 54. 2008: 59–70. doi:10.1098/rsbm.2007.0050.
- ↑ "The Nobel Prize in Chemistry 1961". 2018-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-01.
- ↑ "Archived copy" (PDF). September 19, 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: February 23, 2016.
- ↑ Melvin Calvin Summary. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-01.
- ↑ CALVIN, M. "[The photosynthetic cycle.]". Bull. Soc. Chim. Biol. 38 (11) (December 7, 1956 tarixində nəşr olunub). 1956. 1233–44. PMID 13383309.
- ↑ BARKER, S A; BASSHAM, J A; CALVIN, M; QUARCK, U C. "Intermediates in the photosynthetic cycle". Biochim. Biophys. Acta. 21 (2) (Aug 1956 tarixində nəşr olunub). 1956. 376–7. doi:10.1016/0006-3002(56)90022-1. PMID 13363921.
- ↑ Calvin, Melvin. 'Following the Trail of Light: A Scientific Odyssey (Profiles, Pathways & Dreams) . Wiley VCH. 1992. ISBN 0-8412-1828-5.
- ↑ Calvin, Melvin. Chemical evolution: molecular evolution towards the origin of living systems on the earth and elsewhere. Oxford: Clarendon Press, 1969. ISBN 0-19-855342-0.
- ↑ Walker, Timothy. "Botany: A Blooming History". BBC Four. BBC, UK. 2011. March 20, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 17, 2014.
- ↑ Interview conducted by Bob B. Buchanan,Scripps Institution of Oceanography, University of California, San Diego. "Interview Transcript – A Conversation with Andrew Benson – "Reflections on the Discovery of the Calvin-Benson Cycle"" (PDF). University of California, Berkeley. June 26–27, 2012. May 8, 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: June 17, 2014.
Page 25 – (24:51) BUCHANAN: So, would you use the word "fired?" (24:54) BENSON: Yeah. ... Page 30 – (30:04) BENSON: ... He published a book, an autobiography, Following the Trail of Light, which is a fantastic – a beautiful title for what it was about. It makes the whole volume about him getting a Nobel Prize, no mention of Benson at all in that book. And he didn't have to do that. He could have done it right. And finally, one of his last publications he mentioned – Dr. Benson and some graduate students were involved – but just briefly mentioned.
- ↑ "Melvin Calvin (1911 - 1997)". Royal Netherlands Academy of Arts and Sciences. 28 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 October 2016.
- ↑ "List of Members". www.leopoldina.org. 19 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2017.
- ↑ "Honorary Degrees | Whittier College". www.whittier.edu. 2018-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Nobel speech and biographmems/mcalvin.html Qlenn Siborq və Endryu Benson tərəfindən mükafatlandırılması (ing.)
- Research on the carbon dioxide assimilation in plants at the Wayback Machine (archived fevral 22, 2007) (ing.)
- Qlenn Siborq və Endryu Benson tərəfindən təqdim edilən bioqrafik xatirələr (ing.)
- U.S. Patent 4427511 Melvin Kalvin – Fotoşəkilli elektron ötürmə üsulu (ing.)
- Ensiklopediya Britannika məqaləsi (ing.)
- [https://web.archive.org/web/20110619223653/http://www.usps.com/communications/newsroom/2011/pr11_071.htm USPS News Release: Amerikalı alimlərin günü olaraq Melvin Kalvinin iştirak ilə qeyd edilən Forever Stamp dizaynları üçün press-reliz. (ing.)
- Milli Elmlər Akademiyasının bioqrafik memuarı (ing.)
- 8 apreldə doğulanlar
- 1911-ci ildə doğulanlar
- Minnesotada doğulanlar
- 8 yanvarda vəfat edənlər
- 1997-ci ildə vəfat edənlər
- 85 yaşında vəfat edənlər
- Kaliforniyada vəfat edənlər
- Berkli Kaliforniya Universitetinin müəllimləri
- Minnesota Universitetinin müəllimləri
- London Kral Cəmiyyətinin üzvləri
- Leopoldin Alman Milli Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Niderland Kral İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Amerika Fəlsəfə Cəmiyyətinin üzvləri
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Kimya üzrə Nobel mükafatı laureatları
- ABŞ Milli Elmlər medalı ilə təltif olunanlar
- Əlifba sırasına görə alimlər