Metyu Brayza
Metyu Brayza | |
---|---|
ing. Matthew Bryza | |
29 dekabr 2010 – 3 yanvar 2012 | |
iyun 2005 – dekabr 2010 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 fevral 1964 (60 yaş) |
Təhsili |
|
Fəaliyyəti | diplomat |
Həyat yoldaşı | Zeyno Baran |
Vikianbarda əlaqəli mediafayllar |
Metyu Brayza (ing. Matthew Bryza; 16 fevral 1964) — amerikalı diplomat. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri[3] və ABŞ-nin Azərbaycandakı səfiri olmuşdur.
Metyu Brayza Stenford Universitetini və Fletçer Məktəbini bitirib. 1988-ci ildə diplomatik fəaliyyətə başlayıb. Metyu Brayza ABŞ Xarici Xidmətinə 1988-ci ilin avqustunda qoşulub. ABŞ-nin Poznandakı (Polşa) konsulluğunda, Varşavadakı səfirliyində çalışıb (1989–1991).
1991–1995-ci illərdə ABŞ Dövlət Departamentində, 1995–1997-ci illərdə ABŞ-nin Rusiyadakı səfirliyində diplomatik xidmət keçib. 1997–1998-ci illərdə ABŞ-nin Qafqaz və Mərкəzi Asiya ölkələrinə iqtisadi yardımı məsələlərinə kuratorluq edib.
1998–2001-ci illərdə ABŞ prezidenti və dövlət katibi yanında müşavir postunu tutub, Xəzər bölgəsində qaz kəmərlərinin tikilməsinə kömək məsələləri ilə məşğul olub. 2001-ci ildən Milli Təhlükəsizlik Şurasında çalışıb, ABŞ-nin Türkiyə, Yunanıstan, Kipr, Mərkəzi Asiya, Qafqaza yönəlik siyasətinə məsul olub.
2005-ci ildən ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb, 2006-cı ildən Dağlıq Qarabağ münaqişəsinin sülhlə həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri postunu tutub. 2009-cu ildə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsinə keçib.
Metyu Brayza 2007-ci ilin avqustunda beynəlxalq siyasət üzrə məşhur araşdırmaçı Zeyno Baranla ailə qurub[4].
O, ABŞ-nin Qafqaz və Cənubi Avropa ölkələri ilə əlaqələri sahəsində məsuliyyət daşıyır. O, həmçinin Gürcüstandakı Abxaziya və Cənubi Osetiya separatçı münaqişələrinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün ABŞ cəhdlərini irəli sürür və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına irəli çəkilmısi üçün Avrasiya münaqişələri üçün xüsusi danışıqlarda işləyir[5].
ABŞ prezidenti Barak Obama Brayzanı Azərbaycana səfir postuna 2010-cu il dekabrın 29-da təyin edib[6]. Metyu Brayza Azərbaycanda səfir kimi fəaliyyətini 2012-ci ilin yanvarın 3-də tamamlayaraq öz ölkəsinə geri dönüb.[7] 2012-ci ilin martın 1-də Meytu Brayza Estoniyada yerləşən Müdafiə Məsələləri üzrə Beynəlxalq Mərkəzin (ICDS) direktoru təyin edilib. Brayza akademik işlərin koordinasiyası və istiqamətləri ilə yanaşı, mərkəzin ümumi işlərinə də rəhbərlik edəcək.[8]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://ballardpartners.com/the-team/matthew-bryza/.
- ↑ 1 2 https://2001-2009.state.gov/p/eur/rls/or/48913.htm. 2008.
- ↑ ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlərə dair ümumi tarixi arayış Arxivləşdirilib 2017-05-26 at the Wayback Machine. lib.aliyevheritage.org, 31.01.2009 (az.)
- ↑ METYU BRAYZA[ölü keçid]
- ↑ "Metyu Brayza ABŞ-nin Azərbaycanda səfiri vəzifəsinə namizəd oldu". 2010-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-26.
- ↑ AZƏRBAYCANA SƏFİR GÖNDƏRİLƏN METYU BRAYZA DÖVLƏT DEPARTAMENTİNDƏ AND İÇDİ[ölü keçid]
- ↑ "ABŞ səfirliyi". 2013-02-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-25.
- ↑ "Metyu Brayza yeni təyinat alıb". 2012-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-25.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |