Mikelancelo
Mikelancelo | |
---|---|
Doğum adı | Michelangelo di Lodovico Buonarroti Simoni |
Doğum tarixi | 6 mart 1475[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 18 fevral 1564[3][1][…] (89 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | heykəltaraş, memarlıq çertyojçusu[d], rəssam, memar, şair, mühəndis, yazıçı, vizual incəsənət rəssamı |
Təhsili | |
Stillər | Yüksək İntibah[7] |
Tanınmış işləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Mikelancelo Buonarroti (it. Michelangelo di Lodovico di Leonardo di Buonarroti Simoni; 6 mart 1475[1][2][…], Kapreze-Mikelancelo[d], Florensiya Respublikası[5][6] – 18 fevral 1564[3][1][…], Roma, Papa dövləti[5][7][…]) — italyan heykəltaraşı, rəssam, memar və şair. İntibah dövrü mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri.[8]
Həyatı
[redaktə | mənbəni redaktə et]Mikelancelo Buonarroti 6 mart 1475-ci ildə müflisləşmiş zadəgan Lyudovik Buonarottinin ailəsində anadan olmuşdur.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Kapreze şəhər hakiminin oğlu olan Mikelancelo rəssam C. Girlandayo (1488–1489) və heykəltaraş Bertoldo di Covannidən (1489–1490) dərs almışdır. Yaradıcılığının inkişafına Cotto, Donatello, Mazaççonun, eləcə də antik heykəltaraşlığın böyük təsiri olmuşdur. İlk əsərləri — "Madonna pilləkən yanında", "Kentavrların döyüşü", hər ikisi mərmər, təqr. 1490–1492.
Mikelancelo yaradıcılığının başlıca cəhətləri — obrazların monumentallığı, plastik gücü və dramatizmi, insanpərvərlik hissləri bütün təfərrüatı ilə özünü büruzə verir. Romada olarkən yaratdığı "İsa üzərində ağlaşma" ("Pyeta", 1498–1501) heykəli Mikelancelo üslubunun püxtələşdiyini göstərir. Dərin mənalı bu əsərin əsas ideyası əsl insani kədər, övlada məhəbbət kimi nəcib hisslərin tərənnümüdür.
Mikelancelo 1501-ci ildə Florensiyaya qayıtmış, qəddar Mediçilərin hökmranlığına son qoymuş respublika vətəndaşlarının qəhrəmanlığını təcəssüm etdirən simvolik əsərlər üzərində işləmişdir (5 m-lik "David" heykəli, mərmər, 1501–1504). 1505-ci ildə Papa II Yuli Mikelancelonu Romaya çağırmış və ona özünün məqbərəsini yaratmağı tapşırmışdı. Məqbərə həcmi, əzəməti, gözəlliyi baxımından dünyada yeganə və nadir sənət əsəri olmalı idi. Məqbərənin layihələri tez-tez dəyişdirildiyindən onun inşası yalnız 1545-ci ildə başa çatdırılmışdı. Mikelancelo məqbərə üçün nəzərdə tutulmuş bir sıra heykəllər yaratmışdır ("Musa", 1515–1516; "Üsyankar qul" və "Canverən qul", hər ikisi 1513–1516). Mikelancelonun ən möhtəşəm və əzəmətli rəngkarlıq əsəri Vatikandakı Sikstin kapellası tavanının (plafon) freskalarıdır (1508–1512). Tavanın mərkəzində doqquz düzbucaqlı lövhə, onların ətrafında 20 çılpaq gənc fiquru, mərmər taxtlarda oturmuş 7 müdrik peyğəmbərin və 5 sivillanın surətləri, həmçinin dramatik məzmunlu kompozisiyalar ("İşığın zülmətdən ayrılması", "Günəşin, ayın və bitkilərin yaradılması", "Torpağın sudan ayrılması", "Adəmin yaradılması", "Həvvanın yaradılması", "Günahkarlıq və cənnətdan qovulma", "Nuhun qurbanı", "Dünya daşqını" və s.) yerləşdirilmişdir.
Ümumiyyətlə kapellanın 18 m hündürlükdə olan plafonunda 343 insan fiquru təsvir edilmişdir. 1520-ci illərdə Mikelancelonun həyata münasibətində bədbinlik yaranmış, bu da onun Florensiyada San-Lorenso kilsəsində yaratdığı məşhur Mediçilərin sərdabası (1520–1534) heykəltaraşlıq və memarlıq ansamblında əksini tapmışdır. Mikelancelo 1534 ildə həmişəlik Romaya köçmüş, Sikstin kapellasının mehrabında "Məhşər günü" adlı monumental freska üzərində işləmişdir (1536–1541).
Mikelancelo təqr. 1537–1538-ci illərdə "Brut" büst-heykəlini, 1542–1550-ci illərdə Romada Paolina kapellasının freskalarını, 1550–1555-ci illərdə isə öz qəbirüstü abidəsi üçün nəzərdə tutduğu "İsa üzərində ağlaşma" ("Pyeta") adlı dördfiqurlu heykəl yaratmışdır.
Mikelancelo memarlıq sahəsində
[redaktə | mənbəni redaktə et]Mikelancelonun memarlıq sahəsindəki fəaliyyəti də diqqətəlayiqdir. O, 1546 ildən Romadakı Müqəddəs Pyotr baş kilsəsinin layihəsi üzərində işləmiş, onun mehrab hissəsini klassik memarlıq orderləri sistemi üzrə möhtəşəm dinamik formalarda həll etmişdir. Mikelancelo Renessans dövrü memarlığında monumental ansambl probleminin həlli sahəsində ilk təşəbbüs göstərərək Kapitoli meydanını layihələşdirmişdir.
Mikelancelo poeziyası
[redaktə | mənbəni redaktə et]Mikelancelo qoca yaşlarında poeziyaya daha çox maraq göstərmiş, əsasən madriqal və sonetlər yazmışdır. Sağlığında şerləri dərc olunmamışdı. İlk "Şerlər" kitabı 1623-cü ildə nəşr edilmişdir (D. Şostakoviç Mikelancelonun sözlərinə vokal süita yazmışdır). Mikelancelo yaradıcılığı insan şəxsiyyətinə pərəstiş, insanın böyüklüyünə və gözəlliyinə inam hissləri ilə aşılanmışdır.
Əsərləri
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Dussler L., Girardi E. N. BUONARROTI, Michelangelo // Dizionario Biografico degli Italiani (it.). 1972. Vol. 15.
- ↑ 1 2 BeWeB.
- ↑ 1 2 Arkitekter verksamma i Sverige. 2014.
- ↑ 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
- ↑ 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
- ↑ 1 2 The Fine Art Archive.
- ↑ 1 2 3 Artnet. 1998.
- ↑ "Samirə Mir-Bağırzadə. İncəsənət tarixi. Dərslik. Bakı, MSA, 2012. 116 səh" (PDF). 2022-06-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-10-29.