Mil Mi-8
Mil Mi-8 | |
---|---|
Tipi | vertolyot |
Hazırlayan | Mil Moskva Helikopter Zavodu |
İstehsalçı | Mil Moskva Helikopter Zavodu, Kazan Vertolyot Zavodu, Ulan-Ude Aviasiya Zavodu |
Baş konstruktor | Mixail Mil |
İlk uçuş | 7 iyul 1961 |
İstismara verilmə tarixi | 1965 |
İstismarçılar | |
Buraxılış sayı | 12.000[3] |
Vikianbarda əlaqəli mediafayllar |
Mil Mi-8 (rus. Ми-8, NATO kod adı: Hip) Sovet İttifaqı tərəfindən dizayn olunmuş, hazırda Rusiya tərəfindən istehsalı davam etdirilən çoxməqsədli helikopterdir. Əsasən nəqliyyat helikopteri kimi istifadə olunmasına baxmayaraq, desantlaşma, kəşfiyyat və zirehli döyüş helikopteri kimi də istismar oluna bilir. Mi-8 helikopteri hazırda dünyada ən çox istehsal olunmuş helikopter hesab olunur.[4] 2015-ci ildə qeydə alınmış hesablamalara əsasən hərbi əməliyyatlar tarixində ən çox istifadə olunan üçüncü helikopterdir.[5] 92 ölkədə 5 mindən çox Mi-8/17 helikopteri qeydiyyata alınıb. Bu baxımdan, Mi-8 helikopterləri tarixin ən kütləvi istehsal edilən helikopterlərindən biri sayılır. 1991-ci ildən etibarən xarici müştərilər 1500-dən çox helikopter ilə təmin olunub.
Xalq arasında Mi-8 “Kolya” ya da “Mikolka” ləqəbi alıb. İlk uçuşu 1961-ci il iyunun 24-də icra edilib. 1965-ci ildən istismar edilir, 12 mindən çox sayda istehsal olunub.
Bu helikopter hər biri 2000 at gücündə olan iki mühərrik ilə təchiz edilib. 270 km/saat sürətlə uça bilir. Mi-8 ailəsinin ilk nümayəndələri Vyetnam müharibəsindən bəri son 40 ilin bütün münaqişələrində özlərini layiqincə təmsil edə biliblər.
Mi-8MT, Mi-17, Mi-171 mülki və hərbi məqsədlər üçün əhəmiyyətli dərəcədə təkmilləşdirilən versiyaları da daxil olmaqla Mi-8-in 130-dan çox versiyası istehsal olunub. Ən məşhur modeli isə Mi-17-1B-dir. Bu helikopterlərin 90% -i ixrac olunur. Bu model müxtəlif avadanlıqlara malik ola bilər. Rusiya və MDB ölkələri üçün Mi-171Ş modeli məşhurdur. 2016-cı ildən etibarən Rusiya qoşunları Arktika şəraitində çalışmaq üçün Mi-8AMTŞ-VA modifikasiyalı Mi-8 alırlar.
Beynəlxalq Uçuş Analitik Mərkəzinin hesabatına (Dünyanın hərbi-hava qüvvələrinin inkişaf perspektivlərinə həsr olunmuş) görə, 2015-ci ilin sonunda dünyada Mi-8/17 helikopterlərinin təxminən sayı 2555 ədəddir. Bu isə dünya helikopter parkının 13% -ni təşkil edir.[6]
Taktiki-texniki xüsusiyyətləri (Mi-8T)
[redaktə | mənbəni redaktə et]Ümumi parametrləri
[redaktə | mənbəni redaktə et]- Ekipaj: 3 nəfər
- Tutumu: 26 nəfər sərnişin və ya 12 xərək[7]
- Uzunluğu: 18.17 m
- Rotor diametri: 21.29 m
- Hündürlüyü: 5.65 m
- Boş çəki: 7,260 kq
- Yüklü çəki: 11,100 kq
- Maksimal qalxma ağırlığı: 13,000 kq
- Maksimal yanacaq tutumu: 3,700 litr
- Güc təminatçısı: 2 × Klimov TV3-117Mt mühərrik (hər biri 1,454 kVt gücündə)
Uçuş keyfiyyətləri
[redaktə | mənbəni redaktə et]- Maksimum sürət: 260 km/s
- Maksimal uçuş məsafəsi: 610 km
- Uçuş tavanı: 4,500 m[7]
Silahlanma
[redaktə | mənbəni redaktə et]- 4,000 kq ağırlığında silah texnikası daşıya bilər (57 mm çaplı S-5 raketləri, 2K8 Falanqa TƏİR daxil olmaqla)[7]
Qəzalar
[redaktə | mənbəni redaktə et]- 2019-cu il mayın 29-u Ukraynanın Rovenskaya vilayətinin Radivilovsk rayonunun Sestryatin kəndi yaxınlığında Mİ-8 hərbi helikopteri qəzaya uğrayıb. Qəza zamanı ekipajın dörd üzvü və Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının aviasiya briqadasının 16-cı bölməsinin komandiri ölüb.[8]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 World Air Forces 2014. 2014.
- ↑ 1 2 3 4 5 World Air Forces 2008. 2008.
- ↑ http://www.aex.ru/news/2014/5/23/120575/.
- ↑ John Pike. "Mi-8 HIP (MIL)". 2014-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2017.
- ↑ "Strength in numbers: The World's Top 10 military aircraft types". www.flightglobal.com. Reed Business Information Limited. 9 yanvar 2015. 2015-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2017.
- ↑ "Arxivlənmiş surət". 2019-06-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-23.
- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2018-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-03.
- ↑ "Ukraynada hərbi helikopter qəzaya uğradı". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-30.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Specification and technical description at milhelicopter.com Arxivləşdirilib 2017-10-24 at the Wayback Machine
- Mi-8/Mi-17 section at aviation.ru Arxivləşdirilib 2006-05-14 at the Wayback Machine
- Mi-8 walkaround from Lutzk and Mi-8PPA walkaround on ScaleModels.ru
- Mi-8 and Mi-17 helicopters in China Arxivləşdirilib 2014-10-08 at the Wayback Machine