Milli kitab mükafatı (ABŞ)
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Milli kitab mükafatı — Amerika Birləşmiş Ştatlarında ədəbiyyat üzrə illik təqdim olunan mükafatlar toplusudur. Hər noyabr ayında keçirilən yekun Milli kitab mükafatı mərasimində Milli Kitab Fondu yazarlara bir MKM ( BA) və həyatboyu əldə olunmuş nəaliyyətlər üzrə iki mükafat təqdim edir.
Milli kitab mükafatı 1936-cı ildə Amerika Kitabsatıcıları Assosiasiyası (American Booksellers Association) tərəfindən tərtib olunub, İkinci dünya müharibəsi dövründə fəaliyyəti dayandırılmış və 1950-ci ildə üç kitab sənayesi tərəfindən yenidən bərpa edilib. ABŞ-dən olmayan müəlliflər müharibədən əvvəlki dövr mükafatlarına namizəd ola bilirdilər. İndi bu mükafatlar yalniz il ərzində ABŞ-də nəşr olunmuş kitablara və ABŞ-dən olan müəlliflərə təqdim olunur.
Qeyri-kommersiya qurumu olan Milli Kitab Fondu 1988-ci ildə Milli kitab mükafatlarını idarə etmək və inkişaf etdirmək məqsədi ilə, həmçinin "təhsil və ədəbiyyat sahələrinə daxil olmaq" üçün yaradılıb. İlk vaxtlar yazıçılar tərəfindən maliyyələşdirilirdi. Fondun əsas məqsədi "ən yaxşı Amerika ədəbiyyatı nümunələrini qeyd etmək, bu ədəbiyyatın auditoriyasını genişləndirmək və Amerikada yaxşı yazı üçün mədəni dəyərləri inkişaf etdirməkdir".