Mirzə Səid xan Gərmərudi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mirzə Səid xan Gərmərudi
1880 – 1883
MonarxNasirəddin şah Qacar
ƏvvəlkiMirzə Hüseyn xan Sipəhsalar
SonrakıMahmud xan Qaragözlü
1853 – 1873
MonarxNasirəddin şah Qacar
ƏvvəlkiMirzə Mohammad Ali-xan Şirazi[fars.]
SonrakıMirzə Hüseyn xan Sipəhsalar
Şəxsi məlumatlar
Doğum tarixi 15 mart 1816(1816-03-15)
Doğum yeri Sərab vilayəti, Gərmərud mahalı, İşıqlı kəndi
Vəfat tarixi 17 noyabr 1883(1883-11-17) (67 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi

Təltifləri Medal "For the Capture of Geok Tepe by Storm"

Mirzə Səid xan Mirzə Süleyman oğlu Gərmərudi (15 mart 1816, İşlaq, Şərqi Azərbaycan ostanı17 noyabr 1883, Tehran) — diplomat, vali.

Mirzə Səid xan Mirzə Süleyman oğlu Sərab vilayətinin Gərmərud mahalının İşıqlı kəndində anadan olmuşdur. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlar dövlətinin tanınmış şəxsiyyətlərindəndir. Mötəmənülmülk ləqəbini daşıyırdı. Onun soyu Xacə Abdulla Ənsariyə çatır. Atası Mirzə Süleyman ibn Mirzə Məhəmmədsəid ibn Mirzə Məhəmmədrza ibn Mirzə Süleyman ibn Mövlanə İshaq ibn Həmdulla Gərmərudun savadlı adamlarından idi.

Mirzə Səid xan Gərmərudi 1853-cü ildə İranın Xarici işlər naziri vəzifəsinə təyin olunmuşdu. 1869-cu ildə Gilan əyalətinə vali göndərilmişdi. 1870-ci ildə təkrar Xarici işlər naziri vəzifəsinə qaytarılmışdı.

Mirzə Səid xan Gərmərudi 1873-cü ildə Xorasan əyalətinə, Məşhəd şəhərinə İmam Rza hərəminə (məqbərəsinə) mütəvəlli göndərilmişdi.

Mirzə Səid xan Gərmərudi 1879-cu ildə üçüncü dəfə Xarici işlər naziri vəzifəsinə qaytarılmışdı.

Mirzə Səid xan Gərmərudi 1883-cü ildə vəfat edib.

Mirzə Səid xanın Mustafa xan adlı oğlu vardı.

  • Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
  • Ənvər Çingizoğlu, Ənsarilər, Bakı, "Mütərcim", 2012. 334 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]