Montessori təlimi
Montessori təlimi (it. Metodo Montessori) — italiyalı pedaqoq Mariya Montessori tərəfindən yaradılan tədris metodikası.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]26 yaşında İtaliyanın ilk qadın həkimi olan Montessori 1896-cı ildə universitet xəstəxanasında (San Giovanni Hospital) həkim assistenti kimi işləməyə başlayır və ilk dəfə olaraq əqli geriliyi olan uşaqlarla qarşılaşır. Uşaqlar boş otaqlarda saxlanılırdı, onlarla demək olar ki, ünsiyyət qurulmurdu, oyuncaq və kitabları yox idi.
Bir dəfə Mariya qəribə bir hadisənin şahidi olur: nahardan sonra uşaqlar çörək qabığı tapırlar və onu əzirlər. Çörək qabığı onların yeganə oyuncağı idi. Bundan təsirlənən Mariya onlara sadə əşyalar – qutular, parçalar gətirməyə başlayır, tez bir zamanda uşaqların davranışında müsbətə doğru dəyişiklik müşahidə olunur. Beləliklə, Mariya Montessorinin metodikasının əsas ideyası yaranır: istər normal, istərsə də əqli geriliyi olan uşaqların ətraf aləmi anlaması üçün onlara inkişaf etdirici mühit lazımdır.
Mariya Montessori pedaqogika, psixologiya və antropologiyanı tədqiq etməyə başlayır, fransız psixoloqları Qaspar İtard (fransız həkimi) və Eduard Segenin (fransız psixiatrı) əsərlərini oxuyur, Jan Piaje (isveçrəli psixoloq və filosof), Anna Freyd (Britaniya psixoloqu Ziqmund Freydin kiçik qızı) ilə müzakirələr edir, müşahidələr və təcrübələr aparır, nəticələrin üzərində düşünür. Tədqiqatları və mütaliələri əsasında belə qərara gəlir ki, əqli geriliyi olan uşaqlar tibdən daha çox, pedaqogikanın problemidir, bu səbəbdən də onlarla xəstəxanada deyil, məktəbdə məşğul olmaq lazımdır. Beləliklə, 1907-ci il yanvarın 6-da ilk Montessori məktəbi açılır. Bu, Roma ətrafında San-Lorensoda fəaliyyət göstərən Casa dei Bambini olur.[3]
Mariya Montessori ömrünün neçə ilini uşaqlarla bağlı təlim-tərbiyə metodlarını araşdırmaq və yaratmaq üçün sərf etmiş, minlərlə pedaqoq yetişdirmişdir. Uşaqlara göstərdiyi inanılmaz təsiri nəticəsində bu təlim geniş tətbiq edilməyə başladı. Getdikcə Amerika və Avropada yayıldı. Bu metod ən çox Hollandiyada tətbiq edilir. İkinci Dünya Müharibəsi ərəfəsində isə Montessori siyasətə boyun əymədiyi üçün qadağan edilir. Bu səbəbdən o, müharibə bitənədək Hindistanda yaşayır və orda oğlu ilə birlikdə minə yaxın montessori-pedaqoq yetişdirir.
Zamanla Montessorinin davamçıları sistemə uyğun olaraq onu daha da işləyib təkmilləşdirdilər. İndi bu təlim dünyada geniş yayılıb. Autizmli və digər problemi olanlarla yanaşı sağlam uşaqlara da tətbiq edildikdə inanılmaz nəticələr əldə edilib. Montessori təlimi şəxsiyyət yetişdirməkdə hələ ki, ən mükəmməl və yeganə təlimdir.
Təlim haqqında
[redaktə | mənbəni redaktə et]Bu təlim sistemini uşağlara gələcəkdə bir şəxsiyyət kimi formalaşmağa çox yardımçı olur. Uşağa özünü tanımaq, sərbəst şəkildə özünü idarə etmək, qərar vermək, yaşadığı çevrəyə hörmət etmək, danışaraq problemi həll etmək, özündən böyükləri izləyib kiçiklərə nümunə olmaq və s. kimi müsbət keyfiyyətlər aşılanır. Uşaqlar bu sistemdə səbrli və diqqətli olmağı öyrənir.
Adətən biz uşaqlarla söhbət edəndə, ayaq üstəyiksə, yuxarıdan aşağı baxaraq danışırıq. Bu zaman o, özünü kiçik kimi tanıyır. Amma montessoridə uşaqla söhbət edəndə onun boyu bərabərinə enib, oturub söhbət edirsən. Bu da onun özünü qarşısındakı səviyyəsində hiss etməsinə şərait yaradır. Özünəinamı artır. Uşaqlar “Sən bunu düz etmədin” deyəndə xoşlamırlar. Montessori isə müəllim və ya bu sistemi bilən hər bir anaya bu sözləri işlətməyə icazə vermir. Səhv olduqda sakitcə dayanır ki, uşaq özü öz səhvini tapsın. Bununla da uşaq kəşf edərək öyrənir. Sadəcə ana və ya müəllim istiqamətverici rol oynayır. Bir işi düzgün edəndə də “afərin” demirik, deyirik “yaxşıdı, amma sən bundan da gözəl edə bilərsən”. Bununla daxili intizamı artır.
Dərslər keçirilən otaq, ortam tam sakit olur. Çünki heç olmasa 1 ay bu təlimi keçən uşaq özü sakitliyə riayət edir, dostlarına mane olmur. Bununla da ortam tam sakit olur. Baxanda montessori otağındakı vəsaitlər oyuncağı xatırladır. Amma əslində onların hər biri çalışmadı.
5 bölməli olur montessori:[4]
- Günlük yaşam
- Duyğu
- Riyaziyyat
- Nitqin inkişafı
- Kosmik təlim
Riyaziyyat bölməsində təlim keçən 5 yaşlı uşaq artıq 4 rəqəmli çalışmanı toplaya, çıxa, vura, bölə bilir və yaxud günlük yaşam bölməsində ətrafımızda gördüyümüz hər bir avadanlıqla uşaq sərbəst rəftar edə bilir. Qapını səliqə ilə örtmək, stulu səliqə ilə çəkib oturmaq, stolun tozunu astadan almaq, burnunu sərbəst şəkildə silmək, gülləri sulamaq və s. Bununla bərabər duyğu bölməsində uşaq gözü yumulu nəyinsə materialını hiss edib adını deyir, bu da onun əzələ və duyğusunu güclü inkişaf etməsinə gətirib çıxarır. Bu sistemdə uşağa cəza və mükafat vermək qəti qadağandır.
Montessori təkcə sağlam deyil, əngəlli uşaqları da düşünüb. Əsasən də, hiperaktiv, daun sindromlu uşaqların diqqəti üçündü bu sistem. Montessori karlar üçün 6-cı duyumu da yaratmışdır: bu, əzələ hafizəsidir. Toxunur bir şeyə, əzələ hafizəsi ilə cavab verir.
Bu sistem gələcəyin yetişdirəcəyi şəxsin modelini sanki qabaqcadan yaradır. Uşağa sadəcə istiqamət verilir. Elə o sərbəstliyi sayəsində özünü tanıyır üzə çıxarır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ (ing.) "What are phonograms and how they are taught to children" Arxivləşdirilib 2014-03-26 at the Wayback Machine. The Montessorian wordpress. 26 Mart 2014.
- ↑ (ing.) "AMI School Standards" Arxivləşdirilib 2010-11-04 at the Wayback Machine. Association Montessori Internationale-USA (AMI-USA). 2011-04-22
- ↑ Kramer, 112
- ↑ (ing.) "The Montessori Preschool Program" Arxivləşdirilib 2016-03-12 at the Wayback Machine. North American Montessori Teachers Association. 2011-04-25.