Muradımov vadisi
Muradımov vadisi | |
---|---|
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 23586 hektar |
Yaradılma tarixi | 23 yanvar 1998 |
Yerləşməsi | |
52°35′ şm. e. 56°53′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
muradym.ru | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Muradımov vadisi — Başqırdıstan Respublikası ərazisində yerləşən təbiət parkı. Başqırdıstan Respublikası Nazirlər Kabinetinin «„Muradımov vadisi“ təbiət parkı haqqında» 10 saylı 23 yanvar 1998-ci il qərarı ilə təşkil olunmuşdur. Çayın axdığı ərazilərdə əhəng daşı suxurlarının olduğundan dfərənin dərinliyi bəzən 100 metrə çatır. Geoloji tədqiqatlar üçün mükəmməl çılpaq qayalar əlçatandır.
Respublikanın cənub-şərq hissəsindən və Çelyabinsk vilayətindən parka Maqnitoqorsk — Sibay — Baymak — Zilayir — Mrakovo — Təbiət parkı avtomobil xətti ilə gəlmək mümkündür.
Orenburqun yaxın rayonlarından Orenburq — Kumertau — Mrakovo, Tyulpan — Nazarkino — Mrakovo, Saraktaş — İsyakul — Mrakovo avtomagistralları ilə gəlçmək mümkündür.
Mrakovodan Muradımova qədər məsafə 22 km-dir. Yol çınqılı örtüyə sahibdir.
Geologiya və relyef
[redaktə | mənbəni redaktə et]Parkın ərazisini əhatə edən ərazinin inkişaf tarixi uzun və mürəkkəbdir. Bölgə relyefinin formlaşmasına daha çox geoloji proseslər təsir göstərmişdir.
İqlimi
[redaktə | mənbəni redaktə et]Parkın iqlimi mülayim qurşağın kontinental tipinə xassdır. Parkın iqlimi orta dərəcədə isti və yaxşı nəmlənmişdir. Qış dönəmində adətən onun üzərində mərkəzi-asiya antisiklonu hakim olur. Bu isə adətən bölgəyə soyuq hava gətirir. Qarın yerdə qalması oktyabrdan müşahidə edilir. Sərtləşmə isə adədən dekabrdan başlayır. Qar yerdə aprel ayının 2-3-cü rübünə qədər qalır. Ancaq şimal ətəklərdə qarın yerdə qalma müddəti may ayına qədər çəkə bilir. Ən çox yağıntı yaz aylarında, xüsusi ilə mayda düşür. Kəsnik temperatur enişləri oktyabrdan müşahidə edilir. Temperaturun mənfiyə enişi isə noyabrdan geri dönməz hall alır.
Flora
[redaktə | mənbəni redaktə et]Park ərazisində 130 növ meşə, 68 növ çöl və 63 növ çəmən bitkisi vardır. Onun ərazisində olan 45 növ bitki «Başqırdıstan MSSR Qırmızı kitabına» (1987) daxil edilmişdir. Bu isə Respublikanın nadir bitkilərinin 25 %-nin park ərazisində olması anlamına gəlir. Burada oolan birtkilərdən 11 növ endemik, 17 növ isə relikdir.
Fauna
[redaktə | mənbəni redaktə et]Muradımov vadisi təbiət parkının faunası qarışıq və enliyarpaq meşələr zonası üçün xarakterikdir. Burada məməlilərdən 40 növ müşahidə edilir. Onlardan 25 növ ov əhəmiyyətlidir — qonur ayı, adi canavar, tülkü, vaşaq, porsuq, meşə dələsi, adi gəlincik, sincab, burunduk, Çöldonuzu, sığın və cüyür.
Parkın quşlar aləmi olduqca zəngindir burada 122 növ quş müşahidə edilir. Sürünənlərinin sayı dörddür. Park ərazisində 5 növ suda=-quruda yaşayan yayılmışdır. Quşlar aləmindən 30 növ Ümumdünya Qırmızı kitabına salınmışdır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- "Официальный сайт природного парка «Мурадымовское Ущелье»" (rus). 2012-05-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 01 марта 2012.
- "Статья про природный парк «Мурадымовское Ущелье» на сайте проекта "Наш Урал"" (rus). 2012-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01 марта 2012.
- "Фотографии на сайте Баштурист" (rus). 2012-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01 марта 2012.
- Təsvir və foto
- Muradımov vadisinə virtual səyahət Arxivləşdirilib 2017-01-18 at the Wayback Machine