Natali Luazo
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Natali Luazo | |
---|---|
fr. Nathalie Loiseau | |
| |
direktor[d] () | |
3 oktyabr 2012 – 21 iyun 2017 | |
Avropa Parlamentinin deputatı[d] | |
Vəzifədədir | |
2 iyul 2019-cu ildən | |
Avropa Parlamentinin deputatı[d] | |
Vəzifədədir | |
16 iyul 2024-cü ildən | |
Şəxsi məlumatlar | |
Doğum adı | Nathalie Ducoulombier[4] |
Doğum tarixi | 1 iyun 1964[1][2][…] (60 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, diplomat |
Uşağı | 4 |
nathalieloiseau.medium.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Natali Luazo (fr. Nathalie Loiseau; 1 iyun 1964[1][2][…], Nöyi-sür-Sen) — Fransa diplomatı və siyasətçisi, Fransa Xarici İşlər naziri yanında Avropa işləri üzrə məsul nazir (2017–2019).
Həyatı
[redaktə | mənbəni redaktə et]Natalie Dükulombye adı ilə anadan olmuşdur.[5]
O, Siyasi Araşdırmalar İnstitutunu və Milli Şərq Dilləri və Sivilizasiyaları İnstitutunu bitirmiş, orada Çin dilini öyrənmişdir. 1986–1988-ci illərdə Fransa Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat İdarəsində işləmişdir. 1993–1995-ci illərdə xarici işlər naziri Alen Jüppenin müşaviri, 2002–2005-ci illərdə Fransanın İndoneziya, Seneqal və Mərakeşdəki səfirliklərinin katibi, həmçinin ABŞ-dakı səfirliyin mətbuat katibi olmuşdur. Bundan əlavə, o, Xarici və Avropa İşləri Nazirliyinin Modernləşdirmə İdarəsinin Baş İdarəsində İnsan Resursları üzrə Direktor vəzifəsində çalışmışdır.[6]
2012-ci ildə Loran Fabius yeni Xarici İşlər naziri olmuş və Luazo Xarici İşlər Nazirliyində karyerasını dayandırmışdır. Elə həmin il Milli İdarəçilik Məktəbinin direktoru təyin edilmişdir. O, bu vəzifədə məqsədini gələcək dövlət qulluğu kadrlarının daha çox şaxələndirilməsinə nail olmaq olduğunu bəyan etmişdir. Xüsusilə, 2014-cü ilə qədər tələbələr arasında qadınların nisbəti ilk dəfə olaraq 45%-ə çatmışdır.[7]
Təltif və mükafatlar
[redaktə | mənbəni redaktə et]- "Fəxri legion" ordeni (13 iyul 2010)[8]
- "Xidmətlərə görə" ordeni[9]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Nathalie Loiseau // BD Gest' (fr.).
- ↑ 1 2 Nathalie Loiseau // GeneaStar.
- ↑ 1 2 3 4 http://www.letudiant.fr/educpros/personnalites/Nathalie-LOISEAU-892.html.
- ↑ http://www.lesbiographies.com/Biographie/loiseau-nathalie,47647.
- ↑ "Nathalie Loiseau" (fransız). lesbiographies.com. 2017-06-27. 2019-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-16.
- ↑ "Nathalie Loiseau nommée ministre chargée des Affaires européennes" (fransız). Liberation. 2017-06-21. 2017-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-16.
- ↑ Marianne Gomez et Denis Peiron. "Nathalie Loiseau, une féministe catholique au Quai d'Orsay" (fransız). La Croix. 2017-06-25. 2017-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-16.
- ↑ "Décret du 13 juillet 2010 portant promotion et nomination". JORF n°0161 du 14 juillet 2010 page 13049 texte n° 4 (fransız). legifrance.gouv.fr. 2010-07-14. 2017-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-16.
- ↑ Esther Paolini. "Nathalie Loiseau, de l'ENA aux Affaires européennes" (fransız). le Figaro. 2017-06-21. 2017-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-16.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Nathalie Loiseau" (fransız). Правительство Франции. İstifadə tarixi: 2017-07-16.