Nikolay Beketov
Nikolay Beketov | |
---|---|
Doğum tarixi | 13 yanvar 1827[1] |
Doğum yeri | |
Vəfat tarixi | 13 dekabr 1911[1] (84 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Elm sahəsi | fiziki kimya |
Elmi dərəcələri |
|
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Nikolay Nikolayeviç Beketov (13 yanvar 1827[1], Sankt-Peterburq – 13 dekabr 1911[1], Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası[3]) – rus kimyaçısı, fiziki kimyanın qurucularından biri
Həyatı[4]
[redaktə | mənbəni redaktə et]Nikolay Nikolayeviç Beketov Penza əyalətinin Yeni Beketovka kəndində anadan olmuşdur. 1-ci Peterburq Gimnaziyasında təhsil almışdır; 1844-cü ildə Sankt-Peterburq Universitetinə daxil olmuş, lakin üçüncü kürsdan Qazan Universitetinə keçmiş və 1849-cu ildə oranı bitirmişdi. 1849–1853-cü illərdə Beketov Sankt-Peterburqda Tibbi Cərrahiyə Akademiyasında N. N. Zininin kimya laboratoriyasında çalışmışdı. 1854-cü ildə Beketov kimya üzrə magistr dərəcəsi almış, 1855-ci ildə Xarkov Universitetinin kimya kafedrasına köməkçi təyin olunmuş və 1859-cu ildə isə orada kimya professoru olmuşdu. Xarkovda Beketov 1886-cı ildə Sankt-Peterburq Elmlər Akademiyasının akademiki seçilənədək işləmişdi. 1886-cı ildə Beketov Sankt-Peterburq şəhərinə köçmüş, orada kimya laboratoriyasında çalışmış və ali qadın kurslarında dərs demişdi. 1890-cı ildə o, Moskva Universitetində "Termokimyanın əsas prinsipləri" kursu üzrə mühazirə oxumuşdu. Beketov bir neçə dəfə Rusiya Fizika-Kimya Cəmiyyətinin (1889–1890, 1896–1897, 1900, 1902, 1903, 1911) prezidenti seçilmişdi.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Elmi fəaliyyətinin əvvəlində Beketov üzvi kimya sahəsində çalışmışdı. Zininlə birlikdə o, üzvi maddələrin yüksək temperaturda davranışını araşdırmışdı. 1852-ci ildə o, benzureid və asetureid sintez etmişdi. Beketovun elmi fəaliyyətinin əsas sahəsi o zaman meydana çıxan fiziki kimya olmuşdu. 1865-ci ildə Beketov reaksiyaların istiqamətinin reagentlərin vəziyyəti və xarici şəraitdən asılılığı ilə bağlı bir sıra nəzəri müddəalar irəli sürmüşdü. O, hidrogenin təzyiq altında metalları onların duz məhlullarından sıxışdırması faktını aşkar etmiş, yüksək temperaturda maqnezium və sinkin digər metalları onların duz məhlullarından sıxışdırıb çıxardığını müəyyən etmişdi. Beketov termokimyəvi laboratoriyalar yaratmış və orada tələbələri ilə birgə kimyəvi yaxınlıq məsələsini araşdırmışdı. Beketov qələvi metalların oksidləri və xloridlərinin əmələgəlmə istiliyini təyin etmiş, ilk dəfə olaraq 1870-ci ildə qələvi metalların susuz oksidlərini ala bilmişdi. 1859–1865-ci illərdə o göstərmişdi ki, yüksək temperaturda alüminium bir çox metalları onların oksidlərindən reduksiya edir. Daha sonra bu təcrübələr alüminotermiyanın yaranmasına səbəb olmuşdu Beketovun böyük xidməti fiziki kimyanın müstəqil elmi və tədris fənni kimi inkişaf etdirməsi olmuşdu. 1860-cı ildə Xarkovda Beketov "Fiziki və kimyəvi hadisələrin öz aralarında münasibəti", 1865-ci ildə isə" Fiziki kimya "kursu üzrə mühazirələr oxumuşdu. 1864-cü ildə Beketovun təklifi ilə fiziki-kimya kafedrası yaradılmışdı. Burada fiziki kimya üzrə mühazirələrlə yanaşı praktiki dərslər keçirilmiş və fiziki-kimyəvi tədqiqatlar aparılmışdı.
Mənbələr
[redaktə | mənbəni redaktə et]- Волков В.А., Вонский Е.В., Кузнецова Г.И. Выдающиеся химики мира. – М.: ВШ, 1991. 656 с.
- Большая советская энциклопедия. В 30 тт.
- Энциклопедический словарь. Брокгауз Ф.А., Ефрон И.А. В 86 тт.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 The Fine Art Archive. 2003.
- ↑ 1 2 3 4 Бекетов, Николай Николаевич (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1891. Т. III. С. 339–340.
- ↑ 1 2 Бекетов Николай Николаевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ "Beketov". Gazetteer of Planetary Nomenclature (en inglés). Flagstaff: USGS Astrogeology Research Program.
- 13 yanvarda doğulanlar
- 1827-ci ildə doğulanlar
- Sankt-Peterburqda doğulanlar
- 13 dekabrda vəfat edənlər
- 1911-ci ildə vəfat edənlər
- 84 yaşında vəfat edənlər
- Sankt-Peterburqda vəfat edənlər
- Smolensk qəbiristanlığında dəfn olunanlar
- Elmlər namizədləri
- Moskva Dövlət Universitetinin müəllimləri
- Sankt-Peterburq Dövlət Universitetinin məzunları
- Rusiya Elmlər Akademiyasının üzvləri
- Sankt-Peterburq Elmlər Akademiyasının üzvləri
- Ağ qartal ordeni (Rusiya) kavalerləri
- II dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri
- I dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- III dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri
- II dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- Əlifba sırasına görə alimlər