Nilufər Xatun

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nilüfər Xatun
Holofira
Əri I. Orxanın türbəsindəki məzarı
Əri I. Orxanın türbəsindəki məzarı
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Bursa
Həyat yoldaşı Orxan Qazi
Uşaqları I Murad, Şahzadə Qasım
Partnyoru
Fəaliyyəti əsilzadə

Nilüfər Xatun (XIII əsr, Bizans imperiyasıXIV əsr, Osmanlı imperiyası) — Yarhisar Təkfurunun qızı, Orxan Qazinin xanımı və I Muradın anasıdır.

Əsl adı Holofiradır. Müsəlman olduqdan sonra "Nilüfər" adını almışdır. Orxan Qaziylə evləndirilmədən öncə Biləcik Təkfurunun oğluyla nişanlı idi. Osmanlıların Biləciyi ələ keçirməsi zamanı toy mərasiminə edilən basqınla əsir alındığı və Osman Qazi tərəfindən oğlu Orxan Qazi ilə evləndirildiyi söylənilir. Bursa və ətrafında inşa etdirdiyi məscidlər və elədiyi xeyriyyə işləri ilə xalq tərəfindən çox sevilmişdir. Qəbri Bursadakı Orxan Qazi türbəsinə dəfn edilmişdir. İznikdə öz adını daşıyan bir imarətxanası var.