Nuussuaq yarımadası
Nuussuaq yarımadası | |
---|---|
Yerləşməsi | |
70°25′ şm. e. 52°30′ q. u.HGYO | |
Akvatoriya | Disko boğazı, Baffin dənizi |
Ölkə | Qrenlandiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Nuussuaq yarımadası (dan. Nuussuaq halvø[1]) — Qrenlandiyanın qərbində yerləşən yarımada. İnzibati olaraq Kaasuitsup kommunasına aiddir.
Yarımada Disko körfəzinin (Baffin dənizi) suları ilə yuyulur. Təxminən 180 kilometr körfəz içərisinə uzanır. Eni isə 48 kilometdir. Disko adası yarımadanın cənub-qərbində, Sullorsuaq boğazından təxminən 12 kilometr məsafədə yerləşir. Şimal-şərqdə Uummannak adasından eni 7 kilometr olan Sarkarput boğazı ilə ayrılır. Yarımadanın şimal-şərqi Uummannak fiordu adlı fiyordlar sistemidir.
Nuussuaq yarımadası dağlıqdır. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 2237 metr yüksəkdədir.
Kilakitsokun arxeoloji ərazisi yarımadanın cənub-qərb ucunda tapılmışdır. Qazıntılar nəticəsi insanların 2500–800-cü illərdə burada daimi yaşadıqları göstəririr. Bu mədəniyyət öz adını sakkak olaraq alır.
Bu gün yarımadada Kaarsut (196 nəfər (2010)), Nuussuaq (202 nəfər (2015)) Niakornat (58 nəfər (2010)), Sakkak (188 nəfər (2010)) yaşayış məntəqələri yerləşir. Yarımadadan cənubda Kekertak kəndi (130 nəfər (2010)) və yarımadadan şimal Uummannaq (1282 nəfər (2013)) kəndi adada yerləşir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- "Volcanic development in the Nuussuaq Basin, West Greenland" (danimarka). 2016-06-01 tarixində arxivləşdirilib. на сайте geus.dk
- Джеймс А. Чалмерс, Т. Кристофер Р. Пулвертафт, Кристиан Маркассен, Асгер К. Педерсен. "New structure maps over the Nuussuaq Basin, central West Greenland" (PDF) (ingilis). 2013-02-25 tarixində arxivləşdirilib (PDF). на сайте geus.dk
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Нууссуак" (ingilis). 2016-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.