Odessa kinostudiyası
Odessa kinostudiyası | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Qapalı səhmdar cəmiyyəti |
Sənaye | kino sənayesi |
Məhsulları | film, teleserial, reklam |
Təsis tarixi | 1919 |
Baş qərargahın yeri | Ukrayna→ Frantsuzki bulvar 33, Odessa |
Struktur | |
İşçi sayı |
|
odesafilmstudio.com.ua | |
Vikianbarda əlaqəli mediafayllar |
Odessa kinostudiyası (ukr. Одеська кіностудія художніх фільмів, rus. Одесская киностудия художественных фильмов) — Ukrayna, keçmiş SSRİ, Odessada kinostudiya. Kinostudiyanın 1919-cu ildə əsası qoyulmuş, Rusiya imperiyasında və Sovet İttifaqında ilk studiyalardan biri olmuşdur.
Şirkət, qismən hökumətə məxsusdur və Ukraynanın Dövlət Əmlak Fondu və Mədəniyyət Nazirliyi tərəfindən idarə olunur. Dovjenko Film studiyaları ilə birlikdə ölkədə yeganə dövlət və əsas kino istehsalçısıdır. Studiya Frantsuzki bulvar 33 (Fransız Bulvarı 33), Odessa, Ukrayna ünvanında yerləşir. Onun yaxınlığında daha kiçik bir kinostudiyada House of Mask yerləşir.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Odessa kinostudiyası 23 may 1919-cu ildə Ukrayna SSR-in Odessa Qubernatorluğu İcraiyyə Komitəsinin qərarı ilə Miron Qrossman, Dmitri Xaritonov və Borisov kinostudiyalarının qalıqları əsasında yaradılmışdır. Bu tarix ölkədə ilk dövlət kinostudiyasının yaradıldığı gün idi. Əvvəlcə "Qırmızı Ordunun 41-ci diviziyasının və siyasi idarəsinin siyasi filmlər bölməsi" kimi qeyd edilsə də, burada çəkilmiş ilk bədii film "Hörümçəklər və milçəklər" filmi olmuşdur. Orijinal studiyalar Rusiyada vətəndaş müharibəsi və Ukrayna İstiqlaliyyət müharibəsindən sonra tənəzzülə uğradı, çünki sahibləri siyasi təqibdən qaçaraq mühacirət edirdilər. Qrossmanın "Myrograph" kinostudiyası 1907-ci ildən Odessada fəaliyyət göstərən və Ukraynada qeydə alınan ən qədim kinostudiya idi.
1922-ci ildə "kino bölməsi" ÜmumUkrayna Foto Kino İdarəsinin (VUFKİ) Odessa Kino fabrikinə çevrildi. VUFKİ-nin əsas istehsal müəssisəsi olan Odessa kinostudiyasında geniş təmir işləri aparıldı. Studiya Qərbdə yeni müasir avadanlıqlar aldı. Bu, studiyaya ən müasir texnologiyadan istifadə edərək filmin çəkilişi, işıqlandırılması və emal edilməsinə imkan verdi. 1926-cı ildə Vyaçeslav Levandovski və Deviatk VUFKİ-nin animasiya studiyasını yaratdılar.
1930-cu ildə VUFKİ yenidən "Sayuzkino"nun "Ukrainafilm"inə çevrildi (İttifaq kinosu).[2]
1938–1941-ci illərdə — Odessa kinostudiyası kimi fəaliyyət göstərdi.
İkinci Dünya müharibəsi illərində (Şərq cəbhəsi, 1941–1945) Daşkənd kinostudiyasının tərkibində olub.
1954-cü ildən yenidən Odessada fəaliyyət göstərir.
1955-ci ildə Odessa kinostudiyası öz film istehsalını bərpa etdi. Rejissor Aleksandr Qorki studiyanı canlandırmaq üçün nəinki icazə aldı, həm də VGIK məzunlarını — rejissorları, operatorları, rəssamları və iqtisadçıları, bura dəvət edərək kadr problemini həll etdi. Sonra, illərlə assistent kimi çalışan keçmiş tələbələr tez bir zamanda müstəqil işlər ərsəyə gətirdilər. 1956-cı il noyabrın 26-da Feliks Mironer və Marlen Xutsiyevin "Zareçnaya küçəsində bahar" filmi nümayiş olundu və bu, təkcə studiya üçün deyil, bütün sovet kinosu üçün əlamətdar hadisə oldu.
2005-ci ildən Odessa kinostudiyası QSC-ə (Qapalı səhmdar cəmiyyətə) çevrildi (səhmlərinin əksəriyyəti hökumətə məxsusdur).
Təsviri
[redaktə | mənbəni redaktə et]Studiya şəhərin mərkəzində, Qara dəniz sahilinin yaxınlığında, təxminən 7 hektar (17 akr) ərazini əhatə edir və 600 kvadratmetr (6,500 kvadrat fut), 432 kvadratmetr (4,650 kvadrat fut) və 240 kvadrat metrlik üç pavilyondan ibarətdir. (2,600 kv fut). Studiyanın binasının içərisində başqa bir kinostudiya, Vira Xolodna film studiyası və Odessa Kino məktəbi yerləşir. Odessa kinostudiyasının öz kinoteatrı var, U-Cinema da eyni binada yerləşir.
Studiyanın ərazisində kino tarixi ilə bağlı bir çox maraqlı faktlar haqqında məlumat əldə edə biləcəyiniz Kino Muzeyi vardır. Burada kinonun ixtirasından tutmuş, postmodern, rəqəmsal və avanqarda qədər tarixi materialların şahidi ola bilərsiniz.
2019-cu ildə Ukrayna Milli Bankı Odessa kinostudiyasının 100 illik xatirə sikkələrini buraxıb.[3]
Bundan əlavə, Ukraynanın əsas poçt xidməti Odessa kinostudiyasına həsr olunmuş xüsusi yubiley markası da buraxıb.
Kino muzeyi
[redaktə | mənbəni redaktə et]Odessa kinostudiyasının ərazisində Ukrayna Milli Kinematoqrafçılar İttifaqının Odessa filialının kino muzeyi yerləşir. Muzeydə Odessa Kinostudiyasının mövcud olduğu illər ərzində toplanmış materiallar, film kataloqları, aktyorluq testlərinin fotoalbomları, rejissorlar və prodüserlər haqqında məlumatlar, kino avadanlıqları, kitablar, qəzetlər, kinojurnallar və s. saxlanılır. Ümumilikdə, burada on iki mindən çox "saxlama vahidi" vardır .[4]
Direktorları
[redaktə | mənbəni redaktə et]-
Pyotr Çardınin
-
Kira Muratova
Seçilmiş filmləri
[redaktə | mənbəni redaktə et]Sovet İttifaqı
[redaktə | mənbəni redaktə et]- 1926 Ягідка кохання / Sevginin meyvəsi, rejissoru; Aleksandr Dovjenko (Səssiz film)
- 1926 Вася – реформатор / İslahatçı Vasiya, rejissoru; Aleksandr Dovjenko (Səssiz film)
- 1926 Тарас Трясило / Taras Tryasilo, rejissoru; Pyotr Çardınin (Səssiz film)
- 1926 Тарас Шевченко / Taras Şevçenko, rejissoru;Pyotr Çardınin(Səssiz film)
- 1927 Сумка дипкур'єра / Diplomatik çanta, rejissoru; Aleksandr Dovjenko (Səssiz film)
- 1928 Арсенал / Arsenal, rejissoru; Aleksandr Dovjenko (Səssiz film)
- 1928 Звенигора / Zveniqora, rejissoru; Aleksandr Dovjenko (Səssiz film)
- 1936 Назар Стодоля / Nazar Stodolya, rejissoru; Heorhiy Tasin
- 1941 Таємничий острів / Sirli ada, rejissoru; Eduard Pentslin
- 1957 Орлёнок / Orlyonok, rejissoru; Eduard Nikandroviç Boçarov
- 1967 Короткі зустрічі / Qısa görüşlər, rejissoru; Kira Muratova
- 1978 Д'Артаньян та три мушкетери / D'Artaqnan və Üç Müşketyor, rejissoru; Georgi Yanqvald
- 1979 Пригоди Електроніка / Elektronikin macəraları, rejissoru; Kostiantyn Bromberq
- 1979 Місце зустрічі змінити не можна / Görüş yeri dəyişdirilə bilməz, rejissoru; Stanislav Qovoruxin
- 1982 Трест, що луснув / İtirilmiş güvən, rejissoru; Oleksandr Pavlovski
- 1982 Чарівники / Sehrbazlar, rejissoru; Kostiantin Bromberq
- 1983 Серед сірих каменів / Boz daşlar arasında, rejissoru; Kira Muratova
- 1983 Військово-польовий роман / Müharibə romantikası, rejissoru; Pyotr Todorovski
- 1983 Колесо історії / Wheel of History, rejissoru; Stanislav Klimenko
- 1986 У пошуках капітана Гранта / Kapitan Qrantın axtarışında, rejissoru; Stanislav Qovoruxin
- 1987 Данило — князь Галицький / Danilo — Haliçinalı Knyaz, rejissoru; Yaroslav Lupiy
- 1989 Астенічний синдром / Astenik sindrom, rejissoru; Kira Muratova
Ukrayna
[redaktə | mənbəni redaktə et]- 1991 Чудо в краю забуття / Unudulmuşlar diyarında möcüzə, rejissoru; Natalia Motuzko
- 1999 Як коваль щастя шукав / Dəmirçi xoşbəxtliyi necə axtarırdı, rejissoru;y Radomir Vasilevski
- 2001 На Полі Крові / Akeldama, rejissoru; Yaroslav Lupiy
- 2007 Біля річки / Çayın sahilində, rejissoru; Eva Neymann
Mükafatları
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Творческое Объединение "Маски"". May 16, 2014. 2014-05-16 tarixində arxivləşdirilib.
- ↑ "Kinofest NYC - VUFKU History". kinofestnyc.com. 2017-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-01.
- ↑ "100 років Одеській кіностудії". bank.gov.ua. 2019-05-14 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Тютюненко, Наталия. "Кино по-одесски, или история длиною в 95 лет | Mediasat" (rus). 2014-10-28. 2016-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Димов, В.А. Вся Одесса (1794—1994). М.: Dimoff & Co. 1998. ISBN 0-9684749-2-6.
- Госейко, Любомир. Історія українського кінематографа. 1896—1995. К.: KINO-КОЛО. 2005. ISBN 966-8864-00-X.
- Миславский В. Фактографическая история кино в Украине. 1896–1930. Т. 1. Харьков : "Дім Реклами", 2016. Arxiv surəti 28 iyun 2019 tarixindən Wayback Machine saytında
- Миславский В. Фактографическая история кино в Украине. 1896–1930. Т. 2. Харьков : "Дім Реклами", 2016. Arxiv surəti 28 iyun 2019 tarixindən Wayback Machine saytında
- Миславский В. Фактографическая история кино в Украине. 1896–1930. Т. 3. Ч. 1. Харьков : "Дім Реклами", 2017. Arxiv surəti 28 iyun 2019 tarixindən Wayback Machine saytında
- Миславский В. Фактографическая история кино в Украине. 1896–1930. Т. 3. ч. 2. Харьков : "Дім Реклами", 2017. Arxiv surəti 28 iyun 2019 tarixindən Wayback Machine saytında
- Миславский В. Фактографическая история кино в Украине. 1896–1930. Т. 4. Харьков : "Дім Реклами", 2017. Arxiv surəti 28 iyun 2019 tarixindən Wayback Machine saytında
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- odesafilmstudio.com.ua — Rəsmi saytı
- Non-official website Odesa film studio