Oomycota
Oomycota | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Oomycota |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Oomycota şöbəsi özünəməxsus göbələk qrupu olub, bir çox nişanələrə görə fərqlənirlər.Şöbənin nümayəndələri əsasən iki qamçılı olmaları ilə xarakteriza olunur.Bunlarda biri hərəkət zamanı istifadə olunmur ,digəri isə hərəkətdə fəal iştirak edir .Qamçılardan biri lələkvaridir,digəri isə hamardır.Hüceyrələin divarı sellüloza ilə zəngindir.Ehtiyat qida maddələri isə nişastadır.Bu göbələklərdə lizin sintezi bütün avtootroflarda olduğu kimi diamino pimelin turşusunun köməyi ilə başa çatır. Oomkotanın nümayəndələrində nadir hallarda qlükoza aşkar edilir ki,bu da süd turşusunun köməyi ilə parçalanır. Şöbənin 2 sinfi vardır:
- Oomycetes
- Hyphochytridiomycetes
Çoxalması
[redaktə | mənbəni redaktə et]Oomikota şöbəsinə daxil olan göbələklər müvafiq olaraq həm qeyri-cinsi, həm də cinsi yolla çoxalırlar.
Qeyri-cinsi çoxalması
[redaktə | mənbəni redaktə et]Qeyri-cinsi çoxalma prosesi iki qamçılı zoospor hüceyrələri vasitəsilə həyata keçirilir. Qamçılardan biri zoospor hüceyrəsinin ön hissəsində yerləşib, lələkvari quruluşda, digəri isə hüceyrənin arxa tərəfində yerləşib, hamar səthli və qırmanca oxşayır.Bu şöbənin torpaq üzərində məskunlaşan nümayəndələrində isə qeyri-cinsi çoxalma prosesi əsasən ekzogen sporlarla-yəni, konidilər vasitəsilə ilə gerçəkləşir.
Cinsi çoxalması
[redaktə | mənbəni redaktə et]Cinsi çoxalma ooqamiya tiplidir. Bunlarda qametlərə differensiasiya prosesi getmədiyindən,anteridinin möhtəviyyatı mayalanma çıxıntısı və ya körpücüyü vasitəsilə ooqonidə yerləşən hərəkətsiz yumurta hüceyrəsinə keçir. Bir qrup oomisetlərdə ooqonidə bir neçə yumurta hüceyrəsi yerləşə bilər. [1]
Mənbə
[redaktə | mənbəni redaktə et]- İbrahimov A.Ş. İbtidai bitkilər.Bakı Universiteti ,1993.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ S.M.Cəbrayılzadə. Mikologiya. Bakı. 2011. səh. 324-325.