Osmanlı ordusu
Osmanlı ordusu (osman. اردوي همايون) — Osmanlı imperiyasının rəsmi ordusu. Osmanlı ordusunun tarixi iki əsas dövrə bölünür. Klassik dövr adlanan birinci dövr dövlətin yarandığı 1299-cu ildən XIX əsrin əvvələrinə qədər davam etmişdir. Bu dövrdə əsasən müxtəlif tipli hərbi islahatlar keçirilmişdir. İkinci dövr isə müasir dövr adlanır və bu dövrdə Osmanlı ordusu quru qoşunları, donanma və hava qüvvələri olmaqla üç yerə bölünür.
Quru qoşunları
[redaktə | mənbəni redaktə et]Klassik dövr
[redaktə | mənbəni redaktə et]Osmanlı imperiyasının ordusunun formalaşması zamanı Rum sultanlığı, Elxanilər dövləti və Məmlük dövlətində istifadə olunan hərbi sistemlərdən istifadə olunmuşdur. Osmanlı ordusunda ordu başçısı xaqan adlandırıdı. Piyada və atlılardan təşkil olunmuş hərbi birləşmələr, zamanla müsəllam qoşun növünün tərkibinə qatılmışdır. 1299-cu ildə dövlət yaranarkən Osmanlının paşalarından olan Ələddin Paşa və Qadı Cəndərəli Qara Xəlilin rəhbərliyi ilə türk gənclərindən təşkil olunmuş, hər biri min nəfərlik, iki ordu birləşməsini yaradıldı. II Mehmed yeni hərbi birləşmələrin yaradılmasına çalışırdı. Yeniçərilər II Mehmedin dövründə daha da güclənmiş və sayları artmışdır. Yeniçərilər ləğv olunduğu ilə qədər Osmanlı imperiyasında hər zaman mühüm ünsür hesab olunurdular. Cem Sultan və II Bəyazid arasında baş vermiş hakimiyyət mübarizəsi zamanı, yeniçərilərin II Bəyazidi dəstəkləməsi nəticəsində II Bəyazid həmin mübarizədə qalib gəlmişdir.
Osmanlı imperiyasınının durğunluq dövründə bir çox hərbi birləşmələr ləğv olunmuşdur. Ordu birliklərinin saxlanması əlavə xərc olduğundan müsəllam və voynuk birləşmələri ləğv edilmişdir. Qapıqulu ocağından olan əsgərlərin sayı 1610-cu ildə 40.000 nəfərə qədər yüksəldiyi halda, Timarlı sipahilərin sayı 20.000 nəfərə düşmüşdür. İmperiyada yaşanan durğunluq dövrü ordu hissələrinədə bir başa təsir göstərmişdir. III Murad ordunu durğunluqdan çıxartmaq üçün Avropada aparılan hərbi islahatları öz ordusuna tətbiq etmək istəmişdir. Ancaq III Muradın bir tərəfdən orduda islahatlar keçirmək, digər tərəfdə isə yeniliklərə qarşı gəlməsi səbəbindən III Muradın hərbi islahatları heç bir nəticə verməmişdir. Osmanlı ordusunun zəifləməsinin əsas səbəbilərindən bir neçə bu şəkildə sıralanmışdır.
- III Muradın hakimiyyətə gəlməsindən sonra qapıqulu ocağına hərbi xidmətə yararlı olmayan şəxslər cəlb olunmuşdur.
- Yeniçərilərə evlənmək və ticarətlə məşğul olmaq qadağan olunduğu halda, onlar maddi baxımdan yaxşı təmin olunmadıqlarının əsas gətirərək kütləvi şəkildə ticarətlə məşğul olmağa başlamışdılar.
- İltizam sisteminin genişlənməsi nəticəsində timar torpaq mülkiyyətnin öz əhəmiyyətinin itiriməsi və nəticədə imperiyanın bölgələrində yeni əsgərlərin hazırlanmaması.
- Donanma ilə əlaqəsi olmayan və heç bir dənizçilik bacarığına sahib olmayan şəxslər donanmaya cəlb olunması.
- Avropada silah sənayesində baş verən yeni uğurlardan, Osmanlı imperiyasınını kənarda qalması.
Çağdaş Osmanlı Ordusu
[redaktə | mənbəni redaktə et]Osmanlı Quru Qoşunlarının yenidən təşkilatlandırılması Balkan müharibələrindəki məğlubiyyətdən sonra başlamış, Birinci dünya müharibəsindən əvvəl tamamlanmışdır. Bu təşkilatlanmadan sonra Quru qoşunları Hərbiyənin nəzarətində olan 4 ordu müfəttişliyi şəklində, biri sərbəst 13 ordu korpusu və bunlara bağlı 38 piyada diviziyası(ikisi sərbəst) və 4 atlı diviziyasından ibarət oldu.
Birinci dünya müharibəsi cəbhələrində Osmanlı ordusu
[redaktə | mənbəni redaktə et]- Çanaqqala cəbhəsi: Birinci ordu, Beşinci ordu və vəzifəsi Çanaqqala boğazının(Dardanel boğazı) müdafiəsini təşkil etməkdən ibarət olan Üçüncü ordu korpusu və On beşinci ordu korpusu. Çanaqqala cəbhəsinindən məsul olan Birinci Ordu Qərargahı İstanbulda yerləşirdi və 4 ordu korpusundan ibarətdi. (Dördüncü ordu korpusu 3–4 Noyabr 1914-cü ildə İzmirə yerləşdirilmişdir.)
- Qafqaz cəbhəsi: Üçüncü ordu Qafqaz cəbhəsindən məsuldu, amma 1915-ci ildə İkinci ordu ilə dəstəklənmişdilər. Bu iki ordunun vəziyyəti 1917-ci ilin martında pisləşəndə Qafqaz orduları qrupu təşkil olundu və 1918-ci ilin iyun ayında hücum məqsədilə Şərq orduları qrupu yenidən təşkil olundu. 1918-ci ilin mart-avqust tarixləri arasında yaradılan Qafqaz İslam Ordusu sənəd üzərində Şərq orduları qrupuna tabe edilmişdi.
- Sinay və Fələstin cəbhəsi: Dördüncü ordu, Yeddinci ordu və Səkkizinci ordudan təşkil olunmuş İldırım orduları qrupu.
- İraq cəbhəsi: Altıncı ordu
- Hicaz-Yəmən cəbhəsi: Yeddi ordu korpusunun 4 diviziyası Hicaz, Asir, Səna və Hudeybiyədə idi.
- İran cəbhəsi: Müharibənin əvvəlində İstanbulda, sonra müvəqqəti olaraq passiv şəkildə Çanaqqalada yerləşən İkinci ordu
- Qaliçiya cəbhəsi: 1916-cı ilin iyulu ilə 1917-ci ilin iyulu arasında 19-cu və 20-ci diviziyalardan ibarət olan 15-ci ordu korpusu.
Rütbələr
[redaktə | mənbəni redaktə et]- Müşir (Marşal)
- Birinci Fərik (Ordu Generalı)
- Fərik (General-mayor və General-leytenant aralığında rütbə)
- Mirliva (Briqadir və General-mayor aralığında rütbə)
- Miralay (türkcə Albay; Polkovnik)
- Kaymakam (türkcə Yarbay; Polkovnik-leytenant)
- Minbaşı (Mayor)
- Yüzbaşı (Kapitan)
- Mülazımi əvvəl (türkcə Üsteğmen; Baş Leytenant)
- Mülazımi sani (türkcə Asteğmen; Kiçik Leytenant)
- Çavuş
- Onbaşı (Kapral)
- Nəfər (Əsgər)
Osmanlı Donanması
[redaktə | mənbəni redaktə et]Osmanlı imperiyasının donanma ilə maraqlanmağa başlaması İzmit və Gəmlik tərəflərinin, sonralar Karəsi bəyliyinin tutulması ilə başlamışdır. Karəsi bəyliyinin gəmilərindən faydalanaraq Rumelinə keçən Osmanlı, 1390-cı ildə Geliboluda önəmli bir liman tikmişdir. Saruhanoğulları, Aydınoğulları və Menteşeoğulları bəylikləri kimi dənizə çıxışı olan bəyliklər Osmanlı imperiyasının tərkibinə daxil olduqdan sonra onların limanlarından da istifadə olunmuşdur.
Osmanlı Ordusunun bayraqları
[redaktə | mənbəni redaktə et]-
Osmanlı Ordusunun müharibə bayrağı (1453-1798)
-
Osmanlı Ordusunun müharibə bayrağı (1793-1923)
-
Osmanlı Donanmasının bayrağı (1453-1789)
-
Osmanlı Donanmasının bayrağı (1793-1844)
-
Topçu birliklərinin bayrağı
-
Qumbaraçı birliklərinin bayrağı
-
Könüllü birliklərin bayrağı
-
Dörd Bölüyün bayrağı
-
Yeniçəri birliklərinin bayrağı
-
Paşalara məxsus bayraq
-
Dəryalar kapitanının bayrağı (1453-1793)
-
Silahdar birliklərinin bayrağı
-
Sipahi birliklərinin bayrağı
-
Sipahi bölüklərinin bayrağı
-
Sultana məxsus bayraq
-
Sultana məxsus bayraq
Şəkillər
[redaktə | mənbəni redaktə et]-
Sipahi
-
Sipahi
-
Sipahi
-
Axınçı
-
Yeniçəri