41°07′01″ şm. e. 20°48′07″ ş. u.HGYO

Oxrid

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
şəhər
Oxrid
Охрид
Bayraq Gerb
Bayraq Gerb
41°07′01″ şm. e. 20°48′07″ ş. u.HGYO
Ölkə
Region Cənub-qərbi statistik region
Başçı Aleksandr Petreski (SDMİ)[1]
Tarixi və coğrafiyası
Sahəsi
  • 389,93 km²
Mərkəzin hündürlüyü 700 m[2]
Saat qurşağı UTC+1 , yayda UTC+2
Əhalisi
Əhalisi
  • 38.818 nəf. (2021)[3]
Milli tərkibi makedoniyalılar, albanlar, türklər
Dini tərkibi pravoslavlıq, islam, katolisizm
Rəsmi dili makedon dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +389 46
Poçt indeksi 6000
Nəqliyyat kodu OH
Digər
ohrid.org.mk
 (maked.) (ing.)
Oxrid xəritədə
Oxrid
Oxrid
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xarici video
Ohrid City of Light - Macedonia Timeless

Oxrid (mak. Охрид, translit. Oxrid, alb. Ohri/Ohër, yun. Αχρίδα, translit. Axrida) — Şimali Makedoniya Respublikasının Oxrid bələdiyyəsində şəhər. Bu şəhər Oxrid gölü sahilindəki ən böyük şəhər olmaqla yanaşı, 2002-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 42.000-dən çox nəfər yaşayır. Bu isə Oxridi ölkəni səkkizinci ən böyük şəhəri edir. Oxrid ilin hər bir gününə bir kilsənin olduğu yer kimi məşhur olub və "Balkanların Qüdsü" kimi adlandırılıb.[4][5] Şəhər mənzərəli evləri və abidələri ilə zəngin olduğuna görə turizm şəhərdə üstünlük təşkil edir. Şəhər Skopyenin cənub-qərbində, ResenBitolanın qərbində yerləşir. 1979 və 1980-ci ildə Oxrid və Oxrid gölü YUNESKO tərəfindən Mədəni və Təbii Ümumdünya irsi siyahısına salınıb. Faktiki olaraq, Oxrid həm Mədəni, həm də Təbii abidələr olan YUNESKO-nun Dünya İrsinin bir hissəsi olan 28 məntəqədən biridir.[6]

Qədim şəhər ehtimal olunur ki, "yüngül şəfəq" (λύχνος (lychnos))[7], "işıq saçan qiymətli daş"(λυχνίς (lychnis, gen. lychnidos))[8], "işıqlı şəhər" mənasını verən latın (Lychnidus)[9]yunan (Λύχνιδος (Lychnidos)) adları altında tanınırdı. Oxrid adına ilk dəfə 879-cu il protokollarında rast gəlinir. Belə hesab edilir ki, şəhərin adı təpənin üstündə mənasını verən Slavyan dilindəki vo hrid sözündən götürülüb (qədim Oxrid şəhərinin təpənin üstündə yerləşməsinə görə).[10][11] Makedon və digər Cənubi Slavyan dillərində şəhərin adı Oxriddir. Alban dilində şəhərin adı Ohër və ya Ohri, müasir yunancaya isə Ochrida (Οχρίδα, Ωχρίδα) və Achrida (Αχρίδα) kimi məlumdur.

2002-cu ilin siyahıyaalmasına əsasən, 42,033 nəfər əhali yaşayır və etnik tərkib aşağıdakı kimidir:[12]

  • makedonlar — 33 791 (80,4%)
  • albanlar — 2 959 (7,0%)
  • türklər — 2 256 (5,4%)
  • digərləri — 3 027 (7,2%)

Şəhər sakinlərinin ana dillərinə aşağıdakılar daxildir:

  • makedon — 34 910 (83,1%)
  • alban — 3 957 (9,4%)
  • türk — 2 226 (5,3%)
  • digər — 1 017 (2,4%)

Şəhərin dini tərkibi aşağıdakı kimidir:

  • Pravoslav xristianlar — 33 987 (80,9%)
  • Müsəlmanlar — 7 599 (18,1%)
  • digər — 447 (1.1%)

Əsas görməli yerləri

[redaktə | mənbəni redaktə et]
Müqəddəs Bakirə Məryəm Bolniçka kilsəsi.
Oxrid regionu
Oxrid regionunun təbii və mədəni irsi
mak. Охридскиот регион
 [* 1]
Ölkə Şablon:Flaqifikasi
Tip Qarışıq
Kriteriya i, iii, iv, vii
Keçid 99
Region Avropa və Şimali Amerika [* 2]
Daxil edilməsi 1979  (3-cü sessiya)
Oxrid regionu xəritədə
Oxrid regionu
Oxrid regionu

VXII əsr Osmanlı səyyahı Övliya Çələbinin müşahidələri nəticəsində yaranmış belə bir əfsanə var ki, şəhərin hüdudları daxilində 365 ibadət yeri var. Bu gün bu say nəzərə çarpacaq dərəcədə azdır.

Tarixi-mədəni abidələr

[redaktə | mənbəni redaktə et]
  • Zeynalabidin məscidi
  • Məhəmməd peyğəmbər məscidi
  • Müqəddəs Sofiya kilsəsi
  • Müqəddəs Panteleymon monastırı
  • Müqəddəs İohann Kaneo kilsəsi
  • Müqəddəs Klement kilsəsi
  • Müqəddəs Georgi kilsəsi
  • Müqəddəs Zaum kilsəsi
  • Müqəddəs Naum monastırı
  • İkona qalereyası
  • Müqəddəs Petka kilsəsi
  • Müqəddəs Stefan kilsəsi
  • Erkən xristian vaxtlarına aid bazilikaların izlərinə rast gəlinir (məsələn, Müqəddəs Erazm bazilikası, IV əsr)
  • Robevi evi, arxeologiya muzeyi
  • Qədim Oxrid teatrı
  • XIV əsr freskalarına malik Müqəddəs Vraçi kilsəsi. Kilsənin XIV əsr ikonaları 1996, 2003-cü illərdə buraxılmış Makedoniyanın 1000 denarlıq əsginaslarının üst tərəfində təsvir olunub.[13]

Plaoşnikdə yerləşən və yenidən bərpa olunmuş Müqəddəs Panteleymon monastırı həqiqətən də, qərb dünyasında ən qədim universitetlərdən biridir.

  • Oxrid Yay Festivalı — iyuldan avqustadək keçirilən illik musiqi və teatr festivalı
  • Oxrid Xor Festivalı — avqustun sonunda təşkil olunan illik beynəlxalq xor festivalı
  • Xalq Mahnı və Rəqslərindən ibarət Balkan Festivalı — iyul ayının əvvəlində təşkil olunan illik xalq mahnı və rəqs festivalı
  • Balkan musiqi meydanı festivalı — bütün balkan dövlətlərinin etnik musiqiçilərinin iştirak etdiyi, avqusta təşkil olunan festival
  • Oxrid Festivalı (mak. Охридски Трубадури) — bütün balkan dövlətlərinin etnik musiqiçilərinin iştirak etdiyi, avqusta təşkil olunan festival. Bu festival debütant gecəsi, folklor gecəsi, estrada gecəsi, beynəlxalq gecə olmaqla, dörd gün müddətində təşkil olunur.
  1. "Нови градоначалници во 46 општини". 2009-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  2. https://it-ch.topographic-map.com/map-4slbgp/Ocrida/?zoom=19&center=41.11393%2C20.80365&popup=41.11385%2C20.80363.
  3. https://www.citypopulation.de/de/northmacedonia/cities.
  4. "Between past and future: civil-military relations in post-communist Balkan states, Biljana Vankovska, Håkan Wiberg, I.B.Tauris, 2003, ISBN 1-86064-624-7, p. 71". 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  5. "The Mirror of the Macedonian Spirit, Zlate Petrovski, Sašo Talevski, Napredok, 2004, ISBN 978-9989-730-38-2, səh 72: "… and Macedonia in the Cathedral Church St. Sofia in the Macedonian Jerusalem — Ohrid…"
  6. "Oxrid regionunun Təbii və Mədəni İrsi". 2017-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  7. λύχνος Arxivləşdirilib 2022-08-21 at the Wayback Machine, Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus
  8. λυχνίς Arxivləşdirilib 2022-09-17 at the Wayback Machine, Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus
  9. Lychnĭdus Arxivləşdirilib 2022-07-12 at the Wayback Machine, Harry Thurston Peck, Harpers Dictionary of Classical Antiquities (1898), on Perseus
  10. Evans, Thammy, Macedonia, Bradt Travel Guides, 2012, səh.173
  11. "Municipality of Ohrid". 2010-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  12. "Macedonian census, language and religion" (PDF). 2012-03-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-04-12.
  13. National Bank of the Republic of Macedonia Arxivləşdirilib 2008-08-19 at the Wayback Machine. Makedoniya valyutası. Dövriyyədə olan əsginaslar: 1000 Denar[ölü keçid] (1996 buraxılışı) & 1000 Denar Arxivləşdirilib 2008-03-29 at the Wayback Machine (2003 buraxılışı). – Yoxlanlıb: 18 aprel 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]