Pərdə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Pərdə — qapı, pəncərə və digər yerlərdən asılan örtük və ya bir yeri iki hissəyə ayırmaq üçün istifadə edilən iri parça.[1][2]

Qədim dövrlərdən üfüqi zolaqlardan ibarət ənənəvi naxışlarla bəzədilmiş uzun saçaqlı, ağ rəngli qalın yun parçadan hazırlanardı. Həyətdən evə və yaxud da çadır, alaçıqların giriş qapısının örtülməsi üçün Azərbaycanda istifadə edilərdi.[3]

Keçmiş zamanlarda bu məqsədlə kilim, cecim və s. kimi müxtəlif xovsuz xalçalardan, eləcə də tirmə parçalardan istifadə edirdilər. Orta əsrlərdə şah saraylarında qapıların üzərində pərdə əvəzi kimi xovlu xalçalar asılardı, bəzən elə bu xalçalar qapını əvəz edərdi.[4]

Müasir pərdələr

[redaktə | mənbəni redaktə et]

Müasir pərdələrin otaqların ümumi görkəminə təsiri böyükdür. Onları da ən azından mövsümə görə dəyişmək lazımdır. Hər bir otağın xüsusiyyətindən asılı olaraq müxtəlif materiallardan hazırlanmış, müxtəlif rəngli pərdələr istifadə olunmalıdır. Qonaq otağı üçün isti rəngli, yataq otağına sadə, sakit, mülayim tonlu pərdələr, uşaq otağına əhval-ruhiyyəni yüksəldən rənglərdən olan pərdələr daha yaxşıdır. Mətbəx üçün ən uyğun pərdələr ağacdan hazırlanmış qatlanan pərdələrdir. Çünki belə pərdələrə yemək iyi hopmur və onları yumağa ehtiyac yoxdur.[5][6]

  1. Azərbaycan dilinin izahlı lüğəti, Dörd cilddə. Şərq-Qərb Nəşriyyatı, Bakı 2006. III cild, səh.593.
  2. "Pərdələrin ölçülərini necə düzgün çıxarmaq olar?". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-07.
  3. Лятиф Керимов, "Азербайджанский ковер" (Том II). Баку, "Гянджлик", 1983, ст.71.  (rus.)  (ing.)
  4. "Pərdələr". 2012-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-28.
  5. "Evimizin yaraşığı pərdələr". 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-28.
  6. "Yataq otağı üçün pərdələrin dizaynı". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.