Pavel Qraçov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pavel Qraçov
Doğum tarixi
Doğum yeri Tula
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri Moskva
Vəfat səbəbi Yoluxucu xəstəliklər
Dəfn yeri
Təhsili
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Fəaliyyət illəri 1965–2007
Elmi dərəcələri
Partiyası
Mükafatları Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni"Lenin" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pavel Qraçov (1 yanvar 1948[1][2]23 sentyabr 2012[3][2], Krasnoqorsk, Moskva vilayəti) — Rusiyanın müdafiə naziri (1992-1996), ordu generalı, Sovet İttifaqı Qəhrəmanı.

Pavel Qraçov 1 yanvar 1948-ci ildə Tula vilayətində doğulub.

Pavel Qraçov SSRİ Silahlı Qüvvələrində vzvod, rota, batalyon, polk, diviziya komandiri olub. Əfqanıstan müharibəsində iştirakına görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

1990-1991-ci illərdə SSRİ Hava Desant Qoşunlarının komandanı olub, daha sonra Rusiya müdafiə nazirinin birinci müavini vəzifəsini tutub. 1992-1996-cı illərdə Rusiyanın müdafiə naziri vəzifəsində çalışıb.

Müdafiə naziri postunu tərk edəndən sonra Pavel Qraçov "Rosvoorujeniya" və "Rosoboroneksport"da xidmət edib. 2007-ci ildən, Silahlı Qüvvələrdən tərxis olunandan bəri Popov adına Radio Zavodunda (Omsk) baş direktor müşaviri idi.

Pavel Qraçov 2012-ci il sentyabrın 23-ü Moskva vilayətində vəfat edib. O, sentyabrın 12-dən Müdafiə Nazirliyinin hərbi hospitalında, reanimasiya şöbəsində müalicə olunurmuş.[4]

  1. Pawel Sergejewitsch Gratschow // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Pawel Gratschow // Munzinger Personen (alm.).
  3. Former Russian Defense Minister Grachev Dies.
  4. "Pavel Qraçov vəfat etdi". 2012-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-23.