Perqam muzeyi
Perqam muzeyi | |
---|---|
Əsası qoyulub | 1910 |
Açılış tarixi | 1930 |
Mövzu | arxeologiya, incəsənət |
Ölkə | |
Yerləşir | Bezirk mitte |
Ünvan | Pergamonmuseum, 10117 Berlin, Almaniya |
Ziyarətçi sayı | 1.135.000 (2007) |
Bilet | 12 €[2], 6 €[2] |
52°31′16″ şm. e. 13°23′46″ ş. u.HGYO | |
smb.museum/museen-einric… | |
Vikianbarda əlaqəli mediafayllar |
Perqam muzeyi (alm. Pergamonmuseum) — Berlindəki Muzeylər adasındakı beş muzeydən biri. Muzey Alfred Messel tərəfindən tərtib edilmiş və Lüdviq Hoffmanın rəhbərliyi altındakı inşaat 1910-cu ildə başlamış, 20 il sonra, 1930-cu ildə tamamlanmışdı.
Perqam altarı, Miletin bazar qapısı, İştar darvazası və bu tikililərə aid əsərlər, həqiqi yerlərindən toplanaraq, Perqam muzeyində yenidən birləşdirilmiş, muzeyin adını bütün dünyada məşhurlaşdırmışdı. Sərgilənən digər əsərlər bunlardır; Afina Perqam məbədinin girişi, Perqamdan Afina heykəli, Hələb otağıdır[3]. Bundan əlavə, türk çinilərindən nümunələrdə (İznik saxsısı) vardır.
Xüsusilə Berqama və Miletdən alınan əsərlər ilə yaradılan kolleksiyanın Almaniyaya qanuni olaraq gətirilib-gətirilməməsi ilə bağlı müzakirələr aparılır[4]. Türkiyə hökuməti, bu əsərlərin çoxunun Türkiyədə yarandığı üçün, kolleksiyanın qaytarılması mövzusunda Almaniya hökumətinə müraciət etmişdir.
Muzeyi ildə təxminən 850,000 nəfər ziyarət edir. 2007-ci ildə 1.135,000 insan tərəfindən ziyarət edildi və Almaniyanın ən çox ziyarət edilən sənət muzeyi oldu.
Muzeyin hissələri
[redaktə | mənbəni redaktə et]Perqam muzeyi üç ayrı hissədən ibarətdir:
- Klassik antik dövr kolleksiyası
- Qədim Yaxın Şərq muzeyi
- İslam sənəti muzeyi
Keçmişi
[redaktə | mənbəni redaktə et]Muzeylər adasında Kaiser Friedrich muzeyi (indiki Bode muzeyi) açıldığı zaman, Almaniyanın nəzarəti altında edilmiş qazıntılar zamanı tapılan bütün bədii və arxeoloji əsərlərin hamısını almaq üçün muzeyin geniş olmadığı görünürdü. Babil, Uruk, Aşşur, Milet, Priene və Misirdə davam edən qazıntılar zamanı tapılan əsərlər, mövcud olan Alman muzey sistemində tamamilə nümayiş oluna bilmirdi. 1907-ci illərin əvvəllərində Bode muzeyinin qurucusu Vilhelm von Bode, mövcud muzeyin yanına qədim memarlığı, antik Alman sənətini, Orta Şərqi və İslam sənətini özündə cəmləşdirəcək yeni bir muzey qurmaq planına sahib idi.
Bu böyük üç qanadlı muzey 1907-ci ildən bəri planlaşdırılır. Alfred Messel 1909-cu ildə vəfat etdikdə, onun yaxın dostu Ludviq Hoffman 1910-cu ildə başlayan inşaatın rəhbəri oldu. Muzeyin inşası Birinci Dünya Müharibəsi illərində davam etdi və muzey 1930-cu ildə açıldı.
Perqam muzeyi, İkinci Dünya Müharibəsinin sonuna doğru baş verən Berlin bombardmanı zamanı çox ziyan gördü. Bu səbəblə bir çox sənət əsəri sığınacaq yerlərində saxlanıldı və bəzi böyük parçalar isə qorunmaq üçün divarlarla əhatə olundu. 1945-ci ildə Qırmızı Ordu bir növ müharibə qəniməti olaraq Perqam altarı daxil, bütün muzey əşyalarını, Sovet İttifaqına, Leninqrada (indiki Sankt-Peterburq) apardı. 1958-ci ilə qədər bir çox əsər Şərqi Almaniyaya qayıtdı. Bununla belə, kolleksiyanın bəzi vacib hissələri hələ də Rusiyadadır. Bu vacib əsərlərdən bəziləri Moskvadakı Puşkin muzeyində və Sankt-Peterburqdakı Ermitaj muzeyində saxlanılır. Buradakı əsərlərin geri qaytarılması barədə Almaniya və Rusiya razılaşma hazırladılar, lakin 2003-cü ilin iyun ayında bu müqavilə Rusiyanın geri qaytarılma qanununa görə əngəlləndi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 Tickets & Admission (ing.).
- ↑ "Discover İslamic Art". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-10.
- ↑ "Bergama". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-11.