39°54′09″ şm. e. 46°53′00″ ş. u.HGYO

Pircamal

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pircamal
39°54′09″ şm. e. 46°53′00″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Xocalı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 725 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 268 nəf. (2008)[1]
Xəritəni göstər/gizlə
Pircamal xəritədə
Pircamal
Pircamal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

PircamalAzərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd.[2]

Pircamal kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini qədim Beylaqandan köçüb gəlmiş ailələr salmışlar.[3]

Ermənilər tərəfindən Vardadzor adlandırılır.

1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Pircamal kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.

XIX əsrin II yarısına məlumata görə kənd mənşəcə Bəyləqan (əsli Biləqan) şəhərindən çıxma ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1828-ci ildən sonra kənddə ermənilər də yerləşdirilmişdir.[4]

Kəndin adı keçmişdə burada mövcud olmuş Pircamal pirinin adi ilə bağlıdır.[3]

2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Pircamal kəndinin əhalisinin faktiki sayı 155 nəfər, qeydiyyatdakı əhalinin sayı 193 nəfər təşkil edirdi[5].

  1. http://pop-stat.mashke.org/nkr-census.htm.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  3. 1 2 Pircamal // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  4. B. Budaqov, Q. Qeybullayev, "Yuxarı Qarabağın Toponimləri", Bakı, 2005
  5. İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine — səh. 10