Pitekantrop
Pitekantrop — XIX əsrin sonlarında Yava adasında, Trinil yaxınlığında avstrolopitekə nisbətən daha mükəmməl və insana daha artıq bənzəyən meymunların qalıqları tapılmışdır. Tədqiqatçılar onların Kaynazoy erasının dördüncü dövründə yaşadıqlarını aşkar etmişdir. Bu cür meymunların ilk nümunəsi hollandiyalı həkim Dübua tərəfindən 1891–1892-ci illərdə kəşf edilmiş və Pitekantrop (meymun- insan) adlandırılmışdır.
1936-cı ildə Yava adasındakı Modcokerto şəhəri yanında daha bir pitekantrop uşağın kəllə sümüyü tapılmışdır. Bu vaxtadək yeddi pitekantropun sümüyü tapılmışdır. Adından göründüyü kimi, pitekantrop-avstralopitek adlanan və inkişaf etmiş meymunlarla neandertal insan arasındakı keçid formasının bir nümunəsidir. Bunu pitekantropun tapılmış qalıqlarında həm meymunlara və həm də insana xas olan əlamətlərin olması da sübut edir. Məsələn; onun kəllə sümüyünün zahiri görünüşü, gözüstü alın sümüyünün qabağa çıxması, alının kiçikliyi, bəzi dişlərin quruluşu və s. meymunlar üçün xarakterikdir. Pitekantrop təxminən 700–27 min il bundan əvvəl yaşamışdır. Avstropiteklərə nisbətən pitekantropun geniş alnı beynin inkişaf etmiş olduğunu göstərir. Həcmi etibarilə pitekantropun beyni də insana ən yaxın olmaqla müasir meymunların beynindən bir yarım və yaxud iki dəfə artıqdır(ən iri qorilla kəlləsinin həcmi 600 sm³, pitekantropun beyin həcmi isə 850–900 sm³ idi). Tapılmış bir neçə sümüyü pitekantropun artıq iki ayaq üstə şaquli vəziyyətdə yeridiyini sübut edir. İnkişaf dərəcəsinə görə pitekantrop antropoidlərə daha yaxındır. Pitekantropun dövründə meşələrdə çoxlu sitrus və dəfnə ağacları bitmiş, bu meşələrdə çoxlu vəhşi camış, gərgədan, donuz, meymun, bəbir və pələng, hətta fil yaşadığını demək olar.
Bu heyvanların çoxu vaxtilə Yava adasında püskürmüş böyük vulkan nəticəsində kül və torpaq altında qalıb məhv olmuşdur. (Trinil sümük təbəqəsi). Ehtimal ki, sümükləri tapılmış pitekantroplarda bu zaman məhv olmuşdur. İndiyədək pitekantrop məskənlərinə təsadüf edilməmişdir, lakin pitakantropun işlətdiyi silahlar haqqında az da olsa məlumatımız vardır. Yava adasının cənubunda pitekantropun sümükləri tapılmış yer qatlarında alimlər Kvars daşından qayrılmış bir neçə kobud silah tapmışlar. Beləliklə, pitekantrop və ona yaxın canlıların əmələ gəlməsi ilə insanın formalaşmasında ilk mərhələnin başa çatdığını demək olar.
Mənbə
[redaktə | mənbəni redaktə et]- İradə Avşarova, Qənirə Pirquliyeva. Qafqaz arxeologiyası. Bakı,2010
- Д. Джохансон, М. Иди. Люси. Истоки рода человеческого. М., 1984.
- Биологический энциклопедический словарь / Гл. ред. М. С. Гиляров; Редкол.: А. А. Баев, Г. Г. Винберг, Г. А. Заварзин и др. — М.: Сов. энциклопедия, 1986.
- В. П. Алексеев, А. И. Першиц. История первобытного общества. М., 2001