Polina Qaqarina
Polina Qaqarina | |
---|---|
rus. Полина Гагарина | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Polina Serqeyevna Qaqarina rus. Полина Сергеевна Гагарина |
Doğum tarixi | |
Doğum yeri | Moskva, Rusiya Sovet Federativ Sosialist Respublikası |
Vətəndaşlığı | Rusiya |
Uşağı | 2 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar, aktrisa, model |
Fəaliyyət illəri | 2003-bu günə kimi |
Janr | pop |
Albom şirkəti | Velvet Music |
Təhsili |
|
Mükafatları | |
gagarina.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Polina Serqeyevna Qaqarina (rus. Полина Сергеевна Гагарина; doğ. 27 mart 1987[1]) - rusiyalı pop-estrada müğənnisi, bəstəkar, model və kino ulduzu. O, Rusiyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə final mərhələsində 2-ci yeri qazandırmışdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Polina Qaqarina 27 mart 1987-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Moskva şəhərində anadan olmuşdur. Polina Moskvada dünyaya göz açsa da, gəncliyinin böyük hissəsini Yunanıstanda keçirmişdir. Onun anası balerina olmuşdur. Atasının vəfatından sonra Polina anası ilə birlikdə Rusiyaya geri dönmək qərarına gəlsələr də, lakin qısa zaman sonra onlar yenidən Yunanıstana, Afinaya qayıtmışdırlar. Polina təhsilini bitirdikdən sonra Rusiyaya geri dönmüş və Saratov şəhərində nənəsi ilə yaşamışdır. O, rus və yunan dillərində səlis danışa bilir.
Polina 2007-ci ilin avqust ayında rusiyalı aktyor Pyotr Kislov ilə ailə həyatı qurmuşdur. Həmin ilin oktyabr ayında onun Andrey adlı övladı dünyaya gəlmişdir. 2010-cu ilin mart ayında Polina Kislovdan ayrılmışdır. 2014-cü ilin sentyabr ayında o, fotoqraf Dmitriy İsxakov ilə evlənmiş və 2017-ci ildə onların Mia adlı qız övladı dünyaya gəlmişdir.
Musiqi karyerası
[redaktə | mənbəni redaktə et]Polina Qaqarina 2003-cü ildə Rusiyanın Fabrika Zvyozd musiqi yarışmasına iştirak etmişdir. Polina yarışmada tanınmış bəstəkar Maksim Fadeyevin bəstələdiyi bir neçə mahnı ifa etmiş və nəticədə yarışmanın qalibi seçilmişdir. Lakin yarışmadakı qələbəsindən sonra Polina Maksim Fadeyevlə işləməkdən imtina etmişdir. O, bir müddət Playgirls qrupunun üzvü olaraq fəaliyyət göstərmiş, lakin daha sonra qrup parçalanmışdır. 2005-ci ildə Polina Latviyanın Yurmala şəhərində keçirilən Novaya Volna musiqi yarışmasında Rusiyanı təmsil etmiş və üçüncü yerdə qərarlaşmışdır. Daha sonra müğənninin "Kolybelnaya", "Morning", "Ya tvoya", "Pomnyu" və "Ya tebya ne proshchu nikogda" adlı sinqlları təqdim edilmişdir. Polinanın Poprosi u oblakov adlandırdığı ilk studio albomu 2007-ci ildə işıq üzü görmüşdür.
2008-ci ildə Polina rusiyalı müğənni İrina Dubtsova ilə duet şəklində ifa etdiyi "Komu, zachem?" sinqlını təqdim etmişdir. 2010-cu ilin mart ayında onun O sebe adlı ikinci studio albomu təqdim olunmuşdur. 2012-ci ildə isə Polina rus-gürcü prodüser Konstantin Meladze ilə işləməyə başlamışdır. O, Meladze ilə birlikdə "Spektakl okonchen", "Net", "Navek" və "Shagay" adlı dörd sinql ərsəyə gətirmişdir.
2015-ci ilin mart ayında Polina Qaqarinanın Rusiyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyi açıqlanmışdır. Polina müsabiqədə ifa etdiyi "A Million Voices" mahnısı ilə finalda 27 ölkə arasında ölkəsini 2-ci yerədək yüksəltməyə nail olmuşdur. O, 2015-ci ilin iyul ayında Sankt-Peterburqda baş tutan 2018 FİFA Dünya Kubokunun təsnifat mərhələsinin bağlanış mahnısını ifa etmişdir. Polina Qaqarin hal-hazırda Rusiyanın Golos səs yarışmasında münsif olaraq iştirak edir.
İctimai və siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]2018-ci ildən Vladimir Putinin etibarlı şəxsləri siyahısındadır.[2] Açıq şəkildə Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləyir. Hətta buna görə onun Qazaxıstanda keçiriləcək konserti də ləğv edilmişdi.[3]
Putinin 2024-cü il seçki qabağı namizədlik işlərində və seçkilərdə fəal iştirak etmişdir.[4][5]
Rusiya Ukrayna müharibəsindəki mövqeyi və dəstəyinə görə 2022-ci ilin mart ayında Latviya və Estoniyaya gəlməsinə qadağa qoyuldu.[6][7]
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]Albomlar
[redaktə | mənbəni redaktə et]- Poprosi u oblakov (2007)
- O sebe (2010)
- 9 (2016)
Sinqllar
[redaktə | mənbəni redaktə et]- Kolybelnaya (2005)
- Ya tvoya (2006)
- Morning (2006)
- Ya tebya ne proshyu nikogda (2007)
- Pomnyu (2007)
- Lyubov' pod solntsem (2007)
- Gde to zhivet lyubov (2008)
- Komu, zachem? (İrina Dubtsova ilə duet) (2008)
- Propadi vse (2009)
- Ya obeshyayu (2010)
- Oskolki (2011)
- Spektakl' Okonchen (2012)
- Net (2012)
- Navek (2013)
- Shagay (2014)
- Day (2014)
- A Million Voices (2015)
- Kukushka (2015)
- Ya ne budu (2015)
- Ne para (2015)
- Tantsuy so mnoy (2016)
- Stanu solntsem (2016)
- Dramy bol'she net (2017)
- Obezoruzhena (2017)
- Vyshe golovy (2018)
- Kamen' na serdtse (2018)
- Melanholiya (2018)
- Angely v tantse (2019)
- Smotri (2019)
- Ty ne tseluy (2020)
- Nebo v glazakh (2020)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Polina Gagarina - A Million Voices". 18 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2015.
- ↑ "Список доверенных лиц Владимира Путина на выборах президента РФ пополнила певица Полина Гагарина". Пятый канал (rus). 2018-01-10. İstifadə tarixi: 2024-04-28.
- ↑ "Алматы: концерт Полины Гагариной отменили из-за ее поддержки войны". Сибирь.Реалии (rus). 2022-11-15. 2022-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-28.
- ↑ "Инициативная группа выдвинет Путина кандидатом в президенты 16 декабря. В состав группы вошли Владимир Машков, Артем Жога и Полина Гагарина". Новая газета Европа. 2037-03-12. 2023-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-28.
- ↑ "В предвыборную «команду Путина» вошли его друг Михаил Ковальчук, певица Полина Гагарина и актер Владимир Машков". istories.media (rus). 2023-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-28.
- ↑ "МИД Латвии включил в черный список 25 российских деятелей культуры". РБК (rus). 2022-03-24. 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-28.
- ↑ ERR. "Eesti kehtestas Filipp Kirkorovile viieaastase sissesõidukeelu". ERR (eston). 2022-04-25. 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-28.