50°06′03″ şm. e. 14°15′06″ ş. u.HGYO

Praqa Beynəlxalq Hava Limanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Praqa Beynəlxalq Hava Limanı
Xəritə

50°06′03″ şm. e. 14°15′06″ ş. u.HGYO


IATA: PRG[1][2]ICAO: LKPR[1][2]
Məlumat
Hava limanı tipi Mülki
Ölkə Çexiya
Açılış tarixi 5 aprel 1937
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vatslav Havel adına Praqa Beynəlxalq Hava Limanı (çex. Letiště Václava Havla Praha) — Çexiyanın Praqa şəhərində yerləşən hava limanı. Praqanın Ruzine rayonu ərazisində yerləşir. 2007-ci il «World Airport Awards» mərasimində Praqa hava limanı Mərkəzi və Şərqi Avropanın ən yaxşı hava limanı seçilmişdir[3]. Hava limanı «Czech Airlines», «Travel Service Airlines», «Wizzair» və «Ryanair» üçün baza, qərargah məntəqəsi rolunu oynayır. Aeroport Çexiyanın birinci prezidenti Vatslav Havelin şərəfinə adlandırılmışdır. 2018-ci ildə hava limanı 17 milyon yolçuya xidmət etmişdir (2019-cu ildə bu göstəricinin 18 milyon olması gözlənilir). Hava limanı Airbus A380 və Boeing 747 təyyarələrinində daxil olduğu iri təyyarələri qəbul etmək imkanlarına malikdir.

1919-ci ildən bəri tarixi olan Avropanın Mülki Aviasiyasının pionerlərindən biridir. Çexoslovakiya, sonradan isə Çexiyanın əsas hava limanıdır. Praqada yeni bir hava limanının inşası üçün şərtlər, XX əsrin 30-cu illərində hərbi və mülki aviasiyanın ayrılması zərurətinin yaranması və Kbeli hava limanının sıx qrafiki olmuşdur. «Ruzine» hava limanı 5 aprel 1937-ci ildə Praqanın eyni adlı rayonunda açılır. 1937-ci ildə Paris (həmçinin Dünya Sərgisi kimi tanınan) beynəlxalq incəsənət və texnologiya sərgisində diplom və qızıl medalla layiq görülmüşdür. Mükafat əsasən mühəndis A. Beneş tərəfindən hazırlanmış, qeydiyyat binasının (indiki Terminal 4) arxitekturası və aeroportun texniki konsepsiyasına görə verilmişdir. Bu və digər mükafatlar hava daşıyıcılarının hava limanına marağının artmasına kömək etmişdir.

Hava limanının yeri, xüsusən Çexiya 2004-cü ildə Avropa İttifaqına daxil olduqdan sonra onu genişləndirməyə imkan vermişdir.

5 oktyabr 2012-ci ildə hava limanı «Vatslav Havel adına Praqa Beynəlxalq Hava Limanı»[4] olaraq adlandırılmışdır.

  1. 1 2 ECCAIRS 4.2.8 Data Definition Standard Location Indicators by State. Beynəlxalq Mülki Aviasiya Təşkilatı.
  2. 1 2 https://www.dl.cz/LKPR.
  3. "«The World Airport Awards», «Winner 2007»". 2007-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-30.
  4. "Ruzyňské letiště bylo přejmenováno na Letiště Václava Havla Praha". 2012-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-30.